Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi » QƏRBİ AZƏRBAYCAN » Fotosənədlər » Yuxarı Girətağ kənd qəbiristanlığı.

Yuxarı Girətağ kənd qəbiristanlığı.

17-11-2025, 10:32

 

Qərbi Azərbaycan İrsi kitabı 1-ci cild.
"Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair"
HESABAT VƏ MATERİALLAR

Yuxarı Girətağ kənd qəbiristanlığı.
Məkan: Qafan rayonu, Yuxan Giratağ kəndi (Az.) / Sünik mərzi, Verin Giratag kəndi (Erm.)

Yuxarı Girətağ - Zəngəzur bölgəsinin Qafan mahalında (9 sentyabr 1930-cu ilden-Qafan rayonu), Bergüşad dağ silsiləsinin ətəklərində, Çəməndağı, Çıraq obalı və Buru dərəsi dağlan arasında yerləşən azərbaycanlı kəndi. Kəndin adı tarixi men-bələrdə XVI əsrin 90-cı illərindən etibarən müsəlman kendi kimi xatırlanmışdır. Giratağ kəndinin digər adı da Gilətağ olmuşdur. Aşağı Girətağ kəndi salındıqdan sonra kənd Yuxarı Giretağ kimi adlandınımışdır. Sonrakı kameral təsvir və statistik məlumatlar kənd əhalisinin azərbaycanlılardan (o dövrün rəsmi sənədlərində "müsəlman" və ya "Tatar" kimi qeydə alınan) ibarət olduğunu sübut etmişdir. 1914-cü ilə aid "Qafqaz Təqvimində kənddə 289 nəfər azərbaycanlının (mənbədə "Tatar" - Ə.Ə., S.H.) yaşadığı göstərilmişdir.

28 may 1918-ci ildən etibarən, əvvəllər Yelizavetpol quber niyasının Zəngəzur qəzası V polis sahəsi Oxçu kənd icmasının tərkibində olan Girətağ kəndi Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzasına daxil olmuşdur. 1918-ci ilin dekabr ayında erməni təcavüzünə məruz qalan Girətağ kəndinin əhalisi kəndi tərk etmək məcburiyyətində qalmış, kənd isə ermənilər tərəfindən işğal edilmişdir. Sovet hakimiyyəti dövründe, sovet-bolşevik rejimi Azərbaycan xalqının iradəsinə zidd olaraq Zəngəzur qəzasının qərb hissəsini Ermənistan SSR-ə vermişdir. Bunun ardınca, 1921-ci ildə kəndə geri qayıdan 261 nəfər azərbaycanlı kendi yeniden abadlaşdıraraq məskunlaşmağa başlamışdır. Sovet dövründə Yuxarı Giretağ kəndi Verin Giretag adlandırılmışdır.

1980-ci illərin sonlarında Ermənistanın Azərbaycanın ta-rixi torpaqlarına qarşı başlatdığı ərazi iddiaları və etnik təmizlə-mə nəticəsində Ermənistan SSR-də azərbaycanlıların yaşadığı bütün yaşayış yerlərindən əhalinin zorla deportasiyası həyata keçirilmişdir. 1988-ci il noyabr ayında Yuxarı Giratağ kəndinin azərbaycanlı sakinləri də erməni cinayətləri və zorakılığından öz heyatlarını xilas etmək üçün Azərbaycan Respublikasına pənah gətirmişdir.

Yuxarı Giretağ kəndində qəbiristanlıq və Kəkilli piri adlan-dırılan türbə mövcud olmuşdur. Kənd qəbiristanlığında azərbay-canlı əhali tərəfindən müqəddəs hesab olunan və camaat arasın-da Beldaşı adlandırılan orta əsrlərə aid daş mövcud olmuşdur.

TƏHLİL:

Mekan təhlili üçün istifadə olunan 3 iyul 1980-ci il KH-9 Hexagon peyk təsviri (sağda yuxarıdakı) əsasında aparılan tah-lillər zamanı qəbiristanlığın əhatə etdiyi landşaftın xüsusiyyətləri öyrənilmişdir. Bu təhlillərin nəticələrinə əsasən, qəbiristanlıq 0.98 ha ərazidə yerləşmiş və qəbirüstü abidələri təsbit olunmuşdur. Həmçinin qəbiristanlığın ümumi hasarları izlənməmiş, lakin sovet dövründə çəkilmiş foto təsvirlərdə qəbirüstü abidələrin dəmir mə-həccərlərinin olması təsbit olunmuşdur. Qəbiristan yamacda salın-mışdır. Bu qəbiristanlıqdan şərqdə daha bir neçə qəbirin olduğu ikinci qəbiristanlığın da mövcudluğu müəyyənləşdirilmişdir.

Azərbaycanlı əhalinin kənddən deportasiya edilməsindən sonra qəbiristanlığın vəziyyətini müəyyən etmək məqsədilə 1980-ci il və 5 avqust 2012-ci il (WorldView-2) (sağda aşağıdakı) tarixli peyk təsvirləri əsasında müqayisəli təhlil aparılmışdır. Təhlillərin nəticələrinə əsasən, qəbiristanlığın 1989-2012-ci illərdə tama-mila məhv edildiyi müəyyən edilmişdir. Sonuncu peyk təsvirində qəbirüstü abidələrdən bəzilərinin dağıntılan müəyyənləşdirilmiş, qəbiristanlıq ərazisinin cənub hissəsi daşlardan təmizlənərək əkin üçün istifadə edilməsi təsbit edilmişdir. Ərazinin bitki örtüyünün intensiv inkişafı nəzarə alınarsa, ağır dağıntılar 1989-1997-ci illerde baş vermişdir.

2012-ci il ve 1 avqust 2018-ci il" (World-View-2) tarixli peyk təsvirlərinin müqayisəl təhlili ərazidə vəziyyətin dəyişməz qalmasını göstərmişdir.

2018-ci il ve 26 sentyabr 2021-ci (CNES/Airbus) tarixli peyk təsvirlərinin mü qayisəli təhlili ile erazide intensiv torpaq-qazıntı işlərinin aparılması təsbit edilmişdir.

Bu proseslərin nəticəsində tarixi qəbiris tanlığın qalıqları tamamilə itirilmiş, 2012-ci ildən etibarən ərazidə yalnız əkin sahəsi görünürdüsə, 2021-ci il peyk təsvirində artıq erazinin buldozerlər vasitəsi ilə işlənərək de rin yataqlı yol inşa edildiyini göstərmişdir.

COĞRAFİ LOKASİYA:
Qəbiristanlıq kəndin cənub-cənub-şərqində yerləşir. Bu yer müəlliflərin tədqiqata cəlb etdikləri topoqrafik xəritələrdə çox güman ki, onun kiçik olması səbəbindən işarələn məmişdir. Foto təsvirlərdəki məkan təhlilləri nəzərə alınaraq 1980-ci il tarixli KH-9 Hexagon təsvirində qəbiristanlığı təsbit etmiş və onun dəqiq koordinatını müəyyənləşdirmişdir.

İSTİNADLAR:
 1. Musa Urud. Zəngəzur toponimieri (Bakı Nurlar nəşriyyatı, 2016), 8.369
2. Кавказский календарь не 1915 год. Отдел Cmaтистический, под ред. А. А. Эльзенгер и Н. П. Стельмащук (Тифлись: Типография канцелярия наместника его Императорского Величестве Е.И.В. на Кавказе, 1914), с. 142.
 3. Кавказский календарь на 1917 год Отбел Статистический, под ред. Н. П. Стельмащу (Тифлись: Типография канцелярии наместника его Императорского Величества ЕИВ Кавказе, 1916), с 57.

4. Адрес-календарь Азербайджанской Республики на 1920 а, ч. 2 (1-й год издания), под ред. А. И Ставровского (Баку: Правительственная парафия Азербайджан, 1920), с.50. 
 5.Daxili İşlər Nazirliyinə Ağdamdan 349 Netle ARDA, 1.894, sly.4, is 65. v. 28, Nüsxe 
6. Zaven Korkotyan, Son yüzilda Sover Enmaratannin əhalisi (1831-1931) (Iravan: "Melkonyan tond neşriyyatı, 1932), s. 134-135 (ermani dainda) zakboard Azerbaycan ablak Mandar nagriyyatı, 2006).16
8. Urud, Zangazur toponimlar (Bak Nurlar naşriyyatı, 2013). 352. 
9. KH- Hexagon, D3C1216-1001384000, July 03. 1980, USGS EROS Data Center.

10. WorldView-2, August 05, 2012. DigitalGlobe via Esri Map.

11. WorldView-2, August 01, 2018, DigitalGlobe via Esri Map

12. September 26, 2021, CNES/Airbus via Google Earth

 



Xəbəri paylaş