Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi » XƏBƏRLƏR » PROFESSOR MAHİRƏ HÜSEYNOVA: MİSSİYANIN KOQNİTİV KREATİVLƏRİ

PROFESSOR MAHİRƏ HÜSEYNOVA: MİSSİYANIN KOQNİTİV KREATİVLƏRİ

27-01-2026, 15:21

 
Professor Mahirə Hüseynova respublikamızıntanınmış elmi və ictimai simalarından olmaqla, intellektual, insani, ictimai proseslərə açıq, fəal vətəndaş mövqeyi ilə müasir Azərbaycan, eləcə də ümumtürk filologiyası və ictimai-humanitar fikrinə imzasını atmış ziyalı çoxsaxəli elmi-pedaqoji və ictimai fəaliyyətində aşağıdakı istiqamətləri ilə seçilir:
- Onun dilçilik sahəsindəki tədqiqatları, xüsusilə Türkologiya , Azərbaycan dialektologiyası, Müasir Azərbaycan dili, Azərbaycan dilinin üslubiyyatı ilə bağlı əsərləri ciddi filoloji elmi ədəbiyyatlardandır.Dilçiliyin bu və ya digər istiqamətləri ilə oturuşmuş klassik elmi sistemləşmənin şərtində ənənəvi elmi ədəbiyyatlarla bərabər müstəqillik dövrünün yeni yanaşma üslubuna istinadən nəzəri və tarixi elmi küliyyata nəzəri filologiyanın yeni isimlərini ictimaiyyətə peşəkar dilçi olaraq təqdim edə bilməsidir. Müsrəqillik dövrü elmi linqivistik plyedanın yaş fərqlərinə baxmayaraq onun mərhəm elmi qənaətləri ilə püxtələşmiş elmi camiyə səviyyəsinə yüksəlmişdir.
Müasir filoloji camiyanın istedadlarından olan Sərxan Yavərinin  ifadəsi ilə desək,  “elmi mətndə mürəkkəb sintaktik konstruksiyalar nümayiş etdirməsi onun bir neçə məntiqi əlaqəni eyni anda idarəetmə qabiliyyətini, elmi təfəkkürün dərinliyini və sistemliyini göstərir.  Mahirə Hüseynovanın arqumentləri necə əlaqələndirməsi hansı keçidlərdən istifadə etməsi və fikirlərini hansı ardıcıllıqla inkişaf etdirməsi onun elmi üslubunun və orijinallığının əsas göstəricisidir.”
- Bədii əsərlərində, - Haqqa çağıranlara salam olsun müraciəti ilə Anadan-Vətənə , oradan dövlətə, sonra da vətəndaşlığa yüksəlməklə professor Ağarəhim Rəhimovun fəlsəfi essesində deyildiyi kimi "Qüdrətdən doğan nura yüksək insani dərki ehtiva edən" - əbədiyyəta  çağırışı özündə birləşdirən insanlıq simfoniyasıdır. Onun elmi üslubda sadə , amma o qədər də yüksək fəlsəfi əxlaqi qənaətləri ilə süslənmiş poeziyası kövrək qadın ruhunun ifadəsi olaraq qalmış ictimai-poetik çağırışların yüksək ruhu baxımından vətənpərvərlik poeziyasıdır, özündə ciddi hədəfləri ehtiva edən fəal vətəndaş poeziyasıdır.
- Professor Mahirə Hüseynovanın Ümummilli lider Heydər Əliyevin unikal natiqlik nitq mədəniyyəti kontekstində apardığı araşdırmaları, xüsusilə "Ulu Öndərin natiqlik məharəti", "Missiya", "Baxış bucağı", " Heydər Əliyev və strateji azərbaycançılıq" nəhayət, Heydər Əliyev və Azərbaycan dilinin inkişaf strategiyası" adlı əsərləri klassik nəzəri-sosial tədqiqatlar olaraq elmi ictimaiyyətin diqqətindədir.
 Əliyevşünaslıqla bağlı aparılan çoxsaylı tədqiqatlardan üstün cəhəti ondandır ki, onların əksərində  publisistika və pafos hakim olduğu halda, professor Mahirə Hüseynovanın əsərlərində ciddi elmi mühakimələri, nəzəri əsaslandırmaları, xüsusilə əvvəlki və sonrakı hakimiyyətləri dövrünün ideoloji paralleləri ilə Heydər Əliyevin müstəqil dövlətçilik kursunun  onun şəxsiyyətindən , fitri  qabiliyyətindən və zəngin həyat təcrübəsindən qaynaqlanan titanik fəaliyyətinin geniş mənzərəsini yarada bilməsi baxımından elmi - politoloji kreativləri ilə seçilməsidir.
 -Respublikada filoloji-pedaqoji elmi istiqamətlər üzrə elmi işlərin dəyərləndirilməsi prosesinə rəhbərliyi də heç bir təmənna güdmədən ləyaqətlə yerinə yetirdiyi fəal vətəndaş simasını tamamlayan üstün xarakterik keyfiyyətlərindəndir. Onun şəxsiyyət və ziyalı meyarına əsaslanan intellektual simasını yüksək səviyyəsi, bir azda qabarıq desək , elmi obyektivliyi və kristal insani keyfiyyətlərinin  özünəməxsus "əyari-asis testi" yəni aristokratlığı tamamlayır.
 -Professor Mahirə Hüseynova görkəmli elm, ictimai-siyasi xadim, məşhur 91-lər  Siyasi  Təşəbüssünün fəal üzvlərindən olan Əməkdar elm xadimi, Milli Məclisin sabiq üzvü Həsən Mirzə ocağından dərs götürmək baxımından da örnək ailəni təmsil edir. Bu ailə-ocağı intellektual-mənəvi əhatə dairəsi ilə bərabər, daha çox ictimai mövqeyi, dövlətçiliyə sədaqətli və keyfiyyətli xidmətləri ilə seçilən xüsusi ailədir. Onların başlıca xidməti üslubu etimad göstərilən, yüksək dövlət vəzifələrində prinsipiallığı, cəmiyyətə açıqlığı və etibarlığı ilə rəsmi ailə imicini təmin etməsidir. Tapşırılan yüksək xidməti etimadi aldıqları ailə tərbiyəsinə nəticəsi olaraq unutmayan, tapşırığı mərdi -mərdanə  həll edən, bəzilərindən fərqli olaraq şəxsi nəfisini ictimai tapşırığdan çox-çox aşağıda tutan vətənpərvər ailədir.  Bütün bunlar ailənin  Həsən Mirzədən sonra elmi potensialının bayraqdarı kim sevimlisi olan professor Mahirə Hüseynovanın da şəxsiyyətini tamamlayan çoxsaylı keyfiyyətləri içərisində mühüm yer tutur.
 -Mahirə xanımın şəxsiyyətini tamamlayan mühüm keyfiyyətlərindən biri də müasir mərhələdə ölkəmizin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın liderliyində geniş vüsət almış və cəmiyyətin bütün təbəqələrini əhatə edən Respublika qadın Hərəkatının ən fəal simalarından  olmasıdır. O, respublika Qadın Hərəkatında əsas göstərilən başlıca prinsipə  ,yəni gözü hansısa ölkədə, qurumda, şəxsiyyətdə yox dövlətdə, vətəndə olmağa üstünlük verərək,  təəssübkeş , milli, prinsipial ailə nümunəsini təmsil edir.Azərbaycan qadını  kimi ailə ocağını dəyər  olaraq təmsil etməklə, XXI əsrin qlobal çağırışları kontekstində cəmiyyətimizin qarşısında duran başlıca vəzifələrin həllində fəal və ləyaqətli qadın ziyalı nümunəsi də  göstərməsidir.
  -Həyatının  ən məhsuldar  və  müdiklik dövrünə qədəm qoyan professor Mahirə Hüseynovanın yeni tipli vətəndaşlıq mövqeyini təmsil edən bir mühüm keyfiyyəti də ölkə Prezidenti, Müzəffər Ali Baş komandan cənab İlham Əliyevin çox ciddi strateji hədəflərə hesablanmış Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü kimi onun təşkilatlanmasında və hüquqlarının respublika və beynəlxalq miqyasda tanıdılmasında göstərdiyi vətənpər təşkilatçılıq keyfiyyətidir.
- İcmanın İdarə Heyətinin üzvü, eləcə də ən nümunəvi rayon icmaları olan Keşkənd və Paşalı İcmalarının rəhbər-koordinatoru kimi göstərdiyi fədakarlığı da xüsusi qeyd edilməlidir. Onun bilavasitə rəhbərliyi ilə Bakıda, Naxçıvanda, Qubada, Qaxda və başqa şəhər və  rayonlarda həyata keçirilən festivalların, konfransların, müsabiqələrin yüksək təşkilatçılıq səviyyəsinin təmin edilməsidir. Bu, ata-baba ocağına Qayıdış Konsepsiyasında ifadə edilmiş məqama  fəal vətəndaş təşəbbüskeşliyi ilə cavab vermə təşəbbüsü olaraq yüksək mənəvi  statusu ilə seçilmə nümunəsidir. 
        
Həsən Bayramov   
Bakı Qızlar Universitetinin “Pedaqogika “kafedrasının müdiri, Pedaqogika elmləri doktoru,Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki.

  
 



Xəbəri paylaş