Vağudi kənd qəbiristanlığı
Qərbi Azərbaycan İrsi kitabı 1-ci cild.
"Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair"
HESABAT VƏ MATERİALLAR
Vağudi kənd qəbiristanlığı
Məkan: Qarakilsə rayonu, Vağudi kəndi (Az.) / Sünik mərzi, Vağatin kəndi (Erm.)
ID: 071 [MC-174], 39.507674, 46.116775
Vağudi kəndi - Zəngəzur bölgəsində (9 sentyabr 1930-cu ilden- Qarakilsə rayonu, 2 mart 1940-cı ilden Sisian rayonu), Ba-zarçayın sol sahilində, Ağudi kəndi ilə Urud kəndi arasında yer-ləşən azərbaycanlı kəndi. Kəndin adı tarixi mənbələrdə XIV as-rdən etibarən Vağudi kimi xatırlanmışdır. Sonrakı təhrir dəftərləri, kameral təsvir və statistik məlumatlar kənd əhalisinin azərbaycan-lılardan (o dövrün rəsmi sənədlərində "müsəlman" və ya "Tatar" kimi qeydə alınan) ibarət olduğunu sübut etmişdir. 1914-cü ile aid "Qafqaz Təqvimi"ndə kənddə 870 nəfər azərbaycanlının (man-bədə "Tatar" - Ə.Ə., S.H.) yaşadığı göstərilmişdir.
28 may 1918-ci ildən etibarən, əvvəllər Yelizavetpol quber-niyasının Zəngəzur qəzası I polis sahəsi Vağudi kənd icmasının tərkibində olan Vağudi kəndinin ərazisi Azərbaycan Xalq Cümhuriy-yətinin Zəngəzur qəzasına daxil olmuşdur. 1918-ci ilin iyul ayında erməni təcavüzünə məruz qalan Vağudi kəndinin əhalisindən 260 nəfər kişi, 100 nəfər qadın və 100 nəfər uşaq xüsusi qəddarlıqla qətl edilmişdir. Sağ qalan əhali kəndi tərk etmək məcburiyyətində qalmış, kənd isə ermənilər tərəfindən işğal edilmişdir. Həmin dövrdən etibarən kəndə indiki Türkiyə ərazilərindən gətirilən er-məni qaçqınları yerləşdirilmişdir. Sovet hakimiyyəti dövründə, sovet-bolşevik rejimi Azərbaycan xalqının iradəsinə zidd olaraq Zəngəzur qəzasının qərb hissəsini Ermənistan SSR-ə vermişdir. 1921-ci ildə kəndə geri qayıdan 131 nəfər azərbaycanlı yenidən kənddə məskunlaşaraq erməni qaçqınları ilə birgə yaşamışdır.
1980-ci illərin sonlarında Ermənistanın Azərbaycanın ta-rixi torpaqlarına qarşı başlatdığı ərazi iddiaları və etnik təmizlə-mə nəticəsində Ermənistan SSR-də azərbaycanlıların yaşadığı bütün yaşayış yerlərindən əhalinin zorla deportasiyası həyata keçirilmişdir. 1988-ci ilin sonlarında Vağudi kəndinin 2000 nəfər azərbaycanlı sakini də erməni cinayətləri və zorakılığından öz həyatlarını xilas etmək üçün Azərbaycan Respublikasına pənah gətirmişdir. Ermənistan Respublikası Ali Sovetinin 3 aprel 1991-ci il tarixli qərarı ilə Vağudi kəndi Vağatin adlandırılmışdır.
TƏHLİL:
Məkan təhlili üçün istifadə olunan 3 iyul 1980-ci il KH-9 Hexagon peyk təsviri (sağda yuxarıdakı) əsasında aparılan təh-lillər zamanı qəbiristanlığın əhatə etdiyi landşaftın xüsusiyyətləri öyrənilmişdir. Bu təhlillərin nəticələrinə əsasən, qəbiristanlıq 1.7 ha ərazidə yerləşmiş və qəbirüstü abidələri təsbit olunmuşdur.
Azərbaycanlı əhalinin kənddən deportasiya edilməsindən sonra qəbiristanlığın vəziyyətini müəyyən etmək məqsədilə 1980-ci il və 31 avqust 2011-ci ild (WorldView-2) (sağda aşağıdakı) tarixli peyk təsvirləri əsasında müqayisəli təhlil aparılmışdır. Təh-lillərin nəticələrinə əsasən, qəbiristanlığın 1989-2011-ci illərdə arasında bir tarixdə tamamilə məhv edildiyi müəyyən edilmişdir. Təhlil nəticəsində az sayda qəbirüstü abidənin dağıntılarının qal-dığı təsbit olunmuşdur. Ərazinin şimal hissəsində buldozer va-sitəsi ilə torpaq-qazıntı işlərinin aparılması müəyyən edilmişdir. Bunu səthin üzərində olan buldozer bıçaqlarının izləri sübut et-mişdir. Eyni zamanda torpaq-qazıntı işləri cənub hissədə də
müəyyənləşdirilmişdir. Qəbiristanlıqda dağıntının miqyasını və zamanını müəyyən etmək üçün müəlliflər ərazidə aparılmış video çəkilişdən istifadə etmişdir. Video təsvirin təhlili ilə ərazidə 8-ə yaxın köhnə baş daşının ayaqda olması təsbit edilsə də, bütün xarılaraq aparılmışdır. Ərazidə sındırılmış ve Qəbirüstü abidələrin baş daşıları yerindən çi-dağıdılmış baş daşlarının az olması, bu məhv-etmə prosesinin vandalizm yox, yağmalama məqsədi ilə həyata keçirilməsini təsdiqləmişdir 2011-ci il və 7 yanvar 2014-cü ilt (lko-nos-2) tarixli peyk təsvirlərinin müqayisə li təhlili ərazidə vəziyyətin stabil qal göstərmişdir. 2014-cü il və 25 iyul 2019-cu ilta (Airbus) peyk təsvirlərinin təhlili isə qəbiristan lığın tamamilə yox edilməsini təsbit etmişdir. qalmasını
COĞRAFİ LOKASİYA:
Qəbiristanlıq Vağudi kəndinşimal hissə-sində, hündür təpədə yerləşir. Bu yer 1974-cü il tarixli (1:50000 miqyaslı) 13 sovet topografik xəritəsində işarələnmişdir. Müəlliflər 1974-cü il tarixli topografik xəritədə göstərilən koordinata istinad edərək 1980-ci il tarixli KH-9 Hexagon təsvirində qəbiristanlığı təsbit etmiş və onun dəqiq koordinatını müəyyənləşdirmişdir.
İSTİNADLAR:
1. Tovma Metsopetsi, Teymur-Ləng və onun varisləri-nin tarixi (Paris:1860), s. 14-15 (erməni dilində).
2. Кавказский календаръ на 1915 год, Отдел Ста-тистический, под ред. А. А. Эльзенгер и Н. П. Стельмащук (Тифлись: Типография канцелярии наместника его Императорского Величества Е.И.В. на Кавказе, 1914), с.103.
3. Кавказский календаръ на 1917 год, Отдел Ста-тистический, под ред. Н. П. Стельмащук (Тиф-лись: Типография канцелярии наместника его Императорского Величества Е.И.В. на Кавказе, 1916), с.53.
4. Адрес-календарь Азербайджанской Республики на 1920 г., ч. 2 (1-й год издания), под ред. А. И. Ставровского (Баку: Правительственная типог рафия Азербайджан, 1920), с.50.
5. Zəngəzur qəzasının Vağudi kəndinə silahlı hücum və dağıntılar haqqında, ARDA, f.1061, siy.1, iş 74, ѵ.5-6; Андраник Озанян, Документы и материалы, Вестник архивов Армении («Бан-бер Айастани архивнери»), 1 (89)-2 (90) (Ереван, 1991), c.324-329; ERMDTA, f. 370, siy 2, iş 11, v. 34-38. 6.
Zaven Korkotyan, Son yüzildə Sovet Ermenistani-nın əhalisi (1831-1931) (İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932), s. 146-147 (erməni dilinde).
2013), s.342. 7. Musa Urud, Zəngəzur toponimləri (Bakı: Nurlar,
8. Ermənistan Respublikası Ali Sovetinin Bülleteni, 1991, № 7 (987), 129-cu maddə, s.28 (ermani dilində).
9. KH-9 Hexagon, D3C1216-100138A004, July 03, 1980, USGS EROS Data Center.
10. WorldView-2, August 31, 2011, Maxar via Esri Map.
11. Ikonos-2, January 07, 2014, Maxar via Google Earth.
12. July 25, 2019, CNES/Airbus via Google Earth.
13. Генеральный Штаб, J-38-21-А (Сисиан) [xəritə], 1:50000, 1974.


