Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi » XƏBƏRLƏR » 100 yaşını qeyd etdiyimiz Qərbi Azərbaycanlı,Sona Əli qızı Hüseynova.

100 yaşını qeyd etdiyimiz Qərbi Azərbaycanlı,Sona Əli qızı Hüseynova.

20-02-2025, 09:58

 

100 yaşını qeyd etdiyimiz Qərbi Azərbaycanlı,Sona Əli qızı Hüseynova 20 fevral 1925-ci ildə, Dərələyəz mahalının Çivə kəndində dünyaya göz açıb. O,1932-ci ildə 7 illik Çivə kənd məktəbinin birinci sinfinə başlamış,1939-cu ildə orta məktəbin 7-ci sinfini fərqlənmə ilə bitirmişdir. Məktəbi bitirdikdən sonra,ailəsinə kömək məqsədi ilə savxozda işə başlamışdır.
Tütünçülük üzrə manqa başçısı kimi, 1950ci ildə Ermənistan SSR Ali Sovetinə Mikoyan rayonunun Qovuşuq, Ağkənd,Ələyəz,Qabaxlı, Gədikvəng, Gülüdüz kəndlərinin kolxozçuları özlərinin seçkiqabağı yığıncaqlarında Sona Əli qızı Hüseyinovanı 229 nömrəli Şadin seçki dairəsindən Ermənistan SSR Ali Sovetinə deputatlığa namizəd göstərmişlər. Sona Hüseyinova, 1951-ci il fevral ayının 29-da Ermənistan SSR Ali Sovetinə deputat seçilmişdir.
1950-ci ildə “Sovet Ermənistanı ” qəzeti Sona xanım haqqında geniş sərlövhəli məqalə də vermişdir.
SSRİ Nazirlər Soveti № 4083 23 dekabr 1947-ci il, Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqındakı bədnam qərarı ilə, yüzlərlə azərbaycanlı kimi, Sona xanım
1951- ci ilin sonlarında , ailəsi ilə birlikdə sovet Azərbaycanına deportasiya olunurlar.Bərdə rayonunun İmirli kəndində bir müddət yaşadıqdan sonra, ailəsinin iqlim şəraitinə uyğunlaşmaması səbəbindən yenidən Çivə kəndinə qayıdan ailə, ermənilər tərəfindən xoş qarşılanmırlar.. Bir müddət Çivə kəndində yaşayan Sona xanım, övladlarının təhsil və iş problemi səbəbindən 1976-cı ildə, təkrar sovet Azərbaycanına üz tutur. Bir müddət İmirli kəndində yaşadıqdan sonra,1979-cu ildə Gəncə şəhərində məskunlaşırlar. Ömrü deportasiyalarda, köçlərdə yollarda keçmiş yurd həsrətli Sona xanımın ən böyük və son arzusu doğulduğu, uşaqlıq və gəncliyinin ən gözəl illərini keçirtdiyi Çivə kəndinə qovuşmaqdır. Sona xanım , hal- hazırda Qərbi Azərbaycanlıların kompakt yaşadıqları, Bərdə rayonunun İmirli kəndində yaşayır. 3 övladı, 8 nəvəsi, 16 nəticəsi olan 100 yaşlı yurd həsrətli anamıza , Çivənin şəfalı sularından dadmagı, yurdunun torpağında addımlamağı, dağlarının havasını udmağı arzu edirik.

 


Xəbəri paylaş