XƏBƏRLƏR - Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi

Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" adlı kitaba həsr olunmuş dəyirmi masa keçirilib
Prezident Kitabxanasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Leyla Cəlalova "Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" adlı kitabının müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova Qərbi Azərbaycan mövzusunun dövlət siyasətinin ən mühüm prioritetlərindən biri olduğunu vurğulayıb. O, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilən bu strateji xəttin elmi əsaslarla təhlili baxımından təqdim olunan monoqrafiyanın mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Xüsusilə qeyd edib ki, soydaşlarımızın məruz qaldığı soyqırımı, deportasiya və repressiyaların Ümummilli Lider Heydər Əliyevin öz ailəsinin timsalında, onların yaşadıqları acılar fonunda işıqlandırılması əsərin ən təsirli məqamlarındandır.

Daha sonra kitabın mövzusunu, elmi-tarixi əhəmiyyətini əks etdirən videoçarx nümayiş olunub.

Dəyirmi masada çıxış edən kitabın ideya müəllifi, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova, professor, ADPU-nun rektoru Cəfər Cəfərov, deputatlar - Sadiq Qurbanov, Rizvan Nəbiyev, Pərvin Kərimzadə, Məlahət İbrahimqızı, Azər Allahverənov mövzunun aktuallığından bəhs ediblər. Natiqlər kitabın soydaşlarımızın tarixi torpaqlarına qayıdış hüququnun beynəlxalq müstəvidə müdafiəsi və gənc nəslin milli yaddaşının qorunması baxımından dəyərli bir mənbə olduğunu qeyd ediblər.

İqtisad üzrə fəlsəfə doktoru, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının kafedra rəisi Müşfiq Ramazanov, tarix üzrə fəlsəfə doktoru, professor Cəbi Bəhramov və Prezident Kitabxanasının direktorunun müşaviri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa çıxışlarında əsərin elmi-tarixi əhəmiyyətinə toxunublar. Bildirilib ki, kitabda arxiv sənədləri əsasında Qərbi Azərbaycana dair reallıqlar, deportasiya proseslərinin siyasi-hüquqi aspektləri və Ulu Öndərin bu istiqamətdəki uzaqgörən fəaliyyəti sistemli şəkildə araşdırılıb.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, hüquqşünas Səməd Vəkilov və professor İbrahim Bayramov isə məsələnin hüquqi və ictimai tərəflərini vurğulayaraq, icmanın qarşıya qoyduğu hədəflərlə bu cür elmi araşdırmaların paralellik təşkil etdiyini diqqətə çatdırıblar.

Kitabın müəllifi, tarix üzrə fəlsəfə doktoru Leyla Calalova tədqiqat prosesi barədə məlumat verərək, tədbirin təşkilinə görə Prezident Kitabxanasının rəhbərliyinə və iştirakçılara minnətdarlığını bildirib.

Tədbirin sonunda çıxış edən professor Afət Abbasova elmi ictimaiyyətə təqdim olunan bu monoqrafiyanın gələcək araşdırmalar üçün mükəmməl baza rolunu oynayacağını qeyd edib və müəllifə yaradıcılıq uğurları arzulayıb.

HEYDƏR ƏLİYEV QƏRBİ AZƏRBAYCANI NECƏ GERİ QAYTARMAQ İSTƏYİRDİ?

Heydər Əliyevin Qərbi Azərbaycan siyasəti: Tarixi və siyasi varislik" kitabının müzakirəsi olub

QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ TƏKCƏ BİR NƏSLİN DEYİL, GƏLƏCƏK NƏSİLLƏRİN DƏ ARZUSU VƏ HAQQIDIR!
Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, ADPU-nun beynnəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova çıxışında Qərbi Azərbaycana qayıdış ideyasının yalnız siyasi və hüquqi deyil, həm də elmi, təhsil və mədəniyyət müstəvisində dəstəklənməsinin vacibliyindən bəhs edib. O vurğulayıb ki, Qərbi Azərbaycanın tarixi, folkloru, toponimiyası, etnoqrafiyası və mədəni irsi ilə bağlı aparılan tədqiqatlar sistemli şəkildə davam etdirilməli, bu istiqamətdə hazırlanmış elmi əsərlər və araşdırmalar daha geniş auditoriyaya çatdırılmalıdır.

