Qərbi Azərbaycan Araşdırmalar Mərkəzində, Qərbi Azərbaycan Dərələyəz mahalından olan bir qrup ziyalılarla görüş keçirilib.
25-01-2025, 18:59
Qərbi Azərbaycan Araşdırmalar Mərkəzində, Qərbi Azərbaycan Dərələyəz mahalından olan bir qrup ziyalılarla görüş keçirilib.
Görüşdə giriş sözü ADPU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru QAİ-nın İdarə heyətinin üzvü ,Keşkənd icmasının rəhbəri prof.Mahirə xanım Hüseynova açaraq Qərbi Azərbaycan həqiqətlərinin ölkə daxili və beynəlxalq ictimaiyyətə çatdırılması zəruriyyətindən danışıb və bu istiqamətdə Dərələyəz ziyalılarının görə biləcəyi və görməli olduğu məsələlər ilə diqqət çəkib.
Mahirə xanım Hüseynova həmçinin 2024-cü ildə Qərbi Azərbaycan Araşdırmalar Mərkəzində görülən işlərin əhəmiyyətindən danışıb,Yurdun Səsi və İZ jurnalı barədə məlumat vermişdir.
Görüşdə Qərbi Azərbaycan tarixini və mədəni irsini araşdırılmasının vacibliyi vurğulanıb və fikir mübadiləsi aparılıb.
2025-ci ilin tədbirlər planı müzakirə edilib .
Xəbəri paylaş