Paşalı rayonu, Gomur kəndi (Az.) / Vayotsdzor mərzi, Qomk kəndi (Erm.)
Qərbi Azərbaycan İrsi kitabı 1-ci cild.
"Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair"
HESABAT VƏ MATERİALLAR
Gomur kənd qəbiristanlığı
Məkan: Paşalı rayonu, Gomur kəndi (Az.) / Vayotsdzor mərzi, Qomk kəndi (Erm.)
ID: 024 [MC-010], 45.5692304, 39.6306594
Gomur Dərələyəz mahalında (15 oktyabr 1931-ci il den Paşalı rayonu, 12 oktyabr 1956-ci ildən Əzizbəyov rayonu, 1991-ci ilden Vayk rayonu), Arpa çayının sol qolu olan Gabudçayın sol sahilində yerləşən azərbaycanlı kəndi. Kəndin adı tarixi mənbələrdə XVI əsrin sonlarından etibarən Kömür adı formasında müsəlman kəndi kimi xatırlanmışdır. Sonrakı kameral təsvir və statistik məlumatlar kənd əhalisinin azərbaycanlılardan (o dövrün rəsmi sənədlərində "müsəlman" və ya "Tatar" kimi qeydə alınan) ibarət olduğunu sübut etmişdir. 1914-cü ilə aid "Qafqaz Təqvimi"ndə kənddə 365 nəfər azərbaycanlının (mənbədə "Tatar" Ə.Ə., S.H.) yaşadığı göstərilmişdir.
28 may 1918-ci ildən etibarən, əvvəllər İrəvan quberniyası Şərur-Dərələyəz qəzasının Il polis sahəsinin Martiroz kənd icması-na aid olan Gomur kəndi Azərbaycan Xalq Cümhuriyyətinin mübahisəsiz ərazilərinə daxil edilmişdir. 1919-cu ilin dekabr ayında erməni təcavüzünə məruz qalan Gomur kəndinin əhalisindən 400 nəfər qətl edilmiş, sağ qalan əhali kəndi tərk etmək məcburiyyətin də qalmış, kənd isə ermənilər tərəfindən işğal edilmişdir. Sovet hakimiyyəti dövründə sovet-bolşevik rejimi tərəfindən Ermənistan SSR-nin xeyrinə olaraq sərhədlər dəyişdirilmiş və Gomur kəndi də bu ərazilər daxilində qalmışdır. 1921-ci ildə yenidən kəndə geri qayıdan 155 nəfər azərbaycanlı kəndi abadlaşdıraraq yaşamağa başlamışdır. 1952-ci ildə Gomur kəndinin əhalisindən 55 nəfər Azərbaycan SSR-nin Yevlax rayonuna deportasiya edilmişdir.
1980-ci illərin sonlarında Ermənistanın Azərbaycanın tarixi torpaqlarına qarşı başlatdığı ərazi iddiaları və etnik təmizləmə nəticəsində Ermənistan SSR-də azərbaycanlıların yaşadığı bütün yaşayış yerlərindən əhalinin zorla deportasiyası həyata keçirilmişdir. 1988-ci il noyabr ayında Gomur kəndinin azərbaycanlı sakinləri də erməni cinayətləri və zorakılığından öz həyatlarını xilas etmək üçün Azərbaycan Respublikasına pənah gətirmişdir. Er-mənistan Respublikası Ali Soveti Rəyasət Heyətinin 3 aprel 1991-ci il tarixli qərarı ile Gomur kəndi Qomk adlandırılmışdır.
TƏHLİL:
Məkan təhlili üçün istifadə olunan 3 iyul 1980-ci il10 KH-9 Hexagon peyk təsviri (sağda yuxarıdakı) əsasında aparılan təhlillər zamanı qəbiristanlığın əhatə etdiyi landşaftın xüsusiyyətləri öyrənilmişdir. Bu təhlillərin nəticələrinə əsasən, qəbiristanlıq 0.85 ha ərazidə yerləşmiş və qəbirüstü abidələri təsbit olunmuşdur. Həmçinin, qəbiristanlığın ərazisinin hasarla əhatə olunduğu müəyyən edilmişdir.
Azərbaycanlı əhalinin kənddən deportasiya edilməsindən sonra qəbiristanlığın vəziyyətini müəyyən etmək məqsədilə 1982-ci il və 20 oktyabr 2010-cu il¹¹ (WorldView-2) (sağda aşağıdakı) tarixli peyk təsvirləri əsasında müqayisəli təhlil aparılmışdır. Təhlillərin nəticələrinə əsasən, qəbiristanlığın 1989-2010-cu illər arasında ciddi dağıntılara məruz qalması müəyyən edilmişdir. Sonuncu təsvirin tarixinə qədər qəbiristanlığın mərkəzindən 85 metr uzunluğunda torpaq yol salınmışdır. Ərazinin şimal hissəsi qəbirüstü abidələrdən təmizlənmişdir.
Qəbiristanlıqda baş vermiş vandalizmi qiymətləndirmək üçün 7 sm rezolyutsiyalı yüksək ayırdetməli 2 dekabr 2018-ci il12 tarixli dron təsviri ilə qəbiristanlığın cənub hissəsində 18 ədəd sinə daşının vandalizm aktına məruz qalması təsbit edilmişdir. Bu ərazidə olan digər bütün qəbirlər tamamilə məhv edilmişdir. Ətrafa səpələnən qəbir daşlarının qırıntıları bunu sübut etmişdir. Qəbiristanlığın şimal-qərb hissəsində qəbir daşları dağıdılsa da, hələ də dağıdılan qəbir daşlarının qırıntıları sahədə olması təsbit edilmişdir. Bu hissədə yüksək gərginlik xətti üçün ötürücü quraşdırılmışdır.
2018-ci il dron təsviri və 31 iyul 2023-cü il 13 (Airbus) peyk təsvirinin təhlili dağıntıların ərazidə qalmasını təsbit etmişdir.
COĞRAFİ LOKASİYA:
Qəbiristanlıq kəndin şimalında yerlə-şir. Bu yer 1974-cü il tarixli (1:50000 miqyas-lı)14 və 1975-ci il tarixli (1:100000 miqyaslı) 15 sovet topoqrafik xəritələrində işarələnmişdir. Müəlliflər 1974-cü il tarixli topoqrafik xəritədə göstərilən koordinata istinad edərək 1980-ci il tarixli KH-9 Hexagon təsvirində qəbiristan-lığı təsbit etmiş və onun dəqiq koordinatını müəyyənləşdirmişdir.
İSTİNADLAR:
1. İrəvan əyalətinin icmal dəftəri, tərt., tərcümə və araşdırma: akad. Ziya Bünyadov və f.ü.e.d.. Hüsaməddin Məmmədov (Qaramanlı) (Bakı: Elm, 1996), s.116.
2. Кавказский календаръ на 1915 год, Отдел Ста-тистический, под ред. А. А. Эльзенгер и Н. П. Стельмащук (Тифлись: Типография канцелярии наместника его Императорского Величества Е.И.В. на Кавказе, 1914), с. 109.
3. Кавказский календаръ на 1917 год, Отдел Статистический, под ред. Н. П. Стельмащук (Тифлись: Типография канцелярии наместника его Императорского Величества Е.И.В. на Кавказе, 1916), с.129.
4. Адрес-календарь Азербайджанской Республики на 1920 г., ч. 2 (1-й год издания), под ред. А. И. Ставровского (Баку: Правительственная типография Азербайджан, 1920), с.50.
Arşiv belgelerine göre Kafkazlar da ve Anadolu'da ermeni mezalimi, IV. cilt (1920-1922) (Ankara: Os-manlı Arşivi Daire Başkanlığı Yayınları, 1998), s.95; 5. Əsli: BOA, HR.SYS 2878/76.
6. Юрий Ключников, Андрей Сабанин, Между-народная политика новейшего времени в до-говорах, нотах и декларациях. Ч. ІІІ. Вып. II (Москва: Изд. Литиздата Н.К.И.Д., 1929), с.75-76.
7. Zaven Korkotyan, Son yüzildə Sovet Ermənistanı-nın əhalisi (1831-1931) (İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932), s. 158-159 (erməni dilində).
8. Azərbaycanlıların Ermənistan SSR-dən deporta-siyası (1948-1953-cü illər) (Bakı: "Zərdabi LTD", 2013), s.635; Əsli: ARDA. f.1984.s.9, iş 50-52.
9. Ermənistan Respublikası Ali Sovetinin Bülleteni, 1991, № 7 (987), 129-cu maddə, s.30 (erməni di-lində).
10. KH-9 Hexagon, D3C1216-100138A004, July 03, 1980, USGS EROS Data Center.
11. WorldView-2, October 20, 2010, Maxar via Google Earth.
12. DJI Mavic Pro, December 02, 2018, OpenAreMap. 13. July 31, 2023, Airbus via Google Earth.
14. Генеральный Штаб, J-38-20-А (Заритап) [xəritə], 1:50000, 1974.
15. Генеральный Штаб, J-38-20 (Шахбуз) [xəritə]. 1:100000, 1975.