M.Hüseynova xüsusilə gənc nəslin Qərbi Azərbaycan həqiqətləri ilə bağlı maarifləndirilməsinin əhəmiyyətini qeyd edərək, məktəblilər və tələbələr arasında bu mövzuda biliklərin artırılmasının gələcək qayıdış prosesinin mühüm tərkib hissəsi olduğunu bildirib. O, olimpiada və digər intellektual yarışmaların suallarının hazırlanması zamanı Qərbi Azərbaycanın tarixi, coğrafiyası, toponimiyası və mədəni irsinə dair mövzulara daha geniş yer verilməsinin vacibliyini vurğulayıb. Natiq həmçinin Qərbi Azərbaycan araşdırmalarının ali təhsil müəssisələrində genişləndirilməsinin, müvafiq elmi mərkəzlərin yaradılmasının və beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsinin zəruriliyini diqqətə çatdırıb. O qeyd edib ki, xarici ölkələrdə keçirilən konfranslar, simpoziumlar və elmi tədbirlər Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır.

Ardınca çıxış edən Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədr müavini, akademik Vaqif Şadlinski konfransın xüsusi əhəmiyyət daşıdığını bildirərək, bu görüşü qərbi azərbaycanlıların həmrəyliyinin, milli birliyinin və qayıdış əzminin təzahürü kimi qiymətləndirib. O qeyd edib ki, bu gün burada insanların bir araya gəlməsi sadəcə tədbir deyil, həm də tarixi ədalətə inamın, milli həmrəyliyin və qalib xalq ruhunun ifadəsidir.

V.Şadlinski öz ailəsinin və nəslinin deportasiya taleyindən bəhs edərək, Qərbi azərbaycanlıların ötən əsrdə dəfələrlə öz doğma torpaqlarından didərgin salındığını xatırladıb. O vurğulayıb ki, uzun illər ərzində insanların qəlbində yaşayan qayıdış arzusu bu gün artıq yeni mərhələyə qədəm qoyub. Natiq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi tarixi Zəfərin Qərbi Azərbaycana qayıdış ideyasına da yeni nəfəs verdiyini bildirib.

Vaqif Şadlinski qeyd edib ki, Qərbi Azərbaycana qayıdış təkcə bir nəslin deyil, gələcək nəsillərin də arzusu və haqqıdır. O, Azərbaycan xalqının tarix boyu üzləşdiyi çətinliklərə baxmayaraq öz milli kimliyini, tarixi yaddaşını və torpaq sevgisini qoruyub saxladığını vurğulayaraq, qərbi azərbaycanlıların da bir gün öz ata-baba yurdlarına qayıdacaqlarına inamını ifadə edib. Çıxışının sonunda o, bugünkü günü “bərabərlik və qalibiyyət bayramı” kimi dəyərləndirərək, bu birliyin və həmrəyliyin gələcəkdə daha da güclənəcəyinə əminliyini bildirib.

PROF. MAHİRƏ HÜSEYNOVA “QƏRBİ AZƏRBAYCAN ƏZƏLİ VƏ ƏBƏDİ AZƏRBAYCAN TORPAĞIDIR” MÖVZUSUNDA KEÇİRİLƏN TƏDBİRDƏ ÇIXIŞ EDİB.
ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru prof. Mahirə Hüseynova Lənkəran Dövlət Universitetində “Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda keçirilən tədbirdə çıxış edib.

Lənkəran Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü və 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Qərbi Azərbaycan İcması ilə birgə “Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start götürüb. Sonra Ulu Öndər Heydər Əliyevin və vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov tədbiri giriş sözü ilə açaraq belə maarifləndirici görüşlərin gənclərin vətənə məhəbbət, milli-mənəvi dəyərlərə hörmət, dövlətçiliyimizə sədaqət ruhunda tərbiyəsinə müsbət təsir göstərdiyini deyib, Qərbi Azərbaycan İcmasının bu istiqamətdəki fəaliyyətini yüksək dəyərləndirib.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, professor Mahirə Hüseynova icmanın çoxşaxəli fəaliyyətindən ətraflı söz açıb,Elm və Təhsil Nazirliyi ilə birgə orta ümumtəhsil məktəblərində və ali təhsil ocaqlarında keçirilən tədbirlərin gənclərin vətənpərvərlik tərbiyəsinin yüksəldilməsindəki rolunu xüsusi vurğulayıb, tarixi faktlara, elmi-bədii mənbələrə istinadən Qərbi Azərbaycanın əzəli və əbədi Azərbaycan torpağı olduğunu deyib, o torpaqlara qayıdışın çox da uzaq tarix olmayacağına inamını ifadə edib.

