“Biz qayıdacağıq!” adlı elmi-praktiki konfrans keçirilmişdir.
27-02-2025, 10:03
Bakı Mühəndislik Universiteti (BMU), Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Biz qayıdacağıq!” adlı elmi-praktiki konfrans keçirilmişdir.
Millət vəkili Məlahət İbrahimqızının moderatorluğu ilə keçirilən konfransa ADPU-nun rektoru professor Cəfər Cəfərov, Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova, Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova, Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri t.ü.f.d Leyla Calalova,dövlət və hökumət nümayəndələri, Qərbi Azərbaycan İcmasının rəhbərliyi və üzvləri, millət vəkilləri, tanınmış alimlər, həmçinin BMU rəhbərliyi və professor-müəllim heyəti qatılmışlar.
ADPU-nun rektoru professor Cəfər Cəfərov bu gün Qərbi Azərbaycana qayıdış konsepsiyasının dövlətçiliyimizin əsas prioritetləri sırasında dayandığını, eyni zamanda xalqımızın hər bir fərdinin qəlbində tarixi torpaqlarımıza dönəcəyimizə dərin inamın yarandığını bildirmişdir.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova çıxışında ali məktəblərdə tarixi torpaqlarımıza qayıdışla bağlı maarifləndirmə tədbirlərinin önəmli olduğunu vurğulamışdır.
Xəbəri paylaş