Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi » XƏBƏRLƏR » MAHİRƏ HÜSEYNOVA : ƏN VACİB AMİLLƏRDƏN BİRİ DEPORTASİYAYA MƏRUZ QALMIŞ HƏMVƏTƏNLƏRİMİZİN KOMPAKT YAŞADIĞI ƏRAZİLƏRDƏ TƏDQİQATLARIN APARILMASIDIR.

MAHİRƏ HÜSEYNOVA : ƏN VACİB AMİLLƏRDƏN BİRİ DEPORTASİYAYA MƏRUZ QALMIŞ HƏMVƏTƏNLƏRİMİZİN KOMPAKT YAŞADIĞI ƏRAZİLƏRDƏ TƏDQİQATLARIN APARILMASIDIR.

17-10-2025, 11:30

 

"Qərbi Azərbaycana qayıdış prosesinin ən vacib amillərdən biri deportasiyaya məruz qalmış həmvətənlərimizin kompakt yaşadığı ərazilərdə tədqiqatların aparılmasıdır."
Bu fikirləri Oktyabrın 15-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsi çərçivəsində hazırlanmış tədqiqatçı-hüquqşünas Səməd Vəkilovun “Qərbi Azərbaycandan Deportasiyanın tarixi və hüquqi aspektləri: Salyana köçürülmə (1948–1953)” adlı kitabının təqdimatı mərasimində kitabın baş məsləhətçisi, Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyasının üzvü, ADPU-nin prorektoru, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Keşkənd icmasının rəhbəri, professor Mahirə Hüseynova bildirib.
Professor Mahirə Hüseynova qeyd etdi ki, Qərbi Azərbaycana qayıdış prosesinin ən vacib amillərindən biri deportasiyaya məruz qalmış həmvətənlərimizin kompakt yaşadığı ərazilərdə tədqiqatların aparılmasıdır. Bu istiqamətdə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə tədqiqatçı-hüquqşünas Səməd Vəkilovun 3-cü kitabıdır o, bundan əvvəl Qərbi Azərbaycandan Bərdəyə və Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonuna deportasiya edilmiş qərbi azərbaycanlılarla bağlı uğurlu tədqiqat apararaq kitab şəkilində çap etdirib.
Professor M.Hüseynova bu layihələrin davamlı olması və bu cür tədqiqat əsərlərinin xarici dillərdə çap edilməsinin də vacibliyini vurğulayıb.
Qeyd edək ki, “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyi tərəfindən icra olunur.


Xəbəri paylaş