Ömrünün 50 ilini təhsil sahəsinə həsr edən insan-Nəsrulla Xurşud oğlu Məmmədov.
17-02-2025, 09:51
Nəsrulla Xurşud oğlu Məmmədov 1940-cı il yanvarın 21-də Dərələyəz mahalının Qovuşuq kəndində anadan olub. O, çox ağır bir zamanda dünyaya qədəm basıb. Ölkədə müharibə gedirdi,camaatın gün-güzaranı olduqca ağır keçirdi. Hamı kimi, onların da ailəsi əzablı günlərdə o ağrıacını yaşadı.
Nəsrulla Xurşud oğlu Məmmədov 1955-ci 15 yaşında Yerevan Kənd Təsərrüfatı Texnikumuna daxil oldu, 1959-cu ildə baytar həkimi kimi texnikumu bitirdi. Qonşu Qabaxlı kəndində ixtisası üzrə işlə təmin olundu. 1959-1961-ci illərdə hərbi xidmətdə oldu. Hərbi xidməti bitirib doğma kəndinə qayıtmış, kənddə də ixtisası üzrə ona iş tapılmamışdı. Baxmayaraq ki, hərbi xidmətdə olanların iş yerləri saxlanılmalı idi. Bir müddət kəndində başqa işlərdə çalışmalı oldu. Sonra Bakıya yollandı, Bakı Dövlət Universitetinin filologiya fakültəsinə qəbul oldu. 1963-cü ilin oktyabr ayının 2-də Qovuşuq kənd orta məktəbinə müəllim təyin olundu. 1963-cü ildən 1988-ci ilin oktyabrına - məlum hadisələrə qədər doğma kəndində müəllim işlədi. Bakı şəhərinin Novxanı kəndinə köçən gündən 2011-ci ilədək yenə də öz müəllimlik peşəsini şərəflə davam etdirib.1989-cu ildən Bakı şəhəri, 200 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi, 1991-ci ilin sentyabr ayından Bakı şəhərində Bağça-Məktəb-Lisey Kompleksinin 43 saylı Liseyində müəllim işləmişdir.
Qeyd edək ki, Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri t.ü.f.d Leyla Calalova və mərkəzin mütəxəssisi Möhübbət Məmmədov, Nəsrulla Xurşud oğlu Məmmədovu ziyarət etmişlər. Qərbi Azərbaycanla bağlı xatirələrini bölüşmüşlər.
Xəbəri paylaş