Görkəmli şəxslər - Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi

ZƏRBƏLİ QASIM OĞLU QURBANOV
Amasiya rayon Partiya Komitəsinin birinci katibi, "Sovet Ermənistanı" qəzetinin redaktoru Zərbəli Qurbanov 1932-ci ildə Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur. Naxçıvan Pedaqoji Məktəbini, Kənd Təsərrüfatı İnstitutunu, Ali Partiya Məktəbini bitirmişdir.
Məktəb direktoru, kolxoz sədri, Basarkeçər rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, Amasiya rayon Partiya Komitəsinin birinci katibi, Ermənistan KP MK-nın üzvü, Ermənistan KP MK-nın orqanı olan "Sovet Ermənistanı" qəzetinin baş redaktoru, Ali Sovetin deputatı, Ali Sovet sədrinin müavini olmuşdur. Zərbəli Qurbanov 1981–1985-ci illərdə Amasiya rayon Partiya Komitəsinin birinci katibi, 1985-ci ildən sonra isə "Sovet Ermənistanı"nın redaktoru olmuşdur. 12 iyul 1994-cü ildə Azərbaycan Respublikası Qaçqınlarla və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsində kadrlar üzrə aparıcı müfəttiş vəzifəsinə təyin olunmuşdur.1998-ci ildən ömrünün sonuna kimi Prezident aparatının işlər idarəsində çalışmışdır. 2003-cü ildə Bakı şəhərində vəfat etmişdir.

ƏLİ SULTAN OĞLU MƏMMƏDOV
Azərbaycan-sovet partiya və dövlət xadimi, Amasiya Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri ,