Konfranslar - Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi

MAHİRƏ HÜSEYNOVA: “YADDAŞIMIZ YAŞAYIRSA, QAYIDIŞIMIZ DA MÜTLƏQ OLACAQ
Göygöl rayonunun Yeni Zod kəndində yerləşən “Xan Yurdu” etnoqəsəbəsində Qərbi Azərbaycan İcması və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycan İrsi – Tarixi Köklərə Qayıdış” Festivalı çərçivəsində çıxış edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova Qərbi Azərbaycan həqiqətlərinin ölkə daxilində və beynəlxalq müstəvidə təbliğinin vacibliyindən danışıb.

Professor Mahirə Hüseynova bildirib ki, Qərbi Azərbaycan məsələsi təkcə bu bölgədən olan insanların deyil, bütövlükdə Azərbaycan xalqının milli məsələsidir. O qeyd edib ki, müxtəlif beynəlxalq konfranslar, elmi tədbirlər və festivallar vasitəsilə Qərbi Azərbaycanla bağlı tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması mühüm əhəmiyyət daşıyır.

Mahirə Hüseynova çıxışında vurğulayıb ki, Qərbi Azərbaycan irsinin yaşadılması yalnız elmi araşdırmalarla deyil, həm də musiqi, aşıq sənəti, milli mətbəx, geyim mədəniyyəti və digər mənəvi dəyərlər vasitəsilə həyata keçirilir. Onun sözlərinə görə, milli yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi Qərbi Azərbaycana qayıdış ideyasının əsas dayaqlarından biridir.

Professor təhsil sahəsində həyata keçirilən maarifləndirmə işlərindən də bəhs edərək, orta məktəblərdə təşkil olunan açıq dərslərin, olimpiadaların və müxtəlif layihələrin şagirdlərin Qərbi Azərbaycanın tarixi, coğrafiyası və mədəni irsi barədə məlumatlandırılmasında mühüm rol oynadığını diqqətə çatdırıb.

Çıxışının sonunda Mahirə Hüseynova qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi konsepsiyaya uyğun olaraq Qərbi Azərbaycana qayıdış ideyası elmi, hüquqi və mənəvi əsaslar üzərində qurulmalıdır. O, belə tədbirlərin milli yaddaşın qorunmasına, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə və Qərbi Azərbaycan həqiqətlərinin geniş auditoriyalara çatdırılmasına xidmət etdiyini bildirib.

ADPU-NUN NÜMAYƏNDƏ HEYƏTİ NAXÇIVANDA KEÇİRİLƏN “QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ” III KONQRES-FESTİVALINDA İŞTİRAK EDİB.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov çıxış edərək Qərbi Azərbaycan mövzusunun Azərbaycan xalqının tarixi yaddaşı, milli kimliyi və mənəvi irsi ilə ayrılmaz şəkildə bağlı olduğunu bildirib.

Azərbaycan Respublikasının Elm və təhsil naziri Emin Əmrullayev çıxışında Qərbi Azərbaycan mövzusunun ölkəmizin təhsil və elmi sahələrdə əsas mövzulardan birinə çevrildiyini diqqətə çatdıraraq bu istiqamətdə Qərbi Azərbaycan İcmasının, eləcə də elm müəssisələrinin, xüsusilə Naxçıvan Dövlət Universitetinin rolunu xüsusi qeyd edib. Nazir vurğulayıb ki, Qərbi Azərbaycan mövzusu ideyadan strateji fəaliyyət mərhələsinə keçib.

Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov konqres-festivalın təşkil olunmasında əməyi keçən bütün təşkilatlara minnətdarlıq edərək bildirib ki, Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı ölkəmizin xarici siyasət konsepsiyasının mühüm prioritet istiqamətlərindən biridir.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında qeyd edib ki, Vətən müharibəsində əldə etdiyimiz şanlı zəfər milli özünüdərkimizin, tarixi ədalətə inamımızın və dövlətçilik iradəmizin təntənəsi oldu.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli konfransın işinə uğurlar arzulayaraq Qərbi Azərbaycan mövzusuna həsr olunmuş tədbirin məhz XX əsrin əvvəllərində qanlı hadisələrdən ən çox təsirlənmiş bölgələrdən biri olan Naxçıvanda və Ordubadda keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli çıxış edərək vurğulayıb ki, bölgədə sülh şəraitində həyatı davam etdirməyin yeganə yolu burada Azərbaycanın yaratdığı yeni reallıqlarla hesablaşmaqdır.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Mahirə Hüseynova festival-konqresin maariflənmə və yaddaşı təzələmək baxımından önəminə toxunaraq bildirib ki, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çərçivəsində həyata keçirilən bu mötəbər tədbir öz mahiyyəti və verəcəyi mesajlarla xüsusi əhəmiyyət daşıyır

ƏZİZ ƏLƏKBƏRLİ: DAYANIQLI SÜLHÜN ƏSAS ŞƏRTİ QƏRBİ AZƏRBAYCANLILARIN GERİ QAYIDIŞIDIR
Konqres-festivalda çıxış edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının mahiyyəti, Qərbi Azərbaycan İcmasının fəaliyyəti və qarşıda duran vəzifələr barədə ətraflı fikirlərini bölüşüb.

O, Qərbi Azərbaycandan müxtəlif dövrlərdə deportasiya və etnik təmizləmə siyasətinə məruz qalmış soydaşlarımızın hüquqlarının bərpasının mühüm milli məsələ olduğunu vurğulayaraq, onların öz doğma torpaqlarına dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmin edilməsinin İcmanın əsas məqsədi olduğunu bildirib.

Natiq qeyd edib ki, son illərdə Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm işlər görülüb, müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq genişləndirilib və bu məsələnin dünya gündəmində daha geniş yer almasına nail olunub. O, Qərbi Azərbaycan İcmasının qısa müddət ərzində həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə geniş fəaliyyət göstərdiyini, tarixi həqiqətlərin təbliği və qayıdış hüququnun müdafiəsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Əziz Ələkbərli çıxışında Azərbaycanın son illərdə əldə etdiyi uğurlara da toxunaraq, ölkənin siyasi və iqtisadi qüdrətinin, beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə artdığını bildirib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın regionda yeni reallıqlar formalaşdırdığını, milli maraqların qətiyyətlə qorunduğunu və tarixi ədalətin bərpası istiqamətində mühüm addımlar atıldığını qeyd edib.

Çıxışında bölgədə davamlı sülhün və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayan İcma sədri, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində aparılan danışıqların əhəmiyyətinə diqqət çəkib. O bildirib ki, dayanıqlı sülhün əsas şərtlərindən biri də Qərbi Azərbaycandan deportasiya olunmuş insanların hüquqlarının tanınması və onların doğma yurdlarına qayıdışına şərait yaradılmasıdır.

Sonda Əziz Ələkbərli Qərbi Azərbaycana qayıdış ideyasının xalqımızın milli yaddaşında və milli hədəfləri sırasında xüsusi yer tutduğunu vurğulayaraq, bu istiqamətdə fəaliyyətin bundan sonra da ardıcıl şəkildə davam etdiriləcəyini bildirib, konqres-festivalın təşkilində əməyi olan qurumlara təşəkkür edib və tədbir iştirakçılarına uğurlar arzulayıb.

PROF. MAHİRƏ HÜSEYNOVANIN MÜSAHİBƏSİ
"Ölkəmizin həyatında çox mühüm bir hadisə baş verir. Bu gün Naxçıvanda, qədim Ordubad şəhərində "Qərbi Azərbaycana qayıdış" III festival-konqres keçirilir. Qərbi Azərbaycana qayıdış konsepsiyası çərçivəsində həyata keçirilən bu mötəbər tədbir öz mahiyyəti və verdiyi mesajlarla xüsusi əhəmiyyət daşıyır.

Burada toplaşan insanların coşqusu, simalarındakı sevinc və qətiyyət bir həqiqəti ifadə edir: biz Qərbi Azərbaycana mütləq qayıdacağıq. İrəvanda, Göyçədə, Dərələyəzdə və tarixi yurdlarımızın hər birində belə elmi və mədəni tədbirlərin keçiriləcəyi gün uzaqda deyil.

Festival-konqresin əsas məramı elmi əsaslara söykənməkdir".

"Şərq qapısı" xəbər verir ki, bu sözləri Naxçıvanda jurnalistlərə müsahibəsində Qərbi Azərbaycan İcması İdarə Heyətinin

üzvü, professor Mahirə Hüseynova deyib.

Professor qeyd edib ki, tədbirə qatılan alim və tədqiqatçıların hər biri Qərbi Azərbaycanla bağlı araşdırmalarını, elmi məqalələrini və tarixi faktlara əsaslanan tədqiqatlarını təqdim edir. Bu işlərin əhəmiyyəti ondadır ki, onların hər biri arxiv materiallarına, qədim mənbələrə, tarixi sənədlərə və xəritələrə söykənərək Qərbi Azərbaycanın tarixi həqiqətlərini ortaya qoyur.

Naxçıvan Dövlət Universiteti bu istiqamətdə mühüm təşəbbüslərlə çıxış edir və təşkil olunan bu festival-konqres də həmin fəaliyyətin parlaq nümunələrindən biridir.

"Tədbirin keçirildiyi məkanın seçilməsi də olduqca rəmzi məna daşıyır. Qədim Ordubad Zəngəzur dəhlizi üzərində yerləşən, strateji əhəmiyyətə malik bir bölgədir. Bu ərazi həm Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək nəqliyyat xəttinin, həm də regionun gələcək inkişaf perspektivlərinin mühüm tərkib hissəsidir. Biz bu gün qədim Ordubadda toplaşmışıq və əminliklə deyə bilərik ki, yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılması ilə bu bölgə yeni inkişaf mərhələsinə qədəm qoyacaq. İnanırıq ki, tarixi ədalətin bərpası və "Qərbi Azərbaycana qayıdış" ideyası öz real nəticələrini verəcək, xalqımız öz tarixi yurdlarına qovuşacaq", – deyə Mahirə Hüseynova əlavə edib.

QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ TƏKCƏ BİR NƏSLİN DEYİL, GƏLƏCƏK NƏSİLLƏRİN DƏ ARZUSU VƏ HAQQIDIR!
Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, ADPU-nun beynnəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova çıxışında Qərbi Azərbaycana qayıdış ideyasının yalnız siyasi və hüquqi deyil, həm də elmi, təhsil və mədəniyyət müstəvisində dəstəklənməsinin vacibliyindən bəhs edib. O vurğulayıb ki, Qərbi Azərbaycanın tarixi, folkloru, toponimiyası, etnoqrafiyası və mədəni irsi ilə bağlı aparılan tədqiqatlar sistemli şəkildə davam etdirilməli, bu istiqamətdə hazırlanmış elmi əsərlər və araşdırmalar daha geniş auditoriyaya çatdırılmalıdır.

M.Hüseynova xüsusilə gənc nəslin Qərbi Azərbaycan həqiqətləri ilə bağlı maarifləndirilməsinin əhəmiyyətini qeyd edərək, məktəblilər və tələbələr arasında bu mövzuda biliklərin artırılmasının gələcək qayıdış prosesinin mühüm tərkib hissəsi olduğunu bildirib. O, olimpiada və digər intellektual yarışmaların suallarının hazırlanması zamanı Qərbi Azərbaycanın tarixi, coğrafiyası, toponimiyası və mədəni irsinə dair mövzulara daha geniş yer verilməsinin vacibliyini vurğulayıb. Natiq həmçinin Qərbi Azərbaycan araşdırmalarının ali təhsil müəssisələrində genişləndirilməsinin, müvafiq elmi mərkəzlərin yaradılmasının və beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsinin zəruriliyini diqqətə çatdırıb. O qeyd edib ki, xarici ölkələrdə keçirilən konfranslar, simpoziumlar və elmi tədbirlər Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır.

Ardınca çıxış edən Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədr müavini, akademik Vaqif Şadlinski konfransın xüsusi əhəmiyyət daşıdığını bildirərək, bu görüşü qərbi azərbaycanlıların həmrəyliyinin, milli birliyinin və qayıdış əzminin təzahürü kimi qiymətləndirib. O qeyd edib ki, bu gün burada insanların bir araya gəlməsi sadəcə tədbir deyil, həm də tarixi ədalətə inamın, milli həmrəyliyin və qalib xalq ruhunun ifadəsidir.

V.Şadlinski öz ailəsinin və nəslinin deportasiya taleyindən bəhs edərək, Qərbi azərbaycanlıların ötən əsrdə dəfələrlə öz doğma torpaqlarından didərgin salındığını xatırladıb. O vurğulayıb ki, uzun illər ərzində insanların qəlbində yaşayan qayıdış arzusu bu gün artıq yeni mərhələyə qədəm qoyub. Natiq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi tarixi Zəfərin Qərbi Azərbaycana qayıdış ideyasına da yeni nəfəs verdiyini bildirib.

Vaqif Şadlinski qeyd edib ki, Qərbi Azərbaycana qayıdış təkcə bir nəslin deyil, gələcək nəsillərin də arzusu və haqqıdır. O, Azərbaycan xalqının tarix boyu üzləşdiyi çətinliklərə baxmayaraq öz milli kimliyini, tarixi yaddaşını və torpaq sevgisini qoruyub saxladığını vurğulayaraq, qərbi azərbaycanlıların da bir gün öz ata-baba yurdlarına qayıdacaqlarına inamını ifadə edib. Çıxışının sonunda o, bugünkü günü “bərabərlik və qalibiyyət bayramı” kimi dəyərləndirərək, bu birliyin və həmrəyliyin gələcəkdə daha da güclənəcəyinə əminliyini bildirib.

Naxçıvanda, Zəngəzur milli parkında( Batabat) Qərbi Azərbaycana qayıdış adlı festival- konqres keçirildi

ADPU-da elmi-praktiki konfrans keçirilib
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə ali təhsil ocağında elmi-praktiki konfrans keçirilib, “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz”, “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitablarının təqdimatı olub.

Tədbiri giriş sözü ilə professor Mahirə Nağıqızı açıb. O, Əfqan Vəliyevin müəllifi olduğu, Sosial Tədqiqatlar Mərkəzinin nəşr etdirdiyi hər iki kitabın Qərbi Azərbaycanın maddi-mədəni irsinə həsr olunduğunu söyləyib. Professor kitabların dəyərindən danışaraq, onların daha çox oxucu kütləsinə, xüsusi ilə xarici auditoriyaya çatdırılmasının vacibliyini diqqətə çatdırıb.

Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, millət vəkili Zahid Oruc tarixi faktlara əsaslanan kitabların ərsəyə gəlməsində əziyyəti olanlara minnətdarlığını bildirərək, gənclərə bu tədqiqat əsəri ilə yaxından tanış olmağı məsləhət bilib.

Millət vəkili vurğulayıb ki, Vətən müharibəsində Qələbə xalqımızın müqəddəratı üçün tarixi inkişafın yeni mərhələsi zəminində geniş üfüqlər açıb: “Qazanılan qələbə və nailiyyətlər soykökünə bağlılıq və milli özünüdərk, habelə milli dirçəliş və milli intibah tarixşünaslığımızda çoxdan kök salmış böyük bir boşluğu aradan qaldırmağa təsirli təkan verib. Bununla yanaşı, qələbə nəticəsində müqəddəratı kənarda saxlanmadan Qərbi Azərbaycan kimi tarixi məsələnin tədqiq və təbliğ edilməsi, həmçinin də əhalinin tarixi torpaqlara sülh yolu ilə qayıdış ideologiyasının hədəf və strategiyaya çevrilməsi istiqamətində tarixi zərurət yaranıb. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Qarabağdan sonra dövlətimizin yeni milli hədəflərindən olan Qərbi Azərbaycana sülhlə qayıdışa yönəlmək, onun ideoloji-siyasi konseptini və elmi əsaslarını formalaşdırmaq çağırışına cavab olaraq, Sosial Tədqiqatlar Mərkəzi Əfqan Vəliyevin müəllifliyində institusional bir əsər olan 244 abidənin yer aldığı “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz” kitabının I cildini 4 iyul 2022-cil ildə keçirdiyi tədbirlə Azərbaycan ictimaiyyətinə təqdim edib. Sosial Tədqiqatlar Mərkəzi bu istiqamətdəki fəaliyyətini davam etdirərək “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz” elmi tədqiqat əsərinin davamı, II cildi olan 144 maddi-mədəni abidədən ibarət “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” adlı əsəri ərsəyə gətirib”.

Deputat Z.Oruc bildirib ki, bununla Sosial Tədqiqatlar Mərkəzi qısa müddət ərzində ölkə rəhbərinin çağırışın əməl etməyə çalışaraq, I və II cilddə Qərbi Azərbaycana məxsus olan, haqqında bu günə qədər az danışılan və heç tədqiq olunmayan 388 abidəni tədqiq edib, dövlətə təqdim etmə imkanına müvəffəq olub: “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitabının II cildində Tarixi Azərbaycan torpaqlarında azərbaycanlıların maddi-mədəni irsinin dəyərli nümunələri olan 144 müxtəlif mənşəli abidəyə yer verilib. Kitabda 144 abidənin tarixi hərtərəfli araşdırılıb və düzgün elmi təsnifata uyğun onların reyestri verilib. Tədqiqatda bu günə qədər çox az bilinən 144 tarixi abidə haqqında məlumatı ehtiva edən kitabda müxtəlif qrafalarda verilən informasiya xarakterli materiallar konkret və lakonik şəkildə diqqətə çatdırılıb. Burada abidələrin tarixi, təsnifatı, növü, əhəmiyyəti, mövcud vəziyyəti və onlar haqqında qısa məlumat – abidənin təsviri, ölçüləri və tarixi haqqında faktlar öz əksini tapır. Kitabın dəyərini artıran məsələlərdən biri də istifadə edilmiş zəngin ədəbiyyat siyahısıdır. Hər fakt tutarlı istinadlara əsaslanaraq kitabın elmi sanbalını artırır. Abidələr haqqında tarixi və elmi araşdırmaların hələ yetərincə olmadığını nəzərə alsaq, kitab gələcək tədqiqatlara cəlb edilməsi vacib olan məsələlərə yol açmaq kimi təşəbbüs ortaya qoyur”.

Kitabın müəllifi, Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Əfqan Vəliyev Qərbi Azərbaycan tarixinin müasir dövrümüzdə tədqiqinin çox vacib olduğundan söhbət açıb. O qeyd edib ki, XIX əsrin əvvəllərində regionda siyasi maraqları olan böyük dövlətlərin dəstəyi ilə Qarabağ xanlığı ilə Rusiya arasında imzalanan “Kürəkçay” (1805), Rusiya və İran dövlətləri arasında bağlanan “Gülüstan” (1813), “Türkmənçay” (1828), daha sonra Türkiyə və İran arasında bağlanan “Ədirnə” (1829) müqavilələrindən sonra Azərbaycan torpaqlarına ermənilərin kütləvi köçürülməsi siyasəti həyata keçirilib: “Bölgənin erməniləşdiriməsi siyasətini həyata keçirmək məqsədilə İrəvan, Göyçə, Zəngəzur və Zəngibasar bölgəsində yaşayan azərbaycanlıların öz tarixi yurdlarından deportasiyasına və soyqırımına start verilib. 1918-ci il mayın 28-də daşnaklar tərəfindən qədim Azərbaycan ərazisi olan keçmiş İrəvan xanlığı ərazisində dövlət yaradılıb. Zəngəzur qəzasının bir hissəsi Ermənistana verilməklə, Naxçıvan Azərbaycandan ayrı salınıb. Bütün bunlarla yanaşı, 1905-1907, 1918-1920, 1948-1953, 1959-1979, 1987-1991-ci illərdə “monoetnik Ermənistan” dövləti yaratmaq məqsədi ilə həmin ərazilərdən azərbaycanlıların etnik təmizlənməsi siyasəti həyata keçirilib. 1988-1991-ci illərdə baş verən son deportasiya zamanı 22 rayondan (172 sırf azərbaycanlı, 89 ermənilərlə qarışıq yaşayış məntəqələrindən 40.928 ailə) 300.000-dən çox azərbaycanlı ata-baba yurdlarından zorla çıxarılıb. 1987-1991-ci illərdəki deportasiya zamanı azərbaycanlıların tərk etmək məcburiyyətində qaldıqları ərazilərdə 234 məktəb, 214 kitabxana, 268 mədəniyyət müəssisəsi, 235 səhiyyə ocağı, 112 uşaq bağçası, 152 məişət evi ermənilərin əlinə keçib. 1918-ci ildən başlayaraq 223 qəbiristanlıq, 300-dən çox məscid və alban məbədi, minlərlə maddi-mədəniyyət abidəsi ermənilər tərəfindən şüurlu, planlı şəkildə məhv edilib, mənimsənilib, bütün toponimlər erməniləşdirilib”.

Ə.Vəliyev deyib ki, müəllifi olduğu “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitabının II cildində Qərbi Azərbaycandakı maddi mədəniyyət abidələrimizin böyük bir hissəsi haqqında məlumat əldə etmək imkanı yaranır: “Kitabda 144 abidə tədqiq edilərək müvafiq xüsusiyyətlərinə görə təsnifləşdirilib. Burada öz əksini tapan maddi-mədəni abidənin hər birinin adı, tarixi, yerləşmə yeri (əvvəlki toponim/sonrakı toponim), təsnifatı, növü-təyinatı, əhəmiyyəti, mövcud vəziyyəti haqda informasiya əldə etmək və hər abidə haqqında qısa məlumatlarla tanış olmaq mümkündür. Olduqca mühüm tarixi, milli və mənəvi əhəmiyyət kəsb edən tədqiqatın nəticəsi olan bu kitab indiki Ermənistan ərazisindəki azərbaycanlılara məxsus maddi-mədəni irsin məhv edilməsi və yer üzündən silinməsi prosesinin bugünkü – cari vəziyyəti haqqında təsəvvür yaratmağa imkan yaradır və məsələnin nə qədər mühüm əhəmiyyətə malik olduğunu daha əyani şəkildə ictimaiyyətə çatdırır”.

Tədbirin sonunda kitabla bağlı ziyalıların, tələbələrin suallarına ətraflı cavab verilib.