Sofulu kənd qəbiristanlığı
Qərbi Azərbaycan İrsi kitabı 1-ci cild.
"Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair"
HESABAT VƏ MATERİALLAR
Sofulu kənd qəbiristanlığı
Məkan: Qarakilsə rayonu, Sofulu kəndi (Az.) / Sünik mərzi, Njdeh kandi (Erm.)
ID: 085 [MC-146], 39.377669, 45.997765
Sofulu - Zəngəzur bölgəsində (9 sentyabr 1930-cu ildən -Qarakilsə rayonu, 2 mart 1940-cı ildən Sisian rayonu) Dəstəgird kəndi ilə Murğuz kəndləri arasında, Əyriçayın sol sahilində yer-ləşən azərbaycanlı kəndi. Kəndin adı ilk dəfə tarixi mənbələrdə XIX əsrin II yarısından etibarən xatırlanmışdır. Sonrakı kameral təsvir və statistik məlumatlar kənd əhalisinin azərbaycanlılardan (o dövrün rəsmi sənədlərində "müsəlman" və ya "Tatar" kimi qey-də alınan) ibarət olduğunu sübut etmişdir. 1914-cü ilə aid "Qafqaz Təqvimində kənddə 970 nəfər azərbaycanlının (mənbədə "Tatar" Ə.Ə., S.H.) yaşadığı göstərilmişdir.
28 may 1918-ci ildən etibarən, əvvəllər Yelizavetpol quber-niyasının Zəngəzur qəzası I polis sahəsi Sisian kənd icmasının tərkibində olan Sofulu kəndi Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzasına daxil olmuşdur. 1918-ci ilin yayında erməni təcavüzünə məruz qalan Sofulu kəndinin əhalisi kəndi tərk et-mək məcburiyyətində qalmış, kənd isə ermənilər tərəfindən işğal edilmişdir. Sovet hakimiyyəti dövründə, sovet-bolşevik rejimi Azərbaycan xalqının iradəsinə zidd olaraq Zəngəzur qəzasının qərb hissəsini Ermənistan SSR-ə vermişdir. Bunun ardınca, 1922-ci ildən sonra kəndə geri qayıdan 149 nəfər azərbaycanlı kəndi yenidən abadlaşdıraraq məskunlaşmağa başlamışdır.
1980-ci illərin sonlarında Ermənistanın Azərbaycanın ta-rixi torpaqlarına qarşı başlatdığı ərazi iddiaları və etnik təmizlə-mə nəticəsində Ermənistan SSR-də azərbaycanlıların yaşadığı bütün yaşayış yerlərindən əhalinin zorla deportasiyası həya-ta keçirilmişdir. 1988-ci il noyabr ayında Sofulu kəndinin 1124 nəfərdən çox azərbaycanlı sakini də erməni cinayətləri və zo-rakılığından öz həyatlarını xilas etmək üçün Azərbaycan Res-publikasına panah gətirmişdir. Ermənistan Respublikası Milli Məclisinin 4 iyul 2006-cı il tarixli qərarı ilə Sofulu kəndi Nide adlandırılmışdır.
Sofulu kəndinin qəbiristanlığında Molla Qəyib (Qeyib) qəbri və piri yerləşirmişdir."
TƏHLİL:
Məkan təhlili üçün istifadə olunan 3 iyul 1980-ci il¹º və 10 ok-tyabr 1983-cü il" KH-9 Hexagon peyk təsvirləri (sağda) əsasında aparılan təhlillər zamanı qəbiristanlığın əhatə etdiyi landşaftın xüsusiyyətləri öyrənilmişdir. Bu təhlillərin nəticələrinə əsasən, qəbiristanlıq 1 ha ərazidə yerləşmiş və qəbirüstü abidələri təsbit olunmuşdur. Həmçinin qəbiristanlığın ərazisinin hasarla əhatə olunduğu müəyyən edilmişdir.
Azərbaycanlı əhalinin kənddən deportasiya edilməsindən sonra qəbiristanlığın vəziyyətini müəyyən etmək məqsədilə 1980-ci il və 1 avqust 2011-ci il¹² (WorldView-2) (sağda aşağıdakı) tarixli peyk təsvirləri əsasında müqayisəli təhlil aparılmışdır. Təhlillərin nəticələrinə əsasən, qəbiristanlığın 1989-2011-ci illər arasında bir tarixdə tamamilə məhv edildiyi müəyyən edilmişdir. 2022-ci il13 (CNES/Airbus) tarixli peyk təsvirində qəbirüstü abidələrin heç birini izləmək mümkün olmamışdır.
COĞRAFİ LOKASİYA:
Sofulu kəndinin qəbiristanlığı Əyri çayın sol sahilində, Şıxlar kəndindən gələn yolun sağında yerləşir. Bu yer 1974-cü il tarixli (1:50000 miqyaslı) 14 sovet topografik xəritəsində işarələnmişdir. Müəlliflər 1974-cü il tarixli topografik xəritədə göstərilən koordinata istinad edərək 1980-ci il və 1983-cü il tarixli KH-9 Hexagon təsvirlərində qəbiristanlığı təsbit etmiş və onun dəqiq koordinatını müəyyənləşdirmişdir.
İSTİNADLAR:
1. Nazir Əhmədli, Zəngəzur qəzasının Kameral təsvi ri. 1874-cü il (Bakı: Elm və təhsil, 2021), s.582-601.
2. Кавказский календаръ на 1908 год, Отдел Статистический (Тифлись: Типография кан-целярии наместника его Императорского Вели-чества Е.И.В. на Кавказе, 1907), с. 88.
3. Кавказский календаръ на 1917 год. Отдел Ста-тистический. Под ред. Н. П. Стельмащук (Тиф-лись: Типография канцелярии наместника его Императорского Величества Е.И.В. на Кавказе, 1916), с.53.
4. Адрес-календарь Азербайджанской Республики на 1920 г., ч. 2 (1-й год издания), под ред. А. И. Ставровского (Баку: Правительственная типог-рафия Азербайджан, 1920), с.50.
5. Kamran Ismayılov, Zəngəzurda Azərbaycan xalqına qarşı soyqırımı (1918-1920) (Bakı: Elm, 2017), s.19.
6. Zaven Korkotyan, Son yüzildə Sovet Ermənis-tanının əhalisi (1831-1931) (İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932), s. 146-147 (erməni dilində).
7. Əziz Ələkbərli, Qərbi azərbaycanlıların 1988-ci il soyqırımı (sənədlərin dili ilə) (Bakı: Nurlan nəşriy-yatı, 2008), s.242.
8. Vandalizm: Tarixi adlara qarşı soyqırımı, yenidən işlənmiş ikinci nəşri, tərt.: f.ü.e.d., Nazim Mustafa, (Bakı: Turxan NPB, 2014), s.59
9. Musa Urud, Zəngəzur toponimləri (Bakı: Nurlar,2013), s. 133
10. KH-9 Hexagon, D3C1216-100138A006, July 03, 1980, USGS EROS Data Center.
11. KH-9 Hexagon, D3C1218-200716F019, October 10, 1983, USGS EROS Data Center.
12. WorldView-2, August 31, 2011, Maxar via Google Earth.
13. July 14, 2022, CNES/Airbus via Google Earth.
14. Генеральный Штаб, J-38-20-Г (Брнакот) (xəritə], 1:50000, 1974.


