Murğuz kənd qəbiristanlığı
Qərbi Azərbaycan İrsi kitabı 1-ci cild.
"Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair"
HESABAT VƏ MATERİALLAR
Murğuz kənd qəbiristanlığı
Məkan: Qarakilsə rayonu, Murğuz kəndi (Az.) / Sünik mərzi, Tsğuni kəndi (Erm.)
ID: 086 [MC-143], 39.3667527, 45.9889217
Murğuz Zəngəzur bölgəsində (9 sentyabr 1930-cu ilden
Qarakilsə rayonu, 2 mart 1940-cı ildən Sisian rayonu) Qırxlar pirinin ətəyində, Çiçəkli çay və Əyriçayın qovuşduğu ərazidə yer-ləşən azərbaycanlı kəndi. Kəndin adı ilk dəfə Muxris kimi tarixi mənbələrdə XVI əsrin 90-cı illərindən etibarən xatırlanmışdır. Kəndin adı Mahrus, Murqus və Murxuz kimi digər variantlarda da qeyd edilmişdir. Sonrakı kameral təsvir və statistik məlumatlar kənd əhalisinin azərbaycanlılardan (o dövrün rəsmi sənədlərində "müsəlman" və ya "Tatar" kimi qeydə alınan) ibarət olduğunu sübut etmişdir. 1914-cü ilə aid "Qafqaz Təqvimində kənddə 190 nəfər azərbaycanlının (mənbədə "Tatar" - Ə.Ə., S.H.) yaşadığı göstərilmişdir.2
28 may 1918-ci ildən etibarən, əvvəllər Yelizavetpol quber-niyasının Zəngəzur qəzası I polis sahəsi Sisian kənd icmasının tərkibində olan Murğuz kəndi Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzasına daxil olmuşdur. 1918-ci ilin yayında erməni təcavüzünə məruz qalan Murğuz kəndinin əhalisi kəndi tərk et-mək məcburiyyətində qalmış, kənd isə ermənilər tərəfindən işğal edilmişdir. Sovet hakimiyyəti dövründə, sovet-bolşevik rejimi Azərbaycan xalqının iradəsinə zidd olaraq Zəngəzur qəzasının qərb hissəsini Ermənistan SSR-ə vermişdir. Bunun ardınca, 1921-ci ildə kəndə geri qayıdan 101 nəfər azərbaycanlı kəndi yenidən abadlaşdıraraq məskunlaşmağa başlamışdır.
1980-ci illərin sonlarında Ermənistanın Azərbaycanın ta-rixi torpaqlarına qarşı başlatdığı ərazi iddiaları və etnik təmizlə-mə nəticəsində Ermənistan SSR-də azərbaycanlıların yaşadığı bütün yaşayış yerlərindən əhalinin zorla deportasiyası həyata keçirilmişdir. 1988-ci il sonlarında Murğuz kəndinin azərbaycan-lı sakinləri də erməni cinayətləri və zorakılığından öz həyatlarını xilas etmək üçün Azərbaycan Respublikasına pənah gətirmişdir. Ermənistan Respublikası Ali Soveti Rəyasət Heyətinin 3 aprel 1991-ci il tarixli qərarı ilə Murğuz kəndi Tsğuni adlandırılmışdır.
Kəndin qoç abidələri ilə zəngin qədim qəbiristanlığı olmuş-dur. Murğuz kəndi hər tərəfdən pirlərlə: Qırxlar piri, Daşqala piri, Nalband piri və Təkcə piri ilə əhatələnmişdir.
TƏHLİL:
Məkan təhlili üçün istifadə olunan 3 iyul 1980-ci ild və 10 oktyabr 1983-cü il tarixli KH-9 Hexagon peyk təsvirləri əsasında aparılan təhlillər zamanı qəbiristanlığın əhatə etdiyi landşaftın xüsusiyyətləri öyrənilmişdir. Bu təhlillərin nəticələrinə əsasən, qəbiristanlıq 0.6 ha ərazidə yerləşmiş və qəbirüstü abidələri təsbit olunmuşdur. Qəbiristanlığın ərazisi hasarla əhatə olunmuş və qəbirüstü abidələr əsasən ərazinin qərb hissəsində təsbit edil-mişdir. Qəbiristan mərkəzində ilə kiçik torpaq yol olmuşdur. Ərazis-inin cənub və cənub-şərq hissəsində qəbirüstü abidələr heterojen səthi ilə təsbit edilmişdir. Bu həmin ərazilərdə yerə batmış, köhnə qəbirlərin yerləşməsi ilə izah oluna bilinər.
Azərbaycanlı əhalinin kənddən deportasiya edilməsindən sonra qəbiristanlığın vəziyyətini müəyyən etmək məqsədilə 1980-ci il ve 24 fevral 2009-cu il¹² (Word View-1) (sağda aşağıdakı) tarix-li peyk təsvirləri əsasında müqayisəli təhlil aparılmışdır. Təhlillərin nəticələrinə əsasən, qəbiristanlığın 1989-2009-cu illərdə bir tarixdə tamamilə dağıdıldığı müəyyən edilmişdir.
2009-cu il və 14 iyul 2022-ci il¹³ (CNES/Airbus) peyk təs-virlərinin müqayisəli təhlili ərazidə torpaq işlərinin aparılması, ətraf əkin sahələrinin şumlanması üçün ağır texnikaların ərazidən istifadə etməsini təs-bit edilmişdir. Bu, ərazinin təyinatının dəyiş-dirilməsini və onun başqa məqsədlərlə istifadə edilməsini göstərmişdir. Həmin proseslər isə qəbiristanlığın mədəni irs dəyərinin itirilməsini və onun tamamilə məhv edilməsini göstərmişdir. Beləliklə, dağıntılar və vandalizm 1989-cu ildən 2009-cu ilə qədər davam etmiş, abidələr tamamilə məhv edilərək sonrakı proseslərdə ərazinin istifadə məqsədi dəyişdirilmişdir.
COĞRAFİ LOKASİYA:
Murğuz kəndinin qəbiristanlığı Əyri çayın sol sahilindən 150 metr qərbdə, Sofulu kəndinə gedən yolun sağında yerləşir. Bu yer 1974-cü il tarixli (1:50000 miqyaslı) 14 sovet topoqrafik xəritəsində işarələnmişdir. Müəlliflər 1974-cü il tarixli topoqrafik xəritədə göstərilən koordinata istinad edərək 1980-ci il tarixli KH-9 Hexagon təsvirində qəbiristanlığı təsbit etmiş və onun dəqiq koordinatını müəyyənləşdirmişdir.
İSTİNADLAR:
1. İrəvan əyalətinin icmal dəftəri, tərt., tərcümə və araşdır-ma: akad. Ziya Bünyadov və f.ü.e.d., Hüsaməddin Məmmədov (Qaramanlı) (Bakı: Elm, 1996), s. 146.
2. Кавказский календаръ на 1915 год, Отдел Ста-тистический, под ред. А. А. Эльзенгер и Н. П. Стельмащук (Тифлись: Типография канцелярии наместника его Императорского Величества Е.И.В. на Кавказе, 1914), с. 161.
3. Кавказский календаръ на 1917 год. Отдел Статистический, под ред. Н. П. Стельмащук (Тифлись: Типография канцелярии наместника его Императорского Величества Е.И.В. на Кавказе, 1916), с.53.
4. Адрес-календарь Азербайджанской Республики на 1920 г., ч. 2 (1-й год издания), под ред. А. И. Ставровского (Баку: Правительственная типография Азербайджан, 1920), с.50.
5. Kamran İsmayılov, Zəngəzurda Azərbaycan xalqına qarşı soyqırımı (1918-1920) (Bakı: Elm, 2017), s. 19.
6. Zaven Korkotyan, Son yüzildə Sovet Ermənistanı-nın əhalisi (1831-1931) (İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932), s.146-147 (erməni dilində).
7. Əziz Ələkbərli, Qərbi azərbaycanlıların 1988-ci il soyqırımı (sənədlərin dili ilə) (Bakı: Nurlan nəşriy-yatı, 2008), s.244.
8. Ermənistan Respublikası Ali Sovetinin Bülleteni. 1991, № 7 (987),129-cu madde, s.28 (erməni di-linde)
9. Musa Urud, Zəngəzur (Bakı: Nurlar, 2005), s. 132.
10. KH-9 Hexagon, D3C1216-100138A006, July 03. 1980, USGS EROS Data Center.
11. KH-9 Hexagon, D3C1218-200716F019, October 10, 1983, USGS EROS Data Center.
12. WorldView-1, February 24, 2009, DigitalGlobe via Esri Map.
13. July 14, 2022, CNES/Airbus via Google Earth.
14. Генеральный Штаб, К-38-21-Г (Брнакот) (xəritə]. 1:50000, 1974.
