Bakı Slavyan Universitetində Qərbi Azərbaycan Elmi-Tədqiqat Mərkəzinin rəsmi açılışı.
13-02-2025, 09:43
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova,Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova və Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri t.ü.f.d. Leyla Calalova,Bakı Slavyan Universitetində Qərbi Azərbaycan Elmi-Tədqiqat Mərkəzinin rəsmi açılış mərasimində və “Qərbi Azərbaycan tədqiqatları: çağırışlar və perspektivlər” mövzusunda elmi konfransda iştirak etmişlər.
Konfransda çıxış edən BSU-nun rektoru Anar Nağıyev bildirmişdir ki, konfransın əsas məqsədi Qərbi Azərbaycanla bağlı tarixi, mədəni, ictimai-siyasi və hüquqi tədqiqatların elmi müstəvidə müzakirəsini aparmaq, aktual problemləri və perspektivləri dəyərləndirməkdir.
Konfrans çərçivəsində BSU-nun nəzdində Qərbi Azərbaycan Elmi-Tədqiqat Mərkəzinin rəsmi açılış mərasimi keçirilmişdir.
Konfransda iştirak edən dövlət və elm xadimləri vurğulamışlar ki, bu Mərkəz Qərbi Azərbaycanla bağlı fundamental elmi araşdırmaların aparılması, tarixi və mədəni irsin qorunması istiqamətində mühüm platforma rolunu oynayacaqdır.
Xəbəri paylaş