Əldərə kəndinin təzə qəbiristanlığı
Qərbi Azərbaycan İrsi kitabı 1-ci cild.
"Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair"
HESABAT VƏ MATERİALLAR
Əldərə kəndinin təzə qəbiristanlığı
Məkan: Meğri rayonu, Əldərə kəndi (Az.)/Sünik marzi, Alvank kandi (Erm.)
ID: 180 [MC-232), 38.933982, 46.343572
1989-1995
Əldərə Zəngəzur bölgesinde, Meğri mahalında (9 sen-tyabr 1930-cu ilden Meğri rayonu), Araz çayının sol golu olan Əldare çayının hər iki sahilində yerləşən azərbaycanlı kandi. Ken din adı tarixi mənbələrde XIX asrin 1 yarısından etibaren müsəl man kandi kimi xatırlanmisdir. Sonrakı kameral tasvir va statistik Sanadiarinde "müsəlman" və ya "Tatar" kimi qeydə alınan) ibarat dövrün resmi Soudinin dubut etmişdir. 1914-cü ile aid "Qafqaz Teqvimi'nde kandde 1987 nafar azərbaycanlının (manbede "Tatar-8.8., S.H.) yaşadığı göstərilmişdir.
28 may 1918-ci ilden etibaren, evvəllər Yelizavetpol quberni yası Zəngəzur qəzasının IV polis sahəsinin Astazur kend icması na daxil olan Əldərə kəndi Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qezasına daxil olmuşdur. 1918-ci il noyabr ayında Əldere kendinin əhalisi kendi tərk etmək məcburiyyətində qalmış, kend ise ermeniler tərəfindən işğal edilmişdir. Sovet hakimiyyəti dövründe, sovet-bolşevik rejimi Azərbaycan xalqının iradəsinə zidd olaraq Zəngəzur qəzasının qərb hissəsini Ermənistan SSR-9 vermişdir. 1922-1926-ci illərdə yenidən kəndə geri qayıdan 42 nəfər azərbaycanlı kendi abadlaşdıraraq yaşamağa başlamış, 1931-ci ildə kəndə geri dönənlərin sayı 448 nəfərə çatmışdır."
1980-ci illərin sonlarında Ermenistanın Azərbaycanın tarixi torpaqlarına qarşı başlatdığı ərazi iddiaları və etnik təmizləmə nəticəsində Ermənistan SSR-də azərbaycanlıların yaşadığı bütün yaşayış yerlərindən əhalinin zorla deportasiyası həyata keçiril mişdir. 1988-ci il noyabr ayının 28-də Əldərə kəndinin azərbaycan-lı sakinləri də erməni cinayətləri və zorakılığından öz həyatlarını xilas etmək üçün Azərbaycan Respublikasına pənah gətirmişdir. Ermənistan Respublikası Milli Məclisinin 4 iyul 2006-ci il tarixli qərarı ilə Əldərə kəndi Alvank adlandırılmışdır."
TƏHLİL:
Məkan təhlili üçün istifadə olunan 29 mart 1978-ci il KH-9 Hexagon peyk təsviri (sağda yuxarıdakı) əsasında aparılan təh-lil zamanı qəbiristanlığın əhatə etdiyi landşaftın xüsusiyyətləri öyrənilmişdir. Bu təhlillərin nəticələrinə əsasən, qəbiristanlıq 0.57 ha ərazidə, topoqrafik cəhətdən hündür ərazinin yamacında yer-ləşmiş və qəbirüstü abidələri təsbit olunmuşdur. Müəlliflər sovet dövrü fotoları əsasında apardıqları təhlillər nəticəsində həmin dövrdə qəbiristanlıqda məzar yerlərinin səliqəli formada salın-masını, ətrafları daş hasar və ya dəmir məhəccərlərlə əhatələn-məsini müəyyən etmişdir. Bu da ərazinin yaxşı vəziyyətdə qorun-masını göstərmişdir.
Azərbaycanlı əhalinin kənddən deportasiya edilməsindən sonra qəbiristanlığın vəziyyətini müəyyən etmək məqsədilə 1978-ci il və 13 sentyabr 2003-cü ilº (QuickBird-2) (sağda aşağıdakı) tarixli peyk təsvirləri əsasında müqayisəli təhlil aparılmışdır. Təhlillərin nəticələrinə əsasən, qəbiristanlığın 1989-2003-cü illər arasında bir tarixdə məhv edilməsi müəyyən edilmişdir. 2000-ci illərə aid olan foto qəbiristanlığın məhv edilməsini təsdiq etmişdir (şəkil N№2-4).
2003-cü il və 11 noyabr 2018-ci il (Airbus) peyk təsvirləri-nin müqayisəli təhlili göstərir ki, ərazidə vəziyyət dəyişməmişdir. Bitki örtüyünün təbii bərpa prosesində olduğu müəyyən edilmişdir. Bitki örtüyünün bərpası və ya azalması baş vermiş dağıntıların bir tarixdə yox, uzun müddət ərzində aparılmasını sübut etmişdir.
Bitki örtüyünün təhlili dağıntıların uzun müd-dət öncə, 1989-1995-ci illərdə baş verməsini -güman etməyə əsaslar vermişdir. Bu məlumatlar əsasında aparılan mü-
qayisəli təhlillərə əsasən belə nəticəyə gəlmək olar ki, Əldərə kəndindəki təzə qəbi-ristanlığa dəymiş zərər məqsədli şəkildə hə yata keçirilmişdir. Bitki örtüyünün təhlili də göstərmişdir ki, dağıntılar müəyyən dövrlərdə sistemli şəkildə həyata keçirilmiş və məhv etmə məqsədlərinin davamlı olduğunu təsdiq etmişdir. Ermənistan tərəfindən kəndin azər-baycanlı əhalisinin deportasiyasından son-ra, qəbiristanlıq tarixi və mədəni irsin İzlərini silmək məqsədi ilə tamamilə məhv edilmişdir. Bu azərbaycanlılara qarşı törədilmiş mədəni soyqırımın bir hissəsi olmuşdur.
COĞRAFİ LOKASİYA:
Qəbiristanlıq Əldərə kəndinin cənub-qər-bində yerləşir. Bu yer 1977-ci il tarixli (1:50000 miqyaslı) 12 sovet topoqrafik xəritəsində işarələnmişdir. Müəlliflər 1977-ci il tarixli topo-qrafik xəritədə göstərilən koordinata istinad edərək 1978-ci il tarixli KH-9 Hexagon təsvi-rində qəbiristanlığı təsbit etmiş və onun dəqiq koordinatını müəyyənləşdirmişdir.
İSTİNADLAR:
1. Nazir Əhmədli, Zəngəzur mahalının kameral tas-viri 1832-1833-cü illər (Bakı: Elm və Təhsil, 2021), s.168.
2. Кавказский календаръ на 1915 год, Отдел Ста-тистический, под ред. А. А. Эльзенгер и Н. П. Стельмащук (Тифлись: Типография канцелярии наместника его Императорского Величества Е.И.В. на Кавказе, 1914), с.87.
3. Кавказский календаръ на 1917 год. Отдел Статистический, под ред. Н. П. Стельмащук (Тифлись: Типография канцелярии наместника его Императорского Величества Е.И.В. на Кавказе, 1916), с.56.
4. Адрес-календарь Азербайджанской Республики на 1920 г., ч. 2 (1-й год издания), под ред. А. И. Ставровского (Баку: Правительственная типог-рафия Азербайджан, 1920), с.50.
5. О вооруженным нападении и разгроме селения Алидара Зангезурского уезда, ARDA, 1.1601, siy.1, iş 90. v.5-6.
6. Zaven Korkotyan, Son yüzildə Sovet Ermənistanı-nın əhalisi (1831-1931) (İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932), s.66-67, 134-135 (erməni di-lində).
7. Musa Urud, Zəngəzur toponimləri (Bakı: Nurlar, 2013), s.45.
8. Vandalizm: Tarixi adlara qarşı soyqırımı, yenidən işlənmiş ikinci nəşri, tərt.: f.ü.e.d., Nazim Mustafa, (Bakı: Turxan NPB, 2014), s.33.
9. KH-9 Hexagon, D3C1214-100121F020, March 29, 1978, USGS EROS Data Center.
10. September 13, 2003, Maxar via Google Earth.
11. April 29, 2024, Airbus via Google Earth..
12. Генеральный Штаб, J-38-45-Б (Нюведи) [xəritə], 1:50000, 1977.
