Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi » XƏBƏRLƏR » NAXÇIVAN MUXTAR RESPUBLİKASININ ŞƏRUR RAYONU HAVUŞ KƏNDİNDƏ YAŞAYAN MÜSLİM KİŞİ İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR.

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ ŞƏRUR RAYONU HAVUŞ KƏNDİNDƏ YAŞAYAN MÜSLİM KİŞİ İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR.

18-10-2025, 15:58

Oktyabr ayının 18-də Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri t.ü.e.d Leyla Calalova və baş mütəxəssis Möhübbət Məmmədov əslən Dərələyəz mahalının Çivə kəndindən olan hal-hazırda Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş kəndində yaşayan Müslüm kişi ilə görüş keçirilmişdir. Görüşdə 1988-ildə deportasiyaya uğramış ailənin başına gətirilmiş müsibətlər, etnik təmizlənmənin əzablarını yaşamış kənd əhalisinin keçdiyi əzablı yollar haqqında xatirələr dinlənilmiş əhalinin kənddən çıxarılması ilə bağlı erməni ekstremisləri ilə necə mübarizə apardıqları haqqında çox həyəcanlı söhbətləri dinlədik. Söhbət əsnasında ailə üzvlərinə məxsus  müxtəlif sənəd və fotolarla tanış olduq. Müslüm kişi ilə keçirilən görüş sayəsində çox sayda məlumatlar əldə edilmişdir.

 



Xəbəri paylaş