Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi » XƏBƏRLƏR » Azərbaycan Dillər Universitetində “Qafqazda azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı və deportasiyalar” mövzusunda tədbir

Azərbaycan Dillər Universitetində “Qafqazda azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı və deportasiyalar” mövzusunda tədbir

4-04-2025, 10:32

 

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova və Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova Azərbaycan Dillər Universitetində “Qafqazda azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı və deportasiyalar” mövzusunda tədbirdə iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru akademik Kamal Abdulla bu günlərdə qeyd olunan 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı mövzunun aktuallığını vurğulayaraq bildirmişdir ki, azərbaycanlılara qarşı zaman-zaman soyqırımlar törədilmiş və bu cinayətlər Azərbaycanda multikultural dəyərlərlə yaşayan, müsəlman dininə məxsus digər azsaylı xalqlardan da yan keçməmişdir.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü professor Mahirə Hüseynova, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədr müavini, millət vəkili Hikmət Babaoğlu, Qərbi Azərbaycanın Amasiya rayon İcmasının sədri akademik Abel Məhərrəmov, ADU-nun təhsildə Xarici dillər kafedrasının müdiri, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının üzvü, dosent Həqiqət Hacıyeva, Almaniyada yaşayan yazıçı Orhan Aras və başqaları çıxışlarında qeyd etmişlər ki, yüz illər boyu xalqımıza qarşı törədilmiş cinayətlərin araşdırılması və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində əhəmiyyətli işlər görülmüş, çoxsaylı əsərlər yazılmış və xarici dillərə tərcümə olunmuşdur.

 


Xəbəri paylaş