Tədbirdə həmçinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin məsul əməkdaşları Hilal Salmanov, Rövşən Ağayev çıxış edərək Qərbi Azərbaycan İcmasının təmsil etdikləri qurumla birgə həyata keçirdiyi layihə çərçivəsində görülən işlərdən, maarifləndirici tədbirlərdən söz açıblar.

QƏRBİ AZƏRBAYCAN – AZƏRBAYCANIN ƏZƏLİ TORPAQLARIDIR” ADLI AÇIQ DƏRS KEÇİRİLİB
Biləsuvar Şəhər Texniki Fənlər Təmayüllü Məktəb-liseydə keçirilən tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini prof. Mahirə Hüseynova, Elm və Təhsil Nazirliyinin əməkdaşları Rövsən Ağayev, Hilal Salmanov, ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müdiri, prof. Könül Səmədova, Qərbi Azərbaycan İcmasının Biləsuvar rayonu üzrə nümayəndəsi Rəfiqə Cəfərova, Şirvan Salyan Regional Təhsil İdarəsinin Tədrisin Keyfiyyəti Sektorunun müdiri Mahir Zahidov, Biləsuvar rayonu üzrə Təhsil Sektorunun müdiri Müşfiq Dadaşov, Texniki Fənlər Təmayüllü Məktəb-liseyin direktoru Mehman Əliyev, liseyin bir qrup tarix müəllimi və X- XI sinif şagirdləri iştirak edib.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini Mahirə Hüseynova Qərbi Azərbaycan İcmasının fəaliyyəti, qarşıya qoyulan əsas məqsədlər və hədəflər, Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın tarixi hüquqlarının bərpası, eləcə də onların hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova çıxış edərək dövlətimizin Qərbi Azərbaycan məsələsinə göstərdiyi xüsusi diqqət və qayğıdan söz açaraq bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlərin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasət Qərbi azərbaycanlıların haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasına geniş imkanlar yaradır.

Çıxışlarda Qərbi Azərbaycan məsələsinin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğu, bu istiqamətdə həyata keçirilən fəaliyyətlərin əhəmiyyəti qeyd edilərək icma ilə əməkdaşlığın bundan sonra da davam etdirilməsinin vacibliyi vurğulanıb.

Görüş müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, təklif və fikirlər dinlənilib.

ADPU-NUN BEYNƏLXALQ ƏLAQƏLƏR ÜZRƏ PROREKTORU PROFESSOR MAHİRƏ HÜSEYNOVA FƏXRİ FƏRMANLA TƏLTİF OLUNUB
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Beynəlxalq əlaqələr üzrə prorektoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü Mahirə Nağı qızı Hüseynova Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Fəxri Fərmanla təltif edilib.

Təltif Mahirə Hüseynovanın Azərbaycan Respublikasının ictimai həyatında və pedaqoji sahədə uzunmüddətli səmərəli elmi fəaliyyətinə, eləcə də gənclər arasında vətənpərvərlik tərbiyəsi işinin təşkili və həyata keçirilməsində Veteranlar Təşkilatı ilə məhsuldar əməkdaşlığına görə verilib.

Professor Mahirə Hüseynovanı bu təltif münasibətilə səmimi-qəlbdən təbrik edir, ona yeni yaradıcılıq uğurları arzu edirik!

ELLƏROYUĞU YAYLAQ FESTİVALI”: TARİXİ YADDAŞIN OYANIŞI, ULU SAZA EHTİRAM VƏ BÖYÜK QAYIDIŞIN TƏNTƏNƏSİ
31 may tarixində Şamaxının füsunkar Qızmeydan kəndi, Azərbaycanın zəngin mədəniyyətini və sarsılmaz tarixi yaddaşını özündə ehtiva edən, ruhlara qanad verən möhtəşəm bir mədəniyyət hadisəsinə ev sahibliyi etdi.

Akademik Abel Məhərrəmovun rəhbərliyi ilə keçirilən “Elləroyuğu yaylaq festivalı”, sadəcə bir el şənliyi deyil, həm də kökümüzə, mənəviyyatımıza və əzəli yurd yerlərimizə mənəvi qayıdışın, milli birliyin ən ali təzahürü kimi tarixə yazıldı.

Ağbaba-Şörəyel mahalı Azərbaycanın zəngin tarixi coğrafiyasının ayrılmaz bir parçası, qədim Oğuz-Türk mədəniyyətinin beşiyi və mənəvi qalasıdır. Bu torpaqların hər qarışı, hər toponimi qədim türk izlərini və minillik dövlətçilik ənənələrini özündə yaşadır. Regionun mədəni simasını formalaşdıran Ağbaba-Çıldır aşıq mühiti isə sadəcə bir musiqi məktəbi deyil, xalqımızın fəlsəfi dünyagörüşünü, əxlaqını və tarixi yaddaşını sazın və sözün dili ilə gələcək nəsillərə ötürən canlı bir kitabdır. Festival çərçivəsində təşkil olunan “Kəndimizin Tarixi Yaddaşı” sərgisi qonaqlara əcdadlarımızın ruhunu və bu zəngin irsin əsrlər boyu necə qorunub saxlanıldığını əyani şəkildə nümayiş etdirdi.Tədbirin rəsmi və bədii hissəsində xüsusilə vurğulandı ki, bütün bu tarixi təşəbbüslərin, yurd yerlərimizin bir araya gəlməsinin və milli birliyimizin sarsılmaz bir yumruğa çevrilməsinin ideya müəllifi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdir. Akademik Abel Məhərrəmov, Qərbi Azərbaycan İcmasının sədri və millət vəkili Əziz Ələkbərli, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov öz çıxışlarında birmənalı şəkildə qeyd etdilər ki, cənab Prezidentin Qərbi Azərbaycana qayıdışa dair tarixi çıxışları və "Qayıdış Konsepsiyası" bu gün milyonlarla soydaşımızı vahid amal ətrafında birləşdirən işıqlı bir yoldur. Məhz bu dahi strateji baxışın nəticəsidir ki, bu gün Ağbaba-Şörəyel elləri öz kimliyini daha qürurla bəyan edir və doğma torpaqlara qayıdışın mənəvi hazırlığını yüksək səviyyədə təşkil edir.

Giriş nitqində akademik Abel Məhərrəmov tədbirin məhz Şamaxının Qızmeydan kəndində keçirilməsinin dərin rəmzi və mənəvi məna daşıdığını xüsusi vurğuladı. O qeyd etdi ki, ilk növbədə, bu yerlərin təbiəti, əsrarəngiz alp çəmənlikləri uzaq Ağbabanı xatırladır və insanı doğma yurdun havası ilə nəfəs almağa sövq edir. İkinci bir tərəfdən, bu kənd Ağbaba-Şörəyel camaatının sıx məskunlaşdığı bir məkan olduğu üçün seçilmişdir. Akademik Abel Məhərrəmov bu yanaşmanı belə izah etdi: "Bu dəfə onları Bakıya dəvət etməmişik, özümüz ellərimizin, camaatımızın yanına gəlmişik" – bu sözlər isə festivalın həm də bir mənəvi qovuşma və el-oba birliyinin təntənəsi olduğunun ən bariz nümunəsi idi.

Festivalın ən mühüm məqamlarından biri, Ağbaba-Çıldır aşıq mühitinin sonuncu azman nümayəndəsi Aşıq İsgəndər Ağbabalının 100 illik yubileyi idi. Akademik Abel Məhərrəmov tədbirin keçirilməsindəki həm maddi, həm də mənəvi dəstəyini "Böyük Qayıdışa verilən müqəddəs töhfə" kimi qiymətləndirdi. O, çıxışında vurğuladı ki, bu fəaliyyətlər xalqımızın öz kökünə, elinə-obasına olan tükənməz sevgisinin ifadəsidir və bu istiqamətdəki fəaliyyət böyük şövqlə davam etdiriləcəkdir. Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli ustad aşıq haqqında danışarkən onun sazını xalqımızın əyilməz iradəsinin səsi adlandırdı, Şamaxı İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov isə Qızmeydanda süzülən Ağbaba havasının bütöv Azərbaycanın nəfəsi olduğunu vurğuladı. Millət vəkili, professor Hikmət Babaoğlu isə Aşıq İsgəndər Ağbabalı irsini milli kimliyimizin strateji yaddaşı kimi dəyərləndirdi. Professorlar Məhərrəm Qasımlı, Mahirə Hüseynova və Avtandil Ağbabalı isə elmi yanaşmaları ilə Ağbaba-Çıldır aşıq məktəbinin Azərbaycan mədəniyyətindəki bənzərsiz yerini bir daha təsdiqlədilər.

Festivalın qonaqları arasında yer alan akademik Adil Qəribov isə öz çıxışında bu mötəbər toplantının tarixi əhəmiyyətini xüsusi vurğulayaraq, belə bir formatın ilk dəfə təşkil olunmasının əlamətdar hadisə olduğunu qeyd etdi. Akademik, Ağbaba-Şörəyel camaatının fəxrlə adını çəkdiyi, hər zaman özünün sarsılmaz dövlətçilik mövqeyi, vətənə və xalqa olan tükənməz sədaqəti ilə örnək olan akademik, Əməkdar elm xadimi Abel Məhərrəmovun bu nəcib təşəbbüsünə görə ona dərin minnətdarlığını ifadə etdi. Adil Qəribov vurğuladı ki, Abel Məhərrəmovun fəaliyyəti sadəcə elmi uğurlarla məhdudlaşmır, o, həm də milli kimliyimizin qorunması, tariximizin və toponimlərimizin gələcək nəsillərə ötürülməsi istiqamətində dövlətçilik maraqlarını hər şeydən uca tutan, məsuliyyətli və vətənpərvər bir ziyalı nümunəsidir. Belə bir festivalın məhz onun rəhbərliyi ilə gerçəkləşməsi, milli birliyimizin möhkəmlənməsinə və dövlətimizin ali məqsədlərinin el-oba səviyyəsində təbliğinə verilən ən böyük töhfələrdən biri kimi dəyərləndirildi və tələbə yoldaşı olan Abel müəllimlə fəxr etdiyini xüsusi vurğuladı. Bütün çıxışları diqqətlə dinləyən tədbir iştirakçılarının simasında yaşanan kövrək duyğuların ahəngi qəlbləri riqqətə gətirdi.

Nahar fasiləsində Şəmsi Qocanın və İmran Güllübulaqlının şeirlərinə bəstələnmiş mahnılar ifa olunarkən məclis duyğulu anlar yaşadı; bu musiqilər hər bir ağbabalıya doğma yurdun həsrətini yaşatdı. Şəmsi Qocanın “Əsrin saz yaddaşı: Aşıq İsgəndər Ağbabalı” monoqrafiyası və Ağbabalı alim və tədqiqatçıların, şairlərin Aşıq İsgəndər Ağbabalıya həsr olunmuş məqalələrindən və şeirlərindən ibarət “Aşıq İsgəndər Ağbabalı – 100” kitabı iştirakçılara hədiyyə edilərkən, Qəşəm İsaoğlu, Telman Gülsehran və usta Naibin qara zurnada ifa etdikləri ecazkar el havaları, ağsaqqalların və gənclərin birgə ifa etdikləri Ağbaba yallısı festivalın zirvə nöqtəsinə çevrildi.Tədbirin ən qürurverici məqamlarından biri Qərbi Azərbaycan İcmasının sıralarının genişlənməsi oldu. İcmanın üzvlüyünə qəbul olunan kənd sakinlərinə təqdim edilən vəsiqələr və döş nişanları sadəcə sənəd deyil, tarixi ədalətin bərpası yolunda atılan mətin bir addımın simvolu idi. Təşəkkürnamələrlə təltif olunan soydaşlarımızın sevincinə qoşulan kənd sakinləri akademik Abel Məhərrəmova və icra başçısı Tahir Məmmədova göstərdikləri yüksək təəssübkeşliyə görə dərin minnətdarlıqlarını bildirdilər. Aşıq Faxfur Gülməmmədov isə ailə adından atasının xatirəsinə göstərilən bu ali ehtirama görə təşkilatçılara və qonaqlara təşəkkür etdi.

Festivalın finalı elin birliyinə vurulan bir möhür, Böyük Qayıdışın zəfər marşı kimi səsləndi. Meydanda səslənən qədim el havaları, Ağbaba-Çıldır mühitinin ruhunu yaşadan həzin nəğmələr və igidlərin coşqu ilə ifa etdiyi rəqslər hər kəsin qəlbində dərin izlər buraxdı. Doğma yurdun nisgili, keçmişin şirin xatirələri və gələcəyə olan tükənməz inamın bir araya gəldiyi bu məqamlarda kövrək, duyğulu anlar yaşandı; gözlərdə dolan yaşlar, əslində, Ağbabaya qovuşacağımız o müqəddəs günün müjdəçisi idi.Akademik Abel Məhərrəmovun sözləri ilə desək, bu gün Qızmeydanın havası ilə Ağbabanın nəfəsi birləşdi; çalınan sazın sədası gələcək nəsillərə ötürülən bir əmanətdir ki, o torpaqlar sahiblərini gözləyir və qayıdış günü əbədi bir həqiqət kimi bizə çox yaxındır. Bəli, Ağbaba bizimdir, Ağbaba keçmişimiz, bu günümüz və ən əziz, ən əlçatan gələcəyimizdir. Bu festival, tariximizin yaddaşına qızıl hərflərlə yazıldı və hamıya bir daha xatırlatdı ki, sazın harayı olduğu müddətcə, yurd yerlərimiz unudulmayacaq, xalqımız öz əzəli torpaqlarına qayıdacaqdır.

PROFESSOR FƏRRUX RÜSTƏMOV MÜƏLLİFİ OLDUĞU “AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ VƏ BİRİNCİ ÜMUMİTTİFAQ TÜRKOLOJİ QURULTAY” ADLI KİTABINI QƏRBİ AZƏRBAYCAN ARAŞDIRMALAR MƏRKƏZİNİN KİTABXANASINA HƏDİYYƏ ETMİŞDİR.
Pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov müəllifi olduğu “Azərbaycan Dövlət Pedaqoji Universiteti və Birinci Ümumittifaq Türkoloji Qurultay” adlı kitabını Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin kitabxanasına hədiyyə etmişdir.

Kitab Birinci Ümumittifaq Türkoloji Qurultayının 100, Azərbaycan Dövlət Pedaqoji Universitetinin isə 105 illiyinə həsr olunub. Nəşrdə XX əsrin 20-ci illərindən etibarən ölkədə elm və təhsil elitasının formalaşmasında mühüm rol oynayan ADPU-nun (keçmiş Ali Pedaqoji İnstitutun) Birinci Türkoloji Qurultayın keçirilməsində oynadığı rol, universitet alimlərinin elmi məruzələri və türkoloji elmə verdikləri töhfələr araşdırılıb.

Nəşrin ideya müəllifi ADPU-nun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərovdur. Kitabın elmi redaktoru ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova, elmi məsləhətçisi Azərbaycanda Atatürk Mərkəzinin direktoru, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov, ön söz müəllifi isə AMEA Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Nadir Məmmədlidir.

464 səhifədən ibarət olan nəşrdə Birinci Türkoloji Qurultayın elmi, tarixi və ictimai əhəmiyyəti geniş şəkildə təhlil olunur, qurultayın Azərbaycan elmi və milli-mədəni düşüncəsinin inkişafındakı rolu elmi mənbələr əsasında təqdim edilir. Kitab təhsil tarixçiləri, müəllimlər, tələbələr və bu sahədə araşdırma aparan tədqiqatçılar üçün nəzərdə tutulub.

Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin əməkdaşları belə nəşrlərin milli elmi irsin öyrənilməsi, tarixi yaddaşın qorunması və gənc nəslin maarifləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildiriblər. Qeyd olunub ki, “Azərbaycan Dövlət Pedaqoji Universiteti və Birinci Türkoloji Qurultay” kitabı türkoloji fikir tarixinin, Azərbaycan təhsilinin inkişaf mərhələlərinin və milli-mədəni dəyərlərin daha dərindən öyrənilməsi istiqamətində mühüm mənbələrdən biridir.

QƏRBİ AZƏRBAYCAN ARAŞDIRMALAR MƏRKƏZİNDƏ NÖVBƏTİ MAARİFLƏNDİRİCİ VƏ ELMİ GÖRÜŞ KEÇİRİLİB
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmalar Mərkəzində növbəti maarifləndirici və elmi görüş keçirilib. Görüşdə Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, teatr ənənələri və milli-mənəvi irsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Tədbirdə tanınmış alimlər, tədqiqatçılar və digər qonaqlar iştirak ediblər.

Görüş zamanı İrəvan teatrı haqqında kitabın müəllifi,professor İlham Rəhimli çıxış edərək İrəvan teatrının yaranma tarixi, inkişaf mərhələləri və Azərbaycan mədəniyyətində tutduğu mühüm yer barədə ətraflı danışıb. O, İrəvan teatr mühitinin formalaşmasında Azərbaycan ziyalılarının rolunu xüsusi vurğulayıb, teatrın milli-mədəni yaddaşın qorunmasında mühüm əhəmiyyət daşıdığını qeyd edib. Professor eyni zamanda bu istiqamətdə apardığı araşdırmalar, səfərlər və topladığı materiallar haqqında məlumat verərək iştirakçılarla maraqlı xatirələrini bölüşüb. O, Qərbi Azərbaycanda mövcud olmuş teatr ənənələrinin gələcək nəsillərə çatdırılmasının vacibliyini diqqətə çatdırıb.

Tədbirdə professor Məryəm Əlizadə də çıxış edərək Qərbi Azərbaycanın zəngin mədəni mühiti, burada formalaşmış ədəbi və teatr ənənələri haqqında fikirlərini bölüşüb. O, Qərbi Azərbaycan mədəniyyətinin Azərbaycan xalqının ümumi mədəni irsinin ayrılmaz hissəsi olduğunu vurğulayaraq, bu irsin araşdırılması və təbliğinin mühüm əhəmiyyət daşıdığını bildirib. Professor çıxışında milli-mənəvi dəyərlərin qorunmasının vacibliyinə toxunaraq gənc nəslin tarixi yaddaşının formalaşdırılmasında belə görüşlərin xüsusi rol oynadığını qeyd edib.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Atatürk Mərkəzinin şöbə müdiri, “Komeral təsvirlər” kitabının müəllifi Nazir Əhmədli isə çıxışı zamanı Qərbi Azərbaycanın rayonları, yaşayış məntəqələri və tarixi-coğrafi əraziləri barədə geniş məlumat təqdim edib. O, xəritə üzərində tarixi Azərbaycan torpaqlarını göstərərək həmin ərazilərin qədim yaşayış məskənləri və mədəniyyət ocaqları olduğunu diqqətə çatdırıb. Nazir Əhmədli deportasiya prosesləri, soydaşlarımızın öz doğma yurdlarından məcburi şəkildə köçürülməsi və bunun xalqımızın tarixi yaddaşında buraxdığı izlər barədə də ətraflı danışıb. Çıxış zamanı tarixi faktlar və araşdırmalar əsasında iştirakçılara geniş məlumat verilib.

Görüş çərçivəsində digər qonaqlar da çıxış edərək Qərbi Azərbaycanın tarixi, mədəniyyəti və milli irsi ilə bağlı fikirlərini bölüşüblər. Tədbirdə iştirakçılar arasında fikir mübadiləsi aparılıb, mövzu ətrafında maraqlı müzakirələr keçirilib.

Sonda Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Leyla Cəlalova çıxış edərək qonaqlara Qərbi Azərbaycanın tarixi keçmişi, deportasiya siyasəti və xalqımızın üzləşdiyi tarixi ədalətsizliklər barədə geniş məlumat verib. O, çıxışında xüsusilə Türkmənçay müqaviləsi haqqında danışaraq həmin müqavilədən sonra regionda baş verən siyasi-demoqrafik dəyişikliklərə toxunub, Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların tarixi torpaqlarından mərhələli şəkildə uzaqlaşdırılması prosesinin mahiyyətini iştirakçıların diqqətinə çatdırıb. Leyla Cəlalova qeyd edib ki, tarixi həqiqətlərin araşdırılması və gələcək nəsillərə çatdırılması bu gün mühüm elmi və mənəvi məsuliyyət daşıyır.

Daha sonra Mərkəzin baş mütəxəssisi Möhübbət Məmmədov çıxış edərək XX əsrin 60–70-ci illərində həyata keçirilən “səssiz deportasiya” siyasəti barədə ətraflı məlumat verib. O bildirib ki, həmin dövrdə azərbaycanlı əhalinin doğma yurdlarından sistemli şəkildə uzaqlaşdırılması müxtəlif inzibati və sosial vasitələrlə həyata keçirilib. Möhübbət Məmmədov bu prosesin təkcə demoqrafik deyil, həm də mədəni və mənəvi nəticələrinin olduğunu vurğulayaraq, Qərbi Azərbaycana aid tarixi yaddaşın, toponimlərin və milli-mədəni irsin qorunmasının vacibliyini diqqətə çatdırıb.