Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi » QƏRBİ AZƏRBAYCAN » Fotosənədlər » Urud kəndinin orta əsr qəbiristanlığı

Urud kəndinin orta əsr qəbiristanlığı

20-11-2025, 12:53

 

Qərbi Azərbaycan İrsi kitabı 1-ci cild.
"Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair"
HESABAT VƏ MATERİALLAR

Urud kəndinin orta əsr qəbiristanlığı

Status

Məkan: Qarakilsə rayonu, Urud kandi (Az.) / Sünik mərzi, Vorotnavan kandi (Erm.)

ID: 067 [MC-019], 39.484264, 46.140921

Urud Zəngəzur bölgəsində (9 sentyabr 1930-cu ilden Qarakilsə rayonu, 2 mart 1940-cı ilden Sisian rayonu) Bazarçayın sahilində yerləşən azərbaycanlı kəndi. Kendin adı ilk dəfə Urud kimi tarixi menbelerde XV asrdən etibarən xatırlarımışdır. Bölgenin en qedim kendlerinden biri olmuşdur. Sonrakı dövrlərdə tahrir dəftərləri, kameral tasvirlar ve statistik məlumatlar kənd əhalisinin müsəlman-lardan (o dövrün resmi senedlerinde "müsəlman" ve ya "tatar" kimi qeydə alınan azərbaycanlılardan) ibarət olduğunu göstərmişdir. 1914-cü ile aid "Qafqaz Təqvimi'nde kandde 409 nəfər azərbaycan-lının (manbede "Tatar-Ə.Ə., S.H.) yaşadığı qeyd olunmuşdur.

28 may 1918-ci ildən etibarən, əvvəllər Yelizavetpol quberni-yasının Zəngəzur qəzası I polis sahəsinin tərkibində olan Urud ken-dinin arazisi Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzasına daxil olmuşdur. 28 sentyabr 1918-ci ildə erməni təcavüzünə məruz qalan Urud kəndinin əhalisi kəndi tərk etmək məcburiyyətində qal-mış, kənd isə ermənilər tərəfindən işğal edilmişdir. Sovet hakimiy-yəti dövründə, sovet-bolşevik rejimi Azərbaycan xalqının iradəsinə zidd olaraq Zəngəzur qəzasının qərb hissəsini Ermənistan SSR-a vermişdir. Bunun ardınca, 1921-ci ildə kəndə geri qayıdan 340 nəfər azərbaycanlı kəndi yenidən abadlaşdıraraq məskunlaşmağa başlamışdır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 iyul 1968-cı il tarixli qərarı ilə Urud kəndi Vorotan adlandırılmışdır.

1980-ci illərin sonlarında Ermənistanın Azərbaycanın ta-rixi torpaqlarına qarşı başlatdığı ərazi iddiaları və etnik təmizləmə nəticəsində Ermənistan SSR-də azərbaycanlıların yaşadığı bütün yaşayış yerlərindən əhalinin zorla deportasiyası həyata keçiril-mişdir. 1988-ci il noyabr ayında Urud kəndinin azərbaycanlı sakin-ləri də erməni cinayətləri və zorakılığından öz həyatlarını xilas etmək üçün Azərbaycan Respublikasına pənah gətirmişdir. Ermən-istan Respublikası Milli Məclisinin 9 iyun 2017-ci il tarixli fərmanı ilə Urud kandi Vorotnavan adlandırılmışdır.

Urud kəndinin orta əsr qəbiristanlığı haqqında elmi ədəbiy-yatda ilk məlumatı etnoqraf Ələsgər Ələkbərov vermişdir. Qəbiris-tanlığın əsaslı tədqiqi isə Azərbaycanın tanınmış epiqraf alimi Məşə dixanım Nemətovanın adı ilə bağlı olmuşdur. M. Nemətova 1961-ci ildə orta əsr Urud qəbiristanlığını tədqiq edərkən, burada əsasən, 13 senduqə və 4 qoç qəbir daşını sənədləşdirə bilmişdir. Erməni alimi Aleksandr Xaçatryan 1977-1979-cu illərdə Urud qəbiristanlığında tədqiqat aparmış və 1987-ci ildə nəşr etdiyi işində qəbiristanlıqdan bir neçə epiqrafik abidəni təqdim etmişdir."

TƏHLİL:

Məkan təhlili üçün istifadə olunan 29 iyul 1973-cü il və 03 iyul 1980-ci il KH-9 Hexagon peyk təsvirləri (sağda) əsasında aparılan təhlillər zamanı qəbiristanlığın əhatə etdiyi landşaftın xüsusiyyətləri öyrənilmişdir. Bu təhlillərin nəticələrinə əsasən, qəbiristanlıq 2.135 ha ərazidə yerləşmiş və qəbirüstü abidələri heterojen səthi ilə təsbit olunmuşdur.

Azərbaycanlı əhalinin kənddən deportasiya edilməsindən sonra qəbiristanlığın vəziyyətini müəyyən etmək məqsədilə 1980-ci il və 31 avqust 2011-ci il¹² (WorldView-2) tarixli peyk təsvirləri əsasında müqayisəli təhlillərin nəticələrinə əsasən, qəbiristan-lığın 1989-2011-ci illər arasında bir tarixdə tamamilə məhv edildiyi müəyyən edilmişdir.

2006-cı ildə kəndin keçmiş sakini Musa Urud kəndə səfəri zamanı qəbiristanlığın çoxdan məhv edildiyini görmüşdür. 
Tarix çərçivəsini daraltmaq və baş ver-miş məhvetmənin nisbətən yaxın tarixlərini müəyyən etmək məqsədi ilə müəlliflər Land-sat-5 peykindən alınan 1989-2011-ci illər üzrə NDVI dəyərlərində ərazidəki bitki örtüyünün dəyişməsini izləmiş və bu təhlil 1990-1992-ci illərdə ərazidə bitki örtüyünün kəskin azalması, onun inkişafına mane olan hadisələrin baş verdiyini göstərmişdir. Bu hadisə qəbiristanlığın dağıdılması və ərazidə torpaq işlərinin aparıl-ması nəticəsində baş vermiş ola bilər.

COĞRAFİ LOKASİYA:

Qəbiristanlıq kəndin cənub-qərb hissə-sində, Bədr qayasının yanında yerləşir. Bu yer 1974-cü il tarixli (1:50000 miqyaslı) və 1975-ci il tarixli (1:100000 miqyaslı) 15 sovet topografik xəritələrində işarələnmişdir. Müəlliflər 1974-cü il tarixli topografik xəritədə göstərilən koordinata istinad edərək 1973 və 1980-ci il tarixli KH-9 He-xagon təsvirlərində qəbiristanlığı təsbit etmiş ve onun dəqiq koordinatını müəyyənləşdirmişdir.

İSTİNADLAR:

1. Musa Urud, Zəngəzur toponimləri (Bakı: Nurlar. 2013). s.333.

2. Кавказский календаръ на 1915 год, Отдел Ста-тистический, под ред. А. А. Эльзенгер и Н. П. наместника его Императорского Величества Е.И.В. Стельмащук (Тифлись: Типография канцелярии на Кавказе, 1914), с.175.

3. Адрес-календарь Азербайджанской Республики на 1920 г., ч. 2 (1-й год издания), под ред. А. И. Ставровского (Баку: Правительственная типогра-фия Азербайджан, 1920), с.50.

4. О разгроме армянами мусульманского селения Агуди Зангезурского уезда, ARDA, f. 1061, siy.1, is 66; Андраник Озанян, Документы и материалы, Вестник архивов Армении («Банбер Айастани архивнери»), 1 (89)-2 (90) (Ереван, 1991), с.324 329; ERMDTA, f. 370, siy. 2, iş 11, v. 34-38.

5. Zaven Korkotyan, Son yüzildə Sovet Ermənistanının əhalisi (1831-1931) (İrəvan: "Melkonyan fond" nəşri-yyatı, 1932), s.146-147 (erməni dilində).

6. Ведомости Верховного Совета Армянской ССР 1968, № 13 (418), Ст. 129, с. 391.

7. Электронный бюллетень "изменения географи-ческих названий государств-участников СНГ (обнавлённый по состоянию на 2016), Республика Армения, 2018. c.4.

8. Мешадиханум Неймат, Корпус эпиграфических памятников Азербайджана. Т.З. Арабо-персо-тюркоязычное надписи Нахичыванской Автоном-ной Республики (XII - начало ХХ века) (Баку: ХХІ - Yeni Nəşrlər Evi, 2001), c. 71-73.

9. Александр Хачатрян, Корпус арабских надписей Армении (VIII-XVI вв.), отв. ред. О.Г. Большаков (Ереван: Изд-во АН АрмССР, 1987), с.68-74.

10. KH-9 Hexagon, D3C1206-100170F017 July 29, 1973, USGS EROS Data Center.

11. KH-9 Hexagon, D3C1216-100138A004, July 03, 1980, USGS EROS Data Center.

12. WorldView-2, August 31, 2011, DigitalGlobe via Esri Map.

13. Musa Urud, Uruda iki səfər (Bakı : İlay, 2009).

14. Генеральный Штаб, J-38-21-В (Дастакерт) [xəritə], 1:50000, 1974.

15. Генеральный Штаб, J-38-21 (Горис) [xəritə], 1:100000, 1975.

 



Xəbəri paylaş