Paşalı rayonu, Terp kəndi (Az.) / Vayotsdzor mərzi, Saravan kəndi (Erm.)
Qərbi Azərbaycan İrsi kitabı 1-ci cild.
"Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair"
HESABAT VƏ MATERİALLAR
Terp kənd qəbiristanlığı
Məkan: Paşalı rayonu, Terp kəndi (Az.) / Vayotsdzor mərzi, Saravan kəndi (Erm.)
ID: 029 [MC-016], 39.7206731, 45.6434991
Terp-Dərələyəz mahalında (15 oktyabr 1931-ci ildən-Paşalı rayonu, 12 oktyabr 1956-ci ildən Əzizbəyov rayonu, 1991-ci il- den-Vayk rayonu) Terpçayın yaxınlığında yerləşən azərbaycanlı kəndi. Kəndin adı tarixi mənbələrdə XIII əsrin I yarısından etibarən Derbn adı formasında xatırlanmışdır. Sonrakı təhrir dəftərləri, kameral təsvirlər və statistik məlumatlar kənd əhalisinin azərbay canlılardan (o dövrün rəsmi sənədlərində "müsəlman" və ya "Ta- tar" kimi qeydə alınan) ibarət olduğunu sübut etmişdir. 1914-cü ilə aid "Qafqaz Təqvimi"ndə kənddə 384 nəfər azərbaycanlının (men- bede "Tatar" - Ə.Ə., S.H.) yaşadığı göstərilmişdir.
28 may 1918-ci ildən etibarən, əvvəllər İrəvan quberniyası Şərur-Dərələyəz qəzasının Il polis sahəsinin Qindivaz kənd ic- masına aid olan Terp kəndi Azərbaycan Xalq Cümhuriyyətinin mübahisəsiz ərazilərinə daxil edilmişdir. 1919-cu il iyun ayında Terp kəndi erməni təcavüzünə məruz qalaraq əhalinin 285 nəfəri qətl edilmişdir. Sağ qalan əhali kəndi tərk etmək məcburiyyətində qalmışdır. Həmin əhalinin bir hissəsi indiki Azərbaycan Respub- likasının Qarabağ ərazisindəki Xocalı şəhərinə pənah gətirmişdir. Sovet hakimiyyəti dövründə sovet-bolşevik rejimi tərəfindən Ermənistan SSR-nin xeyrinə olaraq sərhədlər dəyişdirilmiş və Terp kəndi də bu ərazilər daxilində qalmışdır. 1921-ci ildə yenidən kəndə geri qayıdan 67 nəfər azərbaycanlı kəndi abadlaşdıraraq yaşamağa başlamışdır. 1931-ci ildə geri qayıdanların sayı 408 nəfərə çatmışdır. 1949-cu ildə kəndin 484 nəfər Azərbaycan SSR-nin Əli Bayramlı rayonuna deportasiya edilmişdir. 1951-ci İldə isə 85 nəfər Azərbaycan SSR-nin Bərdə rayonuna depor- tasiya edilmişdir. Lakin sonradan kənd əhalisinin bir hissəsi geri dönərək yenidən kənddə yaşamağa davam etmişdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 27 fevral 1960-ci il tarixli qərarı ile Terp kəndi Saravan adlandırılmışdır, 10
1980-ci illərin sonlarında Ermənistanın Azərbaycanın ta- rixi torpaqlarına qarşı başlatdığı ərazi iddiaları və etnik təmizlə- mə nəticəsində Ermənistan SSR-də azərbaycanlıların yaşadığı bütün yaşayış yerlərindən əhalinin zorla deportasiyası həyata keçirilmişdir. 1988-ci ilin sonlarında Terp kəndinin azərbaycan- lı sakinləri də erməni cinayətləri və zorakılığından öz həyatlarını xilas etmək üçün Azərbaycan Respublikasına pənah gətirmişdir. Əhalinin bir hissəsi Şuşa şəhərinə gəlmiş, lakin həmin dövrdə Azərbaycana rəhbərlik edən ermənipərəst rəhbər işçilər onların Şuşada məskunlaşmasına imkan vermədiyindən, Xocalı şəhərinə yerləşmişdir. Lakin əhali bu dəfə 1992-ci il fevral ayının 25-dən 26-a keçən Xocalı soyqırımı zamanı yenidən erməni təcavüzünə məruz qalaraq Azərbaycan Respublikasının digər ərazilərinə qa- çqın düşmüşdür."
TƏHLİL:
Məkan təhlili üçün istifadə olunan 3 iyul 1980-ci il KH-9 Hexagon peyk təsviri (sağda yuxarıdakı) əsasında aparılan təh lillər zamanı qəbiristanlığın əhatə etdiyi landşaftın xüsusiyyətləri öyrənilmişdir. Bu təhlillərin nəticələrinə əsasən, qəbiristanlıq 1.3 ha ərazidə yerləşmiş və qəbirüstü abidələri qərb hissədə, digər əra ziləri isə heterojen, xallı səthi ilə təsbit edilmişdir.
Azərbaycanlı əhalinin kənddən deportasiya edilməsindən sonra qəbiristanlığın vəziyyətini müəyyən etmək məqsədilə 1980- ci il və 27 avqust 2003-cü il (Maxar) (sağda aşağıdakı) tarixli peyk təsvirləri əsasında müqayisəli təhlil aparılmışdır. Təhlillərin nəticələrinə əsasən, qəbiristanlığın 1989-2003-cü illərdə tamamilə məhv edildiyi müəyyən edilmişdir. Onun qəbir daşları buldozerlərlə təmizlənərək ərazisi tor- paqla örtülmüş və qəbiristalığın mərkəzində yeni yol inşa edilmişdir.
Beləliklə, 2003-cü ilə qədər qəbiristan- lığın məhv edilməsi azərbaycanlıların yadda- şının silinməsi və onların keçmişi ilə bağlarının qopardılmasına yönələn addım olmuşdur.
COĞRAFİ LOKASİYA:
Qəbiristanlıq Terp kəninin qərb hissə- sində yolun kənarında yerləşir. Bu yer 1974- cü il tarixli (1:50000 miqyaslı) və 1974-cü il tarixli (1:100000 miqyaslı)'s sovet topoqrafik xəritələrində işarələnmişdir. Müəlliflər 1974-cü il tarixli topoqrafik xəritədə göstərilən koordi- nata istinad edərək 1980-ci il tarixli KH-9 Не- xagon təsvirində qəbiristanlığı təsbit etmiş və onun dəqiq koordinatını müəyyənləşdirmişdir.
İSTİNADLAR:
1. Step'annon Orbelian, History of the State of Sisa- kan, trans. Robert Bedrosian from the Classical Armenian text of K. Shahnazarean (Paris, 1860), p.261.
2. Кавказский календарь на 1915 год, Отдел Ста- тистический, под ред. А. А. Эльзенгер и Н. П. Стельмащук (Тифлись: Типография канцелярии наместника его Императорского Величества Е.И.В. на Кавказе, 1914), с.188.
3. Кавказский календаръ на 1917 год, Отдел Статистический, под ред. Н. П. Стельмащук (Тифлись: Типография канцелярии наместника его Императорского Величества Е.И.В. на Кавказе, 1916), с. 129.
4. Адрес-календарь Азербайджанской Республики на 1920 г., ч. 2 (1-й год издания), под ред. А. И. Ставровского (Баку: Правительственная ти- пография Азербайджан, 1920), с.50.
5. Arşiv belgelerine göre Kafkazlar'da ve Anadolu'da ermeni mezalimi, IV. cilt (1920-1922) (Ankara: Os- manlı Arşivi Daire Başkanlığı Yayınları, 1998), s.94; Əsli: BOA, HR.SYS 2878/76.
6. Юрий Ключников, Андрей Сабанин, Междуна родная политика новейшего времени в догово- рах, нотах и декларациях. Ч. ІІІ. Вып. ІІ (Москва: Изд. Литиздата Н.К.И.Д., 1929), с.75-76.
7. Zaven Korkotyan, Son yüzildə Sovet Ermənistanı- nın əhalisi (1831-1931) (İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932), s.90-91,158-159 (erməni dilində).
8. Azərbaycanlıların Ermənistan SSR-dən deporta- siyası (1948-1953-cü illər) (Bakı: "Zərdabi LTD", 2013), s.374; Əsli: ARDA, f. 1984, siy.3, iş 7-15.
9. Göstərilən əsər, s.588.
10. Армянская ССР. Административно-террито- риальное деление на 1-е марта 1964 года. Из- дание третье. (Ереван: Государственное из- дательство Армении, 1964), с. 203.
11. Əziz Ələkbərli, Qərbi azərbaycanlıların 1988-ci il soyqırımı (sənədlərin dili ile) (Bakı: Nurlan nəşriy- yatı, 2008), s.368.
12. KH-9 Hexagon, D3C1216-100138A004, July 03, 1980, USGS EROS Data Center.
13. August 27, 2003, Maxar via Google Earth.
14. Генеральный Штаб, J-38-8-В (Гндеваз) [xəritə], 1:50000, 1974.
15. Генеральный Штаб, J-38-8 (Джермук) [xəritə], 1:100000, 1974.
