Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi » XƏBƏRLƏR » Qərbi Azərbaycan İcmasında İcmanın Qadınlar Şurasının ümumi yığıncağı keçirilib.

Qərbi Azərbaycan İcmasında İcmanın Qadınlar Şurasının ümumi yığıncağı keçirilib.

15-01-2025, 18:46

 

Tədbiri giriş sözü ilə açan Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, 2024-cü ildə görülən işlər və qarşıda duran hədəflər barədə danışıb. O, qeyd edib ki, Azərbaycan qadını, geniş dünyagörüşü və müdrikliyi ilə cəmiyyətimizin aparıcı qüvvəsi kimi ictimai həyatın bütün sahələrində fəal iştirak edir.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Keşkənd İcmasının sədri, ADPU-nin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova, İcmanın Qadınlar Şurasının sədr müavini, Teleradio Akademiyasının rektoru, AzTV Yayım Şurasının üzvü, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı, QAİ Qadınlar Şurasının üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Həsənova, Qadınlar Şurasının üzvü, Qərbi Azərbaucan Araşdırmalar Mərkəzinin rəhbəri tarix üzrə fəlsəfə doktoru Leyla Calalova görüşdə iştirak etmiş və müvafiq mövzularda fikirlərini bölüşüblər.
Daha sonra geniş müzakirələr aparılıb, suallar cavablandırılıb, təkliflər dinlənilib. Sonda xatirə fotosu çəkilib.

 


Xəbəri paylaş