Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi » QƏRBİ AZƏRBAYCAN » Mədəniyyət » QƏRBİ AZƏRBAYCAN ARAŞDIRMALAR MƏRKƏZİNƏ YENİ EKSPONAT HƏDİYYƏ OLUNUB

QƏRBİ AZƏRBAYCAN ARAŞDIRMALAR MƏRKƏZİNƏ YENİ EKSPONAT HƏDİYYƏ OLUNUB

29-01-2026, 17:30


Qərbi Azərbaycanın Dərələyəz mahalının Qovuşuq kəndində 1947-ci ildə anadan olmuş Abbasova Məhluqə Süleyman qızına məxsus  məişət əşyası olan mis kəfkir mərkəzimizə özü tərəfindən hədiyyə olundu. Kəfkirin maraqlı tarixçəsi onun 200 ilə yaxın yaşı olduğunu təsdiqləyir. Belə ki, kəfkir Məhliqə xanıma qaynanası Humay xanım tərəfindən , Humay xanımada öz qaynanası Salatın xanım tərəfindən  yadigar qalmışdır. Qərbi Azərbaycanımızın toy-düyünlərində ləziz yeməklərimizin hazırlanmasında istifadə olunan mənəvi dəyəri olan ailə yadigarı nı bizim mərkəzə xatirə və əmanət olaraq hədiyyə olunmasında təşəbbüs göstərən Qalaser kəndindən olan Fərhad  Ələkbərova öz təşəkkürümüzü bildiririk.

 



Xəbəri paylaş