Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi » QƏRBİ AZƏRBAYCAN » Fotosənədlər » Qızılcıq kəndinin təzə qəbiristanlığı

Qızılcıq kəndinin təzə qəbiristanlığı

20-11-2025, 12:48

 

Qərbi Azərbaycan İrsi kitabı 1-ci cild.
"Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair"
HESABAT VƏ MATERİALLAR

Qızılcıq kəndinin təzə qəbiristanlığı

Məkan: Qarakilsə rayonu, Qızılcıq kəndi (Az.)/Sünik marzi, İşxanasar kandi (Erm.)

ID: 069 (MC-044], 39.566091, 46.039825

Qızılcıq - Zəngəzur bölgəsində (9 sentyabr 1930-cu ilden Qarakilsə rayonu, 2 mart 1940-cı ildən Sisian rayonu) Ağudi kəndindən şimalda yerləşən azərbaycanlı kəndi. Kəndin ilkin adı da Qızılca kimi tarixi mənbələrdə XVIII əsrin I yarısından etibarən xatırlanmışdır. Sonrakı kameral təsvirlər və statistik məlumatlar kənd əhalisinin azərbaycanlılardan (mənbələrdə tatar kimi göstəril-mişdirƏ.Ə., S.H.) ibarət olduğunu göstərmişdir. 1914-cü ilə aid "Qafqaz Təqvimi"ndə kənddə 441 nəfər azərbaycanlının yaşadığı gösterilmişdir.

28 may 1918-ci ildən etibarən, əvvəllər Yelizavetpol quberni-yasının Zəngəzur qəzası I polis sahəsi əngələvit kənd icmasının tərkibində olan Qızılcıq kəndi Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzasına daxil olmuşdur. 1918-ci ilin avqust ayında erməni təcavüzünə məruz qalan Qızılcıq kəndinin əhalisindən 27 nəfər qətlə yetirilmişdir. Sağ qalan əhali kəndi tərk etmək məcburiy-yətində qalmış, kənd isə ermənilər tərəfindən işğal edilmişdir. Sovet hakimiyyəti dövründə, sovet-bolşevik rejimi Azərbaycan xalqının iradəsinə zidd olaraq Zəngəzur qəzasının qərb hissəsini Ermənistan SSR-ə vermişdir. Bunun ardınca, 1921-ci ildə kəndə geri qayıdan 189 nəfər azərbaycanlı kəndi yenidən abadlaşdıraraq məskunlaşmağa başlamışdır.

1980-ci illərin sonlarında Ermənistanın Azərbaycanın ta-rixi torpaqlarına qarşı başlatdığı ərazi iddiaları və etnik təmizlə-mə nəticəsində Ermənistan SSR-də azərbaycanlıların yaşadığı bütün yaşayış yerlərindən əhalinin zorla deportasiyası həyata keçirilmişdir. 1988-ci il noyabr ayında Qızılcıq kəndinin 466 nəfər azərbaycanlı sakini də erməni cinayətləri və zorakılığından öz həyatlarını xilas etmək üçün Azərbaycan Respublikasına pənah gətirmişdir. Ermənistan Respublikası Milli Məclisinin 4 iyul 2006-cı il tarixli qərarı ilə Qızılcıq kəndi İşxanasar adlandırılmışdır.

TƏHLİL:

Məkan təhlili üçün istifadə olunan 3 iyul 1980-ci il və 10 ok-tyabr 1983-cü il10 KH-9 Hexagon peyk təsvirləri (sağda) əsasında aparılan təhlillər zamanı qəbiristanlığın əhatə etdiyi landşaftın xüsu-siyyətləri öyrənilmişdir. Bu təhlillərin nəticələrinə əsasən, qəbiristan-lıq 0.55 ha ərazidə yerləşmiş və qəbirüstü abidələri təsbit olun-muşdur. Həmçinin qəbiristanlığın ərazisinin hasarla əhatə olunduğu müəyyən edilmişdir.

Azərbaycanlı əhalinin kənddən deportasiya edilməsindən sonra qəbiristanlığın vəziyyətini müəyyən etmək məqsədilə 1982-ci il və 31 avqust 2011-ci il¹¹ (WorldView-2) (sağda aşağıdakı) tarixli peyk təsvirləri əsasında müqayisəli təhlil aparılmışdır. Sonuncu təs-virdə qəbir daşlarının ağır şəkildə dağıdılması, onların bir çoxunun səmtlərinin dəyişməsi və ərazidə boşluqlar yaranması təsbit edil-mişdir. Aparılan təhlillərin nəticələrinə əsasən, qəbiristanlığın 1989-2011-ci illərdə tamamilə dağıdılmışdır.

Müəlliflər qəbiristanlığa dəymiş zərəri daha aydın dəyər-ləndirmək üçün bloqqer G.Mattu tərəfindən 2022-ci ildə ərazidə çəkilmiş qəbirsitanlıq fotolarını təhlil etmişdir. Bu fotoların təhli-li ərazidə bütün qəbirüstü abidələrin baş daşlarının aşırıldığı, bir çoxunun sındırıldığı, bir çox qəbirüstü abidələrin baş daşlarının isə yoxa çıxmasını təsbit etmişdir. Foto təsvirlər peyk təsvirlərinin təhlili ilə qəbiristanlığın dağıdılması ilə bağlı əldə edilən nəticələri təs-diqləmişdir (şəkil N№1-6). Qəbirüstü abidələr kütləvi şəkildə yerə yıx-ılmış, sındırılmış, böyük əksəriyyəti isə ərazidə mövcud olmamışdır. Qəbirüstü abidələrin təbii şəkildə yerə düşməsi ehtimalı azdır, çünkiərazidə yerləşən bir çox qəbirüstü abidənin baş daşları ərazidən aparılmışdır. Bu faktlar ərazidə ağır şəkildə kənar müdaxilə, yəni vandalizm ak-tının baş verməsini təsdiqləmişdir.

Beləliklə, qəbiristanlığın struktur bü-tövlüyünə ciddi zərər vurulmuş olduğu təsbit edilmişdir. Yıxılmış daşlar həm qəbirüstü abi-dələrin vizual görünüşünü, həm də məzarların özünə aid dəyərləri məhv etmişdir.

Qəbir daşlarının dağıdılması onların ta-mamilə yarasız vəziyyətə düşməsini, qırı-lan hissələrin yerə dağıdıldığını və bunun nəticəsində qəbiristanlığın tamamilə məhy edilməsini göstərmişdir.

COĞRAFİ LOKASİYA:

Qəbiristanlıq Qızılcıq kənddən 50 metr cənubda yerləşir. Bu yer 1974-cü il tarix-li (1:50000 miqyaslı) 10 və 1975-ci il tarixli (1:100000 miqyaslı)¹¹ hərbi-topoqrafik xəritə-lərdə işarələnmişdir. Müəlliflər 1974-cü il ta-rixli topoqrafik xəritədə göstərilən koordinata istinad edərək 1980-ci il tarixli KH-9 Hexagon təsvirində qəbiristanlığı təsbit etmiş və onun dəqiq koordinatını müəyyənləşdirmişdir.

İSTİNADLAR:

1. Naxçıvan sancağının müfəssəl dəftəri. 9 məhər-rəm 1140 (27 avqust 1727), araşdırma, qeyd və şərhlərin müəllifi: Hüsaməddin Qaramanlı, tərcümə: Ziya Bünyadov və Hüsaməddin Məmmədov (Qara-manlı) (Bakı: Elm, 2001), s. 156.

2. Кавказский календаръ на 1915 год, Отдел Ста-тистический, под ред. А. А. Эльзенгер и Н. П. Стельмащук (Тифлись: Типография канцелярии наместника его Императорского Величества Е.И.В. на Кавказе, 1914), с. 141.

3. Кавказский календаръ на 1917 год. Отдел Статистический, под ред. Н. П. Стельмащук (Тифлись: Типография канцелярии наместника его Императорского Величества Е.И.В. на Кавказе, 1916), с.53

4. Адрес-календарь Азербайджанской Республики на 1920 г., ч. 2 (1-й год издания), под ред. А. И. Ставровского (Баку: Правительственная типог рафия Азербайджан, 1920), с.50.

5. Zəngəzur xəsarəti, "Azərbaycan" qəzeti, №36, 11 noyabr, 1918-ci il.

6. Zaven Korkotyan, Son yüzildə Sovet Ermənistanı-nın əhalisi (1831-1931) (İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932), s.146-147 (erməni dilində).

7. Musa Urud, Zəngəzur toponimləri (Bakı: Nurlar nəşriyyatı, 2013), s.212-213.

8. Vandalizm: Tarixi adlara qarşı soyqırımı, yeniden işlənmiş ikinci nəşri, tərt.: f.ü.e.d., Nazim Mustafa. (Bakı: Turxan NPB, PB, 2014), s.49.

9. KH-9 Hexagon, D3C1216-100138A004, July 03. 1980, USGS EROS Data Center.

10. KH-9 Hexagon, D3C1218-200716F19, October 10, 1983, USGS EROS Data Center.

11. WorldView-2, August 31, 2011, Maxar via Google Earth.

12. WorldView-3, October 22, 2023, Maxar via Esri Map.

13. Генеральный Штаб, J-38-21-А (Сисиан), 1:50000, [xəritə]. 1974.

14. Генеральный Штаб, J-38-21 (Горис), 1:100000, [xəritə). 1975.

 



Xəbəri paylaş