Vedi rayonu, Böyük Vedi kəndi (Az.) / Ararat mərzi, Vedi şəhəri (Erm.)
Qərbi Azərbaycan İrsi kitabı 1-ci cild.
"Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair"
HESABAT VƏ MATERİALLAR
Böyük Vedi kəndinin Kosanlı qəbiristanlığı
Məkan: Vedi rayonu, Böyük Vedi kəndi (Az.) / Ararat mərzi, Vedi şəhəri (Erm.)
ID: 105 [MC-568], 39.917046, 44.721472
Böyük Vedi Vedibasar mahalında (9 sentyabr 1930-cu il-
den - Vedi rayonu, 1964-cü ildən Artaşat rayonu tərkibində, 5 may 1968-ci ildən Ararat rayonu), Vedi çayının hər iki sahilində yer- ləşən azərbaycanlı kəndi, sonralar isə qəsəbə. Böyük Vedi kəndi tarixi mənbələrdə 1514-cü ildən etibarən xatırlanmışdır. Kəndin digər adları Vedi, Uliya Vedi olmuşdur. Sonrakı təhrir dəftərləri, kameral təsvir və statistik məlumatlar kənd əhalisinin azərbaycan- lılardan (o dövrün rəsmi sənədlərində "müsəlman" və ya "Tatar" kimi qeydə alınan) ibarət olduğunu sübut etmişdir. 1914-cü ilə aid "Qafqaz Təqvimində kənddə 2464 nəfər azərbaycanlının (mən- bədə "Tatar" - Ə.Ə., S.H.) yaşadığı göstərilmişdir.2
28 may 1918-ci ildən etibarən, əvvəllər İrəvan quberniyası İrəvan qəzasının IV polis sahəsinin Vediçay kənd icmasına aid olan Böyük Vedi Azərbaycan Xalq Cümhuriyyətinin mübahisəsiz ərazilərinə daxil edilmişdir. 11 iyul 1920-ci il tarixində erməni tə- cavüzünə məruz qalan Böyük Vedi kəndinin əhalisi kəndi tərk et- mək məcburiyyətində qalmış, kənd isə ermənilər tərəfindən işğal edilmişdir. Həmin tarixdən etibarən Böyük Vedi kəndinə xaricdən gətirilən erməni qaçqınları yerləşdirilmişdir. Sovet hakimiyyəti dövründə sovet-bolşevik rejimi tərəfindən Ermənistan SSR-nin xeyrinə olaraq sərhədlər dəyişdirilmiş və Böyük Vedi kəndi də bu ərazilər daxilində qalmışdır. 1921-ci ildə kəndə geri qayıdan 1052 nəfər azərbaycanlı kənddə yenidən məskunlaşaraq 453 nəfər erməni ilə birgə yaşamalı olmuşlar. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 aprel 1940-cı il tarixli qərarı ilə Böyük Vedi kəndi Vedi qəsəbəsi adlandırılmışdır.
1949-cu ildə kənddəki azərbaycanlı əhalinin 53 nəfəri Azər- baycan SSR-nin Əli Bayramlı rayonuna, 1950-ci ildə 441 nəfəri Azərbaycan SSR-nin Jdanov rayonuna, 21 nəfəri Salyan ra- yonunun Quşçu və Qaçaqkənd kəndlərinə, 1951-ci ildə 990 nəfəri Azərbaycan SSR-nin Jdanov, Sabirabad və Yevlax rayonlarına, 1953-cü ildə isə 70 nəfəri Azərbaycan SSR-nin Jdanov rayonuna deportasiya edilmişdir. Bir müddət sonra azərbaycanlı əhalinin az bir qismi geri dönə bilmişdir.
1980-ci illərin sonlarında Ermənistanın Azərbaycanın tarixi torpaqlarına qarşı başlatdığı ərazi iddiaları və etnik təmizləmə nəticəsində Ermənistan SSR-də azərbaycanlıların yaşadığı bütün yaşayış yerlərindən əhalinin zorla deportasiyası həyata keçiril- mişdir. 1988-ci il noyabr ayında Böyük Vedi kəndinin azərbaycan- lı sakinləri də erməni cinayətləri və zorakılığından öz həyatlarını xilas etmək üçün Azərbaycan Respublikasına pənah gətirmişdir.
Böyük Vedi kəndində beş müsəlman qəbiristanlığı mövcud olmuşdur. Bunlardan biri də kəndin qərbində yerləşən Kosanlı qəbiristanlığıdır.
TƏHLİL:
Məkan təhlili üçün istifadə olunan 8 oktyabr 1964-cü il10 Corona peyk təsviri (sağda yuxarıdakı) əsasında aparılan təh- lillər zamanı qəbiristanlığın əhatə etdiyi landşaftın xüsusiyyətləri öyrənilmişdir. Qəbiristanlığın ərazisi 3 ha təşkil etmişdir. Lakin peyk təsvirinin məhdud keyfiyyətdə olması səbəbindən qəbirüstü abidələri təsbit etməyə müfəvvəq olmamışdır. Ərazinin qərb hissə- si heterojen olduğu müəyyənləşdirilmiş və bu tarixə qədər artıq qəbiristanlığın mərkəzindən yol salınması müəyyən edilmişdir. Bu, ərazinin strukturunun pozulmasına və onun məhvinin artıq başlan- masına səbəb olmuşdur.
1964-cü il və 3 iyul 1973-cü il11 (KH-9 Hexagon) peyk təsvirlərinin müqayisəli təh- lili bu tarixlər arasında qəbiristanlıq ərazinin tamamilə məhv edilməsi və ərazidə orta mək- təb inşa edilməsini təsbit etmişdir ( şəkil №1-4).
1973-cü il Hexagon təsvirinin 27 avqust 2003-cü il 12 (QuickBird-2) və 12 iyul 2023-cü il13 (Airbus) tarixli yüksək ayırdetməli peyk təs- virləri ilə müqayisəli təhlili ərazinin artıq uzun illər öncə yox edilərək üzərində məktəb inşa edilməsini bir daha təsdiq etmişdir.
COĞRAFİ LOKASİYA:
Qəbiristanlıq kəndin aşağı hissəsində yerləşirdi. Bu yer 1918-ci il tarixli (1:84000 miqyaslı)14 və 1931-ci il tarixli (1:42000 miq- yaslı)15 topografik xəritələrində işarələnmişdir. Müəlliflər 1931-ci il tarixli sovet topoqrafik xə- ritəsində göstərilən koordinata istinad edərək qəbiristanlığın 1964-cü il tarixli Corona tas- virində təsbit edib dəqiq koordinatlarını təs- diqləmiş oldular.
İSTİNADLAR:
1. Fahrettin Kırzıoğlu, Osmanlıların Kafkas-Ellerini fethi (1451-1590), Doktora Tezi, (Ankara, 1976), s.108.
2. Кавказский календарь на 1915 год, Отдел Ста- тистический, под ред. А. А. Эльзенгер и Н. П. Стельмащук (Тифлись: Типография канцелярии наместника его Императорского Величества Е.И.В. на Кавказе, 1914), с.99.
3. Кавказский календарь на 1917 год, Отдел Статистический, под ред. Н. П. Стельмащук (Тифлись: Типография канцелярии наместника его Императорского Величества Е.И.В. на Кавказе, 1916), с.131.
4. Адрес- календарь Азербайджанской Республики на 1920 г., ч. 2 (1-й год издания), под ред. А. И. Ставровского (Баку: Правительственная типог-рафия Азербайджан, 1920), с.50. 5. "Haraj" qəzeti, 13 iyul 1920-ci il. №146. s. 4 (erməni dilində)
6. Юрий Ключников, Андрей Сабанин, Междуна- родная политика новейшего времени в догово- рах, нотах и декларациях. Ч. ІІІ. Вып. ІІ (Москва: Изд. Литиздата Н.К.И.Д., 1929), с.75-76.
7. Zaven Korkotyan, Son yüzildə Sovet Ermənistanı nın əhalisi (1831-1931) (İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932), s.154-155 (ermeni dilində).
8. Azərbaycanlıların Ermənistan SSR-den deportasi- yası (1948-1953-cü iller) Bakı, 2013.s.375,487, 588, 681.
9. Əziz Ələkbərli, Qərbi Azərbaycan abideleri (Bakı: "Ağrıdağ", 2006), s.31.
10. Corona, DS1011-1040DA140, October 08, 1964, USGS EROS Data Center.
11. KH-9 Hexagon, D3C1206-100170401, July 3, 1973, USGS EROS Data Center.
12. August 27, 2003, Maxar via Google Earth.
13. July 12, 2023, Airbus via Google Earth.
14. Zwelwerstkarte von Azerbeidschan/XVIII-17. Ara- rat [xerite], 1:84000, 1918.
15. Военно-Топографическое Управление, XXXVI -34 (Давалу) [xerita], 1:42000, 1931.
