Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi » XƏBƏRLƏR » Həsən Mirzəyevin anım günü

Həsən Mirzəyevin anım günü

25-02-2025, 10:01

 

Bu gün görkəmli dilçi-türkoloq, professor, ADPU-nun Müasir Azərbaycan dili kafedrasının qurucusu, 2 çağırış Milli Məclisin millət vəkili seçilmiş, “91-lər”in ağsaqqallarından biri olmuş Həsən Mirzəyevin anım günüdür.
O, Azərbaycan dilçiliyində feil bəhsi üzrə məktəb yaratmış, 150 il müddətində türkologiyada mübahisə doğuran bir çox mövzuları (feili sifət, feilin təsir kateqoriyası) tədqiq etmiş və mübahisələrə son qoymuşdur. «Dərələyəzin toponim və şivə sözləri», «Dərələyəz folkloru», «Qərbi Azərbaycanın Dərələyəz mahalı» kimi sanballı əsərlərin müəllifidir.
Professor Həsən Mirzəyev 2002-ci ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə "Şöhrət" ordeninə, 2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür.
Allah rəhmət eləsin! Ruhu şad olsun!


Xəbəri paylaş