Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi » QƏRBİ AZƏRBAYCAN » Fotosənədlər » Urud kəndinin təzə qəbiristanlığı

Urud kəndinin təzə qəbiristanlığı

20-11-2025, 12:55

 

Qərbi Azərbaycan İrsi kitabı 1-ci cild.
"Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair"
HESABAT VƏ MATERİALLAR

Urud kəndinin təzə qəbiristanlığı

Məkan: Qarakilsə rayonu, Urud kandi (Az.) / Sünik mərzi, Vorotnavan kandi (Erm.)

ID: 110 [MC-430], 39.483149, 46.141482

Urud- Zəngəzur bölgəsində (9 sentyabr 1930-cu ildən Qarakilsə rayonu, 2 mart 1940-cı ilden Sisian rayonu) Bazarçayın sahilində yerləşən azərbaycanlı kəndi. Kəndin adı ilk dəfə Urud kimi tarixi mənbələrdə XV əsrdən etibarən xatırlanmışdır. Bölgənin ən qədim kəndlərindən biri olmuşdur. Sonrakı dövrlərdə təhrir dəftərləri, kameral təsvirlər və statistik məlumatlar kənd əhalisinin müsəlman-lardan (o dövrün rəsmi sənədlərində "müsəlman" və ya "tatar" kimi qeydə alınan azərbaycanlılardan) ibarət olduğunu göstərmişdir. 1914-cü ile aid "Qafqaz Taqvimi'nde kənddə 409 nəfər azərbay-canlının (mənbədə "tatar" - Ə.Ə., S.H.) yaşadığı qeyd olunmuşdur.

28 may 1918-ci ildən etibarən, əvvəllər Yelizavetpol quberni-yasının Zəngəzür qəzası I polis sahəsinin tərkibində olan Urud ken-dinin ərazisi Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzasına daxil olmuşdur. 28 sentyabr 1918-ci ildə erməni təcavüzünə məruz qalan Urud kəndinin əhalisi kəndi tərk etmək məcburiyyətində qal-mış, kənd isə ermənilər tərəfindən işğal edilmişdir. Sovet hakimiy-yəti dövründə, sovet-bolşevik rejimi Azərbaycan xalqının iradəsinə zidd olaraq Zəngəzur qəzasının qərb hissəsini Ermənistan SSR-e vermişdir. Bunun ardınca, 1921-ci ildə kəndə geri qayıdan 340 nəfər azərbaycanlı kəndi yenidən abadlaşdıraraq məskunlaşmağa başlamışdır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 iyul 1968-cı il tarixli qərarı ilə Urud kəndi Vorotan adlandırılmışdır.

1980-ci illərin sonlarında Ermənistanın Azərbaycanın ta-rixi torpaqlarına qarşı başlatdığı ərazi iddiaları və etnik təmizləmə nəticəsində Ermənistan SSR-də azərbaycanlıların yaşadığı bütün yaşayış yerlərindən əhalinin zorla deportasiyası həyata keçiril-mişdir. 1988-ci il noyabr ayında Urud kəndinin azərbaycanlı sakin-leri de ermeni cinayətləri və zorakılığından öz həyatlarını xilas etmək üçün Azərbaycan Respublikasına penah gətirmişdir. Ermən-istan Respublikası Milli Məclisinin 9 iyun 2017-ci il tarixli fərmanı ilə Urud kəndi Vorotnavan adlandırılmışdır.

Kəndin təzə qəbiristanlığı orta əsr qəbiristanlığında cənubda yerləşmişdir. Bu qəbiristanlıqda Zəngəzurun azərbaycanlı əhalisi tərəfindən böyük hörmətlə ehtiram göstərilən və ziyarət edilən Seyid Mir İsmayıl Ağanın türbəsi mövcud olmuşdur.

TƏHLİL:

Məkan təhlili üçün istifadə olunan 3 iyul 1980-ci il KH-9 Hexagon peyk təsviri (sağda yuxarıdakı) əsasında aparılan təh-lillər zamanı qəbiristanlığın əhatə etdiyi landşaftın xüsusiyyətləri öyrənilmişdir. Bu təhlillərin nəticələrinə əsasən, qəbiristanlıq 0.6 ha ərazidə yerləşmiş və qəbirüstü abidələri təsbit olunmuşdur. Müəl-liflərin əldə etdiyi sovet dövrünə aid fotolar qəbiristanlıqda qəbirüstü abidələr və türbə haqqında daha ətraflı məlumat vermişdir. Təhlil-lər zamanı qəbiristanlıqda XIX -XX əsrlərə aid qəbirüstü abidələr mövcud olduğu təsbit edilmişdir. Qəbirüstü abidələr yaxşı vəziyyət-de olmuş, baş daşları xüsusi daşişləmə metodları ilə hazırlanmış və ailə qəbirləri dəmir məhəccərlərlə əhatələnmişdir. Bu hər qəbirin qo-runmasını, ərazinin səliqəli və nəzərə çarpan vəziyyətdə olmasını təsdiqləmişdir.

Azərbaycanlı əhalinin kənddən deportasiya edilməsindən son-ra qəbiristanlığın vəziyyətini müəyyən etmək məqsədilə 1980-ci Il ve 31 avqust 2011-ci il (WorldView-2) (sağda aşağıdakı) tarix-li peyk təsvirləri əsasında müqayisəli təhlil aparılmışdır. Təhlillərin nəticələrinə əsasən, qəbiristanlığın 1989-2011-ci illər arasında ciddi şəkildə zədələnməsi və ərazinin şərq hissəsinin təmizlənərək bağ yerinə çevrilməsi təsbit edilmişdir. Hexagon təsviri və sovet dövrü fotolarında öz əksini tapmış Seyid Mir İsmayıl Ağanın türbəsi və qəbirüstü abidələrinin (şəkil sındırılaraq təhqir edilmiş, vandalizmə məruz № 1-3) böyük əksəriyyəti məhv edilmiş, bəziləri qalmışdır. Hələ bu təsvirin tarixiə qədər 2006-cı ildə kəndin keçmiş sakini Musa Urud kənda səfəri zamanı qəbiristanlığın məhv edildiyinin şahidi olmuşdur. 10

2022-ci ilə aid müasir fotolarda bütün abidənin qalması təsbit edilmişdir ( şəkil № 4-9). qəbiristanlıqda bir neçə dağıdılmış qəbirüstü

Beləliklə, qəbiristanlıq 1989-2006-cı illər ərzində tamamilə dağıdılaraq məhv edilmişdir. Onun ərazisinin bir hissəsi bağ sahəsinə çevrilmişdir. 2022-ci ilə qədər qəbir daşlarından bir neçəsinin vandalizm izləri hələ də ərazidə qalmışdır.

COĞRAFİ LOKASİYA:

Qəbiristanlıq Urud kəndinin cənub-cənub-qərb hissəsində, Bazar çayının sol sahilində yerləşir. Bu yer 1974-cü il tarixli (1:50000 miq-yaslı)¹¹ və 1975-ci il tarixli (1:100000 miqyaslı)12 topoqrafik xəritələrdə işarələnmişdir. Müəlliflər 1974-cü il tarixli topoqrafik xəritədə göstərilən koordinata istinad edərək 1980-ci il tarixli KH-9 Hexagon təsvirində qəbiristanlığı təsbit etmiş və onun dəqiq koordinatını müəyyənləşdirmişdir.

İSTİNADLAR:

1. Musa Urud, Zəngəzur toponimləri (Bakı: Nurlar, 2013), s.333.

2. Кавказский календаръ на 1915 год, Отдел Ста-тистический, под ред. А. А. Эльзенгер и Н. П. Стельмащук (Тифлись: Типография канцелярии наместника его Императорского Величества Е.И.В. на Кавказе, 1914), с.175.

3. Адрес-календарь Азербайджанской Республики на 1920 г., ч. 2 (1-й год издания), под ред. А. И. Ставровского (Баку: Правительственная типогра фия Азербайджан, 1920), с.50.

4.

О разгроме армянами мусульманского селения Агуди Зангезурского уезда, ARDA, f. 1061,siy. 1, iş 66; Андраник Озанян, Документы и материалы, Вестник архивов Армении («Банбер Айастани архивнери»), 1 (89)-2 (90) (Ереван, 1991), с.324-

329; ERMDTA, f. 370, siy. 2, iş 11, v. 34-38. 5 . Zaven Korkotyan, Son yüzildə Sovet Ermenistanının Əhalisi (1831-1931) (İrəvan: "Melkonyan fond" nəşri-yyatı, 1932), s.146-147 (erməni dilində).

6 . Ведомости Верховного Совета Армянской ССР, 1968 , № 13 (418), Ст. 129, с. 391.

7. Электронный бюллетень "изменения географи-ческих названий государств-участников СНГ (обнавлённый по состоянию на 2016), Респуб-лика Армения. 2018. с.4.

8. KH-9 Hexagon, D3C1216-100138A004, July 03, 1980, USGS EROS Data Center.

9. WorldView-2, August 31, 2011, Maxar via Google Earth.

10. Musa Urud, Uruda iki səfər (Bakı: İlay, 2009).

11. Генеральный Штаб, К-38-21-В (Дастакерт) [xəritə], 1:50000, 1974.

12. Генеральный Штаб, К-38-21 (Горис) [xəritə], 1:100000, 1975.
 



Xəbəri paylaş