Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinə XIX Əsrinə Aid Kolye Hədiyyə Olunub.
1-02-2025, 09:37
XlX əsrin sonlarına məxsus olan bu kolye , Dərələyəz mahalının Çivə kəndindən olan Calalova Zeynəb xanıma məxsus olub. Həyat yoldaşının hədiyyəsini bütün deportasiyalarda qoynunda gəzdirib. Son mənzili olan Bərdə rayonunun İmirli kəndində , 1975-ci ildə dünyasını dəyişəndən sonra nəvəsi yadigar olaraq saxlayıb. Nəvəsi Afət xanım tərəfindən mərkəzimizə hədiyyə olundu.
Xəbəri paylaş