PROFESSOR MAHİRƏ HÜSEYNOVANIN QƏRBİ AZƏRBAYCAN MÖVZUSUNDA YAZDIĞI ÜÇÜNCÜ KİTAB İŞIQ ÜZÜ GÖRÜB
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İdarə heyətinin üzvü, Dərələyəz mahalı Keşişkənd rayon icmasının sədri, professor Mahirə Hüseynovanın Qərbi Azərbaycan mövzusunda yazdığı üçüncü kitabı işıq üzü görüb.
“Qərbi Azərbaycan: danışan izlərin işığında” adlı kitabın elmi redaktoru, Qərbi Azərbaycan İcmasının sədri, filologiya üzrə fəlsəfə doktoru, millət vəkili Əziz Ələkbərli, rəyçiləri isə millət vəkili Məlahət İbrahimqızı və Hikmət Babaoğludur. Kitabda alimin Qərbi Azərbaycanla bağlı elmi araşdırmaları, konfrans və simpoziumlarda çıxış və məruzələri, televiziyada tanınmış dövlət xadimləri və elm adamları ilə müzakirələri, həmçinin Qərbi Azərbaycan mövzusunda bədii yaradıcılığından nümunələr öz əksini tapmışdır. Həmçinin kitabda müəllifin qələmə aldığı hekayələr və şeir nümunələri də yer almışdır.
“Qərbi Azərbaycan: danışan izlərin işığında” kitabı müəllifin digər əsərləri kimi geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
