Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi » XƏBƏRLƏR » Xəbərlər » Türkiyənin Beynəlxalq Final Universitetinin nümayəndə heyəti ADPU-nun qonağı olmuşdur.

Türkiyənin Beynəlxalq Final Universitetinin nümayəndə heyəti ADPU-nun qonağı olmuşdur.

4-04-2025, 10:36

 

Görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova, Tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov, Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova, Beynəlxalq Final Universitetinin rektoru professor Orxan Gəmiqonaqlı, icraçı direktor Bülənd Daşəl, Beynəlxalq əlaqələr üzrə koordinator və Multikultural Yay Məktəbi Departamentinin direktoru Orxan Həsənoğlu iştirak etmişlər.
Görüş zamanı universitetlərarası akademik əlaqələrin inkişaf perspektivləri, ortaq elmi tədqiqatların aparılması, təhsil proqramlarının inteqrasiyası və müəllim-tələbə mobilliyi kimi əsas mexanizmlərin həyata keçirilməsi məsələləri müzakirə edilmişdir.
Görüşün sonunda ADPU və Beynəlxalq Final Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanmışdır.
Qonaqlar Beynəlxalq əlaqələr üzrə prorektorluğun nəzdində fəaliyyət göstərən Türkoloji Mərkəz və Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi ilə tanış olduqdan sonra Filologiya fakültəsinin auditoriyalarında dərs prosesini izləmişlər.

 


Xəbəri paylaş