Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi » QƏRBİ AZƏRBAYCAN » Mədəniyyət » QƏRBİ AZƏRBAYCAN ARAŞDIRMALAR MƏRKƏZİNƏ YENİ EKSPONAT HƏDİYYƏ OLUNUB

QƏRBİ AZƏRBAYCAN ARAŞDIRMALAR MƏRKƏZİNƏ YENİ EKSPONAT HƏDİYYƏ OLUNUB

9-01-2026, 13:01

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinə yeni eksponat hədiyyə olunub. Mərkəzi Klinikanın həkimi Zeynəb Allahverdiyevanın hədiyyə etdiyi xalça onun nənəsi Şirin xanım tərəfindən toxunmuşdur. Əslən Ermənistanın Vedi rayonundan olan Şıxəliyeva Şirin İbat qızı Vedi bəylərindən olan Məhəmməd bəyin yeganə qız nəvəsi olmuşdur.
Tarixi keçmişi, bu günü mübarizələrlə dolu olan xalqımız maddi-mədəni irsini, mənəviyyat tarixini xalçalara toxuyaraq əsrlərdən-əsrlərə ötürmüşdür. Bizə hədiyyə olunan bu sənət əsərinin üzərində özündə dərin rəmzi mənalar daşıyan həndəsi ornamentlər əks olunmuşdur. Hazırda bu xalça Qərbi Azərbaycan mədəni irsinin qədim nümunəsi kimi mərkəzdə dəyərli hədiyyələr bölməsində qorunub saxlanılır.



Xəbəri paylaş