HÜSEYN ALIYEV

Bu gün, 10:00

 

Alıyev Hüseyn Qiyas oğlu 1911-ci ildə Şərur Dərələyəz mahalının Keşişkənd qəzasının Qalasər kəndində (sonradan Er- mənistan SSR Yexeqnadzor rayonu) anadan olmuşdur. Çox erkən 6 yaşında ikən atasını itirmiş, babası Eyvazalı kişinin, sonradan isə babası Hacı Abbas kişinin himayəsində böyümüşdür.

1934-cü ildən başlayaraq kənddə müəllim, briqadir vəzifələrində işləmişdir. Müharibədən əvvəlki illərdə Erevan Kənd Təsərrüfatı texnikumunda aqronomluq ixtisasına yiyələnmişdir.

1941-45-ci illərdə Ordu sıralarında Böyük Vətən müharibəsində olmuşdur. Müharibədən sonrakı illərdə isə fasiləsiz olaraq 1960-ci ilə qədər Qalasər, Qovuşuq, Ələyəz kəndlərində kolxoz sədri vəzifəsində işləmişdir. 1960-cı illərdən 1975-ci ilə qədər Qovuşuq Kənd Sovetliyinin sədri vəzifəsində işləmişdir. O, dəfələrlə Ermənistan SSR Ali Məhkəməsinin Plenumunun üzvü, rayon aktivinin üzvü olmuş, 1971-ci ildə 7 mayda SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə Qırmızı Əmək bayrağı Ordeni almışdır. Eləcə də respublika səviyyəli fəxri təqaüdçü olmuşdur. Alıyev Hüseyn Qiyas oğlu uzun müddət

Dərələyəz mahalında rəhbər vəzifələrdə işlədiyi andan bir el ağsaqqalı kimi tanınmış, dünyagörüşlü, aşıq yaradıcılığını güclü bilən bir insan olmuşdur. O, xeyirxahlığı ilə də diqqəti cəlb etmişdir.

Dərələyəz mahalında bu rəhbər vəzifələrdə işlədiyi vaxt el-obanın hörmətini qazanmışdır. Beləki, o, işlədiyi vaxt bir dənə də olsun kimsə tutdurmamış, bütövlükdə imkan daxilində xalqa kömək etmiş və el-obaya əl tutmuşdur. Kəndlərin abadlaşdırılmasında, su çəkilməsində, yol salınmasında təşəbbüskar olmuşdur. Onun bu cür fəaliyyəti təsadüfi deyil ki, ayrı-ayrı kəndlərdən çoxlu dostlarının olmasına gətirib çıxarmışdır. 

1988-ci ildən isə xain ermənilərin törətdikləri cinayətkarlıqla əlaqədar olaraq Alıyev Hüseyn Bakı şəhərində yaşamağa məcbur olmuşdur. O, 85 yaşında Bakı şəhərində vəfat etmiş və Mehdabad kənd qəbiristanlığında dəfn edilmişdir.

Müəllif Möhübbət Məmmədov Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi baş mütəxəsiss



Xəbəri paylaş