ADPU-nun Filologiya fakültəsində “Ulduz” jurnalının redaksiya heyəti ilə görüş keçirilmişdir.
17-12-2024, 18:30
Görüşdə ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru prof. Mahirə Hüseynova, Filologiya fakültəsinin dekanı dos. Könül Həsənova, "Xalq qəzeti"nin baş redaktoru Əflatun Amaşov, "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs, prorektorluğun nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri t.ü.f.d. Leyla Calalova, Mərkəzin mütəxəssisi Möhübbət Məmmədov, "Ulduz" jurnalının baş redaktor müavini Təranə Vahid, Xalq artisti Eldost Bayram, "Ulduz" jurnalının şöbə redaktoru Taleh Mansur və Filologiya fakültəsinin müəllim-tələbə heyəti iştirak etmişlər.
Prof. Mahirə Hüseynova və dos. Könül Həsənova görüşün əhəmiyyətini və "Ulduz" jurnalının ədəbi təfəkkürün formalaşmasında əhəmiyyətli rol oynadığını vurğulamışlar.
Prof. Mahirə Hüseynova çıxışı zamanı qeyd etmişdir ki, “Ulduz” jurnalının bir nömrəsi bütövlükdə Qərbi Azərbaycan mövzusuna həsr olunmuşdur.
Jurnalın baş redaktoru Qulu Ağsəs nəşrin yaranma tarixi, müasir fəaliyyəti və uğurları haqqında ətraflı məlumat vermişdir.
Xalq artisti Eldost Bayram, "Ulduz" jurnalının şöbə redaktoru Taleh Mansur və "Meh" ədəbi dərnəyinin üzvləri şeirlə çıxış etmişlər.

Xəbəri paylaş