Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi » XƏBƏRLƏR » DƏRƏLƏYƏZ İCMASININ KƏND RƏHBƏRLƏRİ İLƏ ADPU-DA GÖRÜŞ KEÇİRİLMİŞDIR.

DƏRƏLƏYƏZ İCMASININ KƏND RƏHBƏRLƏRİ İLƏ ADPU-DA GÖRÜŞ KEÇİRİLMİŞDIR.

1-10-2025, 12:13


 

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzində baş tutan görüş zamanı bir sıra təklif və müzakirələr həyata keçmiş həmçinin kənd rəhbərləri tərəfindən hesabatlar verilmişdir.
Dərələyəz icmasının kənd rəhbərləri ilə keçirilən görüşdə mühüm təkliflər irəli sürüldü. Görüşdə qeyd olundu ki, kənd rəhbərləri televiziya vasitəsilə çıxış edərək canlı şahidlər kimi Dərələyəz mahalı haqqında danışmalı, tarixi faktları və xatirələri ictimaiyyətlə bölüşməlidirlər.
Bundan əlavə, hər bir kənd rəhbərinin öz kəndi haqqında araşdırmalar apararaq faktlara əsaslanan məlumatları toplaması və kitab halında nəşr etdirilməsi Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi ilə birgə həyata keçiriləcək layihələr sırasına əlavə olundu. Bu təşəbbüsün məqsədi Dərələyəz kəndlərinin tarixi yaddaşını qorumaq və gələcək nəsillərə ötürməkdir. Görülən bu işlər Qərbi Azərbaycanın digər mahalları ilə bağlı araşdırmaların aparılmasına da zəmin yaradacaq.

 



Xəbəri paylaş