QƏRBİ AZƏRBAYCAN İRSİ:
22-09-2025, 16:15
”Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair” hesabat və materiallar.
Ağkilsə kəndi, Aşıq Ələsgərin qəbri
Məkan: Basarkeçər rayonu, Ağkilsə kəndi (Az.) / Geğarkunik mərzi, Azat kəndi (Erm.)
ID: 129 [MC-555], 40.178730, 45.869260
Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrət-li söz ustadı Aşıq Ələsgər 1926-cı ildə doğulduğu Ağkilsə kən-dinin köhnə qəbiristanlığında dəfn edilmişdir. Ermənistan SSR Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli qərarı ilə Ağkilsə kəndi Azat adlandırılmışdır.¹ 1972-ci ildə Aşığın 150 illik yubileyi ilə bağlı məzarı üzərində qəbirüstü abidə ucaldılmışdır. Bu abidə sovet dövründə müxtəlif foto və video təsvirlərdə öz əksini tapmışdır. 1979-cu ildə Aşıq Ələsgərin məzarı yanında onun oğlu Aşıq Talıb da dəfn edilmişdir. Müəl-liflərin əlində olan sovet dövrünə aid foto təsvirdən aydın olur ki, onun qəbirüstü abidəsi dəmir məhəccər ilə əhatələnmişdir.
Aşıq Ələsgər böyük bir məktəb yaratmışdır. Onun irsi Azər-baycan xalqının milli-mədəni varlığının tərkib hissəsinə çevrilərək tarixi yaddaş rəmzi kimi yaşamaqdadır.
1980-ci illərin sonlarında Ermənistanın Azərbaycanın tarixi torpaqlarına qarşı başlatdığı ərazi iddiaları və etnik təmizləmə nəticəsində Ermənistan SSR-də azərbaycanlıların yaşadığı bütün yaşayış yerlərindən əhalinin zorla deportasiyası həyata keçiril-mişdir. 1988-ci ilin noyabr-dekabr aylarında Ağkilsə kəndinin azərbaycanlı sakinləri də erməni cinayətləri və zorakılığından öz həyatlarını xilas etmək üçün Azərbaycan Respublikasına pənah gətirmişdir.
TƏHLİL:
Məkan təhlili üçün istifadə olunan 10 oktyabr 1983-cü il² KH-9 Hexagon peyk təsvirində (sağda yuxarıdakı) kənd qəbiristan-lığının landşaft xüsusiyyətləri araşdırılmış və kəndin qərbində yerləşən 0.425 ha ərazidə Aşıq Ələsgərin və oğlu Aşıq Talıbın qəbirüstü abidələri təsbit edilmişdir.
Azərbaycanlı əhalinin kənddən deportasiya edilməsindən sonra qəbiristanlıqda baş verən dəyişikliyi öyrənmək məqsədi ilə 1983-cü il və 11 fevral 2005-ci il³ (QuickBird-2) (sağda aşağıda-kı) tarixli peyk təsvirlərindən istifadə edilərək müqayisəli təhlil aparılmış və Hexagon təsvirində təsbit edilən Aşıq Ələsgərin qəbirüstü abidəsinin 2005-cı ilə qədər məhv edilməsi təsbit edilmişdir. Bu abidədən şimalda yerləşən Aşıq Alının qəbirüstü abidəsinin kölgəsi izlənmişdir. Bu onun 2005-ci ilə qədər ayaqda olmasını sübut etmişdir. Təsvir qarlı havada çəkildiyi üçün digər qəbirüstü abidələri təsbit etmək mümkün olmamışdır. Lakin təs-virin təhlili nəticəsində, ətrafı hasarlanmış 1200 kv. metrlik ərazi istisna olmaqla, köhnə qəbiristanlığın digər məqsədlər üçün isti-fadə edildiyi də təsbit edilmişdir.
Hər iki təsvirin müqayisəli təhlilini aparan müəlliflər 2005-ci ildə köhnə qəbiristanlıq ərazisində, şərqdən-qərbə doğru yeni yolun çəkilməsini də təsbit etmişdir.
Aşıq Talıbın məzarının salamat olması və ya dağıdılmasını müəyyən etmək üçün müəlliflər peyk təsvirlərində kölgə meto-dundan istifadə etməli olmuşdur. Bunun üçün peyk görüntüsünün çəkildiyi saatı və peykin çəkiliş bucağını da bilmək vacibdir. 15 iyun 2006-cı il tarixində QuickBird-2 peykindən çəkilən təsvir ilə əldə edilən nəticə onu deməyə əsas vermişdir ki, şimalda görünən kölgə təxminən 1 metr və ya daha artıq hündürlüyə ma-lik baş daşının kölgəsidir. Bu da qəbirüstü abidənin hələ ki, sala-mat vəziyyətdə qaldığını göstərir.
Sonrakı dövr peyk təsvirlərindən 2016-CI il5 (WordlView-2) və nəhayət, 2024-cü il (Airbus) peyk təsvirlərinin müqayisəli təhlili nəticəsində qəbiristanlıq ərazisinin həyətyanı torpaq sahələrindən ibarət bostan və ya digər əkin üçün istifadə edilməsi təsbit edilmişdir.
Qəbiristanlıq ərazisinin müasir vəziyyə-ti ilə bağlı əldə edilən foto təsvirlər deyilən-ləri bir daha təsdiq etmişdir. Bu fotolardan da aydın olur ki, Aşıq Ələsgərin qəbirüstü abidəsi və büstü tamamilə məhv edilmişdir (şəkil №4-5). Peyk təsvirləri bu məhvetmə prosesinin 2005-ci ilə qədər baş verdiyini təsdiqləmişdir. İstər peyk təsvirləri və istərsə də foto təsvirlərdən məlum olmuşdur ki, Aşıq Talıbın qəbirüstü abidəsi hələ ki mövcud-dur (şəkil №4,6). Lakin foto təsvir peyk təs-virlərində görülməsi mümkün olmayan digər bir hadisənin, vandalizm hadisəsinin baş verməsini sübut etmişdir. Qəbirüstü abidənin ətrafında olan məhəccərlər yağmalanmış, baş daşı üzərində olan mərhumun rəsmi və adı qaşınaraq məhv edilmişdir.
COĞRAFİ LOKASİYA:
Aşıq Ələsgərin qəbri yerləşən köhnə qəbiristanlıq kəndin qərb hissəsində yerləşir.
Bu yer 1954-cü il tarixli (1:25000 miqyaslı), 1979-cu il tarixli (1:50000 miqyaslı) və 1979. cu il tarixli (1:100000 miqyaslı) sovet topo-qrafik xəritələrində işarələnmişdir. Müəlliflər 1954-cü il tarixli topoqrafik xəritədə göstərilən koordinata istinad edərək 1983-cü il tarixli KH-9 Hexagon təsvirində qəbiristanlığı təsbit etmiş və onun dəqiq koordinatını müəyyən-ləşdirmişdir.
İSTİNADLAR:
1. Постановление президиума Центрального исполнительного комитета ССРА, 3 января 1935 г. Газета "Коммунист", Эриван, 5 январь 1935 г., №5 (146), с.3.
2. KH-9 Hexagon, D3C1218-200716F014, October 10, 1983, USGS EROS Data Center.
3. QuickBird-2, February 11, 2005. Source: Maxar via Google Earth.
4. QuickBird-2, June 15, 2006, Maxar via Google Earth.
5. WorldView-2, October 05, 2016, Maxar via Google Earth.
6. August 19, 2024, Airbus via Google Earth.
7. Генеральный Штаб, К-38-140-B-B [xəritə], 1:25000, 1954.
8. Генеральный Штаб, К-38-140-Б (Метц Мазра) [xəritə], 1:50000, 1979.
9. Генеральный Штаб, К-38-140 (Варденис) [xəritə], 1:100000, 1979.


Xəbəri paylaş
