Bayburt kənd qəbiristanlığı

20-11-2025, 12:57

 

Qərbi Azərbaycan İrsi kitabı 1-ci cild.
"Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair"
HESABAT VƏ MATERİALLAR

Bayburt kənd qəbiristanlığı

Məkan: Qəmərli rayonu, Bayburt kandi (Az.) / Ararat mərzi, xarabalıq (Erm.)

ID: 019 [MC-002), 44.7858933, 40.0882758

Bayburt Vedibasar mahalında, Millidere bölgesinde (9) sentyabr 1930-cu ildən - Qemerli rayonu, 4 sentyabr 1945-ci il-den Artaşat rayonu), Dəvəgözü çayının sağ sahilində yerləşən azərbaycanlı kəndi. Kəndin adı tarixi mənbələrdə XVIII əsrin I ya rısından etibarən müsəlman kendi kimi xatırlanmışdır. Sonrakı kameral təsvir və statistik məlumatlar kənd əhalisinin azərbay-canlılardan (o dövrün rəsmi sənədlərində "müsəlman" və ya "Ta-tar" kimi qeydə alınan) ibarət olduğunu sübut etmişdir. 1914-cü ile aid "Qafqaz Təqvimində kənddə 284 nəfər azərbaycanlının (menbede "Tatar" - Ə.Ə., S.H.) yaşadığı göstərilmişdir.

4 iyun 1918-ci il tarixli Batum müqaviləsinə əsasən, əvvəllər İrəvan quberniyası İrəvan qəzasının I polis sahəsinin Baş Gərni kend icmasına daxil olan Bayburt kəndi 5 iyul 1918-ci il tarix-li birgə komissiya qərarına əsasən Ermənistanın tərkibində qa-Imışdır. Lakin kənd əhalisi bu hakimiyyəti qəbul etməmişdir. 30 oktyabr 1918-ci ildə Osmanlı ordusunun bölgəni tərk etməsindən sonra, 7 noyabr 1918-ci ildə erməni təcavüzünə məruz qalan Bayburt kəndinin əhalisi kəndi tərk etmək məcburiyyətində qa-Imış, kənd isə ermənilər tərəfindən işğal edilmişdir.5

Sovet hakimiyyəti dövründə sovet-bolşevik rejimi tərəfin-dən Ermənistan SSR-nin xeyrinə olaraq sərhədlər dəyişdirilmiş və Bayburt kəndi də bu ərazilər daxilində qalmışdır. 1921-ci ildə yenidən kəndə geri qayıdan 55 nəfər azərbaycanlı kəndi abad-laşdıraraq yaşamağa başlamışdır. 1952-ci ildə kənd əhalisi 54 ailədə 218 nəfər olmaqla Azərbaycan SSR-nin Ağdaş rayonunun Qoşabulaq kəndinə deportasiya edilmişdir. Həmin dövrdə kənd-də yaşayan 54 ailədən yalnız 5-6 ailə köçməkdən imtina edərək ləğv edilən kənddə yaşamağa davam etmişdir. Əhali heç bir qey-diyyata alınmadan 1988-ci ilə qədər kənddə yaşamağa davam et-miş və 1980-ci illərdə kənddə azərbaycanlı əhali yenidən artaraq 150 nəfərə çatmışdır.

1980-ci illərin sonlarında Ermənistanın Azərbaycanın ta-rixi torpaqlarına qarşı başlatdığı ərazi iddiaları və etnik təmizlə-mə nəticəsində Ermənistan SSR-də azərbaycanlıların yaşadığı bütün yaşayış yerlərindən əhalinin zorla deportasiyası həyata keçirilmişdir. 1988-ci ilin sonlarında Bayburt kəndinin azərbaycan-lı sakinləri də erməni cinayətləri və zorakılığından öz həyatlarını xilas etmək üçün Azərbaycan Respublikasına pənah gətirmişdir. 10

TƏHLİL:

Məkan təhlili üçün istifadə olunan 29 iyul 1973-cü il" KH-9 Hexagon peyk təsviri (sağda yuxarıdakı) əsasında aparılan tah-lillər zamanı qəbiristanlığın əhatə etdiyi landşaftın xüsusiyyətləri öyrənilmişdir. Bu təhlillərin nəticələrinə əsasən, qəbiristanlıq 0.7 ha ərazidə yerləşmiş və qəbirüstü abidələri əsasən şimal-qərb hissəsində, digər hissələrində isə heterojen, xallı səthi ilə təsbit olunmuşdur.

Azərbaycanlı əhalinin kənddən deportasiya edilməsindən sonra qəbiristanlığın vəziyyətini müəyyən etmək məqsədilə 1973-cü il ve 7 avqust 2010-cu il¹² (Maxar) (sağda aşağıdakı) tarixli peyk təsvirləri əsasında müqayisəli təhlil aparılmışdır. Təhlillərin nəticələrinə əsasən, qəbiristanlığın 1989-2010-cu illərdə tamamilə məhv edildiyi müəyyən edilmişdir. Ərazidə qəbirüstü abidələrin yerləşdiyi yerlərdə qazıntı-torpaq işləri, xəndəklər olması təsbit edilmişdir.
2010-cu il və 3 sentyabr 2023-cü 115 (Maxar) tarixli peyk təsvirinin müqayisəli tah lili dağıntıların sabit qaldığını və ərazinin baş qa məqsədlərlə bağlı istifadə edilməməsini göstərmişdir.

təhlillərinə əsasən, qəbiristanlğın ilkin vəziy Beləliklə, peyk təsvirlərinin müqayisəli yətindən tamamilə məhrum edilməsi, abi-dələrin dağıdılması və nəticədə ərazinin öz mədəni və tarixi dəyərini itirməsi müəyyən edilmisdir. Bu həm mədəni irsə, həm də tarixi yaddaşa ciddi zərər vurmuşdur.

COĞRAFİ LOKASİYA:

Qəbiristanlıq Bayburt kəndinin cənub-qərbində, Gölaysor kəndinə gedən yolun sol hissəsində yerləşir. Bu yer 1974-cü il tarixli (1:50000 miqyaslı)14 və 1982-ci il ta-rixli (1:100000 miqyaslı) 15 sovet topoqrafik xəritələrində işarələnmişdir. Müəlliflər 1974-cü il tarixli topoqrafik xəritədə göstərilən koordi-nata istinad edərək 1973-cü il tarixli KH-9 He-xagon təsvirində qəbiristanlığı təsbit etmiş və onun dəqiq koordinatını müəyyənləşdirmişdir.

İSTİNADLAR:

1. İrəvan əyalətinin icmal dəftəri, tərt., tərcümə və araşdır-ma: akad. Ziya Bünyadov və f.ü.e.d., Hüsaməddin Məmmədov (Qaramanlı) (Bakı: Elm, 1996), s.37.

2. Кавказский календаръ на 1915 год, Отдел Ста-тистический, под ред. А. А. Эльзенгер и Н. П. Стельмащук (Тифлись: Типография канцелярии наместника его Императорского Величества Е.И.В. на Кавказе, 1914), с.284.

3 . Кавказский календаръ на 1917 год. Отдел Ста-тистический. Под ред. Н. П. Стельмащук (Тиф-лись: Типография канцелярии наместника его Императорского Величества Е.И.В. на Кавказе, 1916), с.129.

"Журнал №3 Соединенного заседания..... №99, в Из истории иностранной интервенции в Армении в 1918 году (Документы и материалы). COCT. X.A. Бадалян (Ереван: Издательство 4.

5 . İrəvan vilayət komisarı L. Əmirxanyanın Ermənis tan Respublikasının daxili işlər naziri Aram Ma-nukyana Böyük Gilanlar, Kiçik Gilanlar ve Bayburd kəndlərinin alınması haqqinda hesabatı, 8 noyabr 1918-ci il, EMAMTA, f. 201, siy. 1, is 58.v.5, orijinal erməni dilində.

6. Юрий Ключников, Андрей Сабанин, Междуна родная политика новейшего времени в догово-декларациях. Ч. III. Вып. // (Москва. рах, нотах и Изд.

7. Zaven издата Н.К.И.Д., 1929), с. 75-76. nın əhalisi yuzildə Sovet Ermenistani-nəşriyyatı, 1932), s. 146-147 (erməni dilində). alisi (1831-1931) (İrəvan: "Melkonyan fond Azərbaycanlıların Ermənistan SSR-dan deportasiyası (1948-1953-cü illər). Bakı, 2013. s.635.

9. Əziz Ələkbərli, Qərbi Azərbaycan, I cild, Vedibasar mahalı (Bakı: Ağrıdağ nəşriyyatı, 2003), s.211. 10. Yenə orada.

11. KH-9 Hexagon, D3C1206-100170A015, July 29, 1973, USGS EROS Data Center.

12. August 07, 2010, Maxar via Google Earth.

13. September 03, 2023, Airbus via Google Earth.

14. Генеральный Штаб, К-38-138-Г (Гохт) [xəritə], 1:50000, 1974.

15. Генеральный Штаб, К-38-138 (Ереван) [xəritə], 1:100000,1982.



Xəbəri paylaş