"MAHİRƏ NAĞIQIZININ BƏDİİ YARADICILIĞI" ADLI KİTAB İŞIQ ÜZÜ GÖRÜB.


Müəllifi Şakir Albalıyev olan kitabda şair-yazıçı Mahirə Nağıqızının bədii yaradıcılığı əhatəli şəkildə təhlil edilir. Kitabın redaktoru Nizami Cəfərov, rəyçiləri isə Muxtar İmanov və Seyfəddin Rzasoydur. Üç fəsildən ibarət olan kitabın I fəsli ana, vətən müqəddəsliyi və vətənpərvərlik duyğularının tərənnümü, II fəsli poeziyada təbiət mövzusu, dünya, həyat və insan haqqında fəlsəfi-poetik düşüncələr, III fəslində isə pedaqoji-didaktik səciyyəli şeirlər, xalq həyatını əks etdirən hekayələr təhlilə cəlb olunmuşdur.
Şair-yazıçı Mahirə Hüseynovanın bədii irsini ədəbi baxımdan çeşidləyən müəllif onun həm də müəllim, pedaqoq və dəyərli bir alim kimi portretini yaratmışdır.
İnanırıq ki, Mahirə Nağıqızının zəngin yaradıcılığı ilə bağlı yazılan bu kitab da diqqət çəkəcək və oxucular tərəfindən maraqla qarşılanacaq.
