Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinə yeni eksponatlar hədiyyə olunub.
12-01-2026, 14:11
Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinə yeni eksponatlar hədiyyə olunub. 9 ədəd məişət əşyasından ibarət bu eksponatlar Əhmədova Validə Nəbi qızı tərəfindən mərkəzimizə təqdim olunmuşdur. Bu əşyalar əslən Qərbi Azərbaycanın Çivə kəndindən olan 50-ci illərdə Ermənistan SSRİ Ali Sovetinin deputatı olmuş Sona Əli qızı Hüseynova (Əlimərdanova) və Hüseyinova Quba İsmayıl qızına məxsus olmuşdur. Eksponatlar arasında 2 ədəd mis sini, qazan, kəfkir, ərsin (xəmir kəsən), toxmaq və başqa xırda əşyalar mövcuddur.
Xəbəri paylaş
