MƏMMƏD MUSTAFAYEV
Həyatı və təhsili Məmməd Mustafayev 23 oktyabr 1944-cü ildə Ermənistan SSR-in Kalinin rayonunun Evli kəndində anadan olub. 1950-1957-ci illərdə Evli kənd yedillik məktəbini əla qiymətlərlə başa vurduqdan sonra 1960-cə ildə İlməzli kənd orta məktəbini qızıl medalla bitirmişdir. 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinə daxil olmuş, daha sonra Moskva şəhərində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş 1966-ci ildə oranı fərqlənmə diploma ilə bitirmişdir. 1970-1975-ci illərdə Moskva Dövlət Universitetində aspiranturanı başa vuraraq kimya elmləri namizədi, 1981-ci ildə isə polimerlər kimyası üzrə müdafiə edərək kimya elmləri doktoru elmi dərəcəsini almışdır. Əmək fəaliyyəti 1970-1975-ci illərdə Moskva Dövlət Universitetinin Kimya kafedrasında dosent vəzifəsi ilə başlamışdır. 1975-1983-cü illərdə Moskva Dövlət Universitetnin kimya kafedrasında dosent vəzifəsində çalışıb.1983-cü ildə Moskva İmmunologiya İnstitutunun kimya kafedrasında işləyib. 1990-cı ildə Bakı Dövlət Universitetinin üzvi kimya kafedrasında professor vəzifəsini tutub. Elmi-pedaqoji yaradıcılığı 1994-1997-ci illərdə TÜBİTAK nəzdində Kimyəvi İmmunologiya Laboratoriyasında məsləhətçi, 1997-2002-ci illərdə TÜBİTAK nəzdində Kimyəvi İmmunologiya Laboratoriyasının direktoru işləyib. O, 2004-2007-ci illərdə Türkiyənin Yıldız Texniki Universitetində Kimya və metallurgiya fakültəsinin Biomühəndislik kafedrasının müdiri işləyib. Beynəlxalq elmi-əməkdaşlığı 1970-1975-ci illərdə Rusiya Federasiyasi (Moskva) baş tədqiqat alimi, 1975-1983-cü illərdə Moskva Dövlət Universitetində Kimya Kafedrasının Kimya Laboratoriyasının rəhbəri, 1977-cu il Çexiyada Makromolekulyar Kimya İnstitutunda aonaq alim, 1979-cu il Macarıstanın Ötvaş Universitetində qonaq alim, 1987-1989-cu illərdə Hindistanın Yeni Dehli Milli İmmunologiya İnstitutu qonaq alim (Kimya proqramının rəhbəri), 1983-1990-cı illərdə Rusiya Federasiyasi Moskva İmmunologiya İnstitutunun Kimya kafedrasnda Kimya Laboratoriyasının müdiri, Yaponiya Elmi Dəstək Assosiasiyası, Hokkaydo Universiteti və Tokio Texnologiya İnstitutunda qonaq professor (1996-cı il), Yaponiya Sapporo Yaponiya-Fransa Əməkdaşlığı, fəxri qonaq (1999-cu il), ABŞ Frederik Milli Xərçəng İnstitutunda qonaq alim (2001-ci il), Yaponiyanın Hokkaydo Universitetində qonaq alim (2001-ci il), İngiltərə London Viscotek Europe Ltd., qonaq alim (2003-ci il). Onlara məxsus sənədlərdən görmək olur ki, onun həyat yoldaşı kimyaçı Zeynəb Mustafayeva da tanınmış alim olmuş və Türkiyədə çalışmışdır.





