XIX ƏSRƏ AİD EKSPONAT
23-01-2026, 17:51
Qərbi Azərbaycanın Vedibasar mahalı Şidli kənd sakini şəhid anası Allahverdiyeva Zəhra xanıma məxsus XIX əsrə aid misdən hazırlanmış cam Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinə hədiyyə olunmuşdur. Zəhra xanımın nənəsinə məxsus olan bu eksponatı Allahverdiyevlər ailəsi 140 il ərzində qorumuş, günümüzə qədər gətirib çıxartmışdır. Eksponat Zəhra xanımın nəvələri Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya Fakültəsinin tələbələri Fatimə və Zəhra Allahverdiyevalar tərəfindən təqdim edilmişdir.


Xəbəri paylaş
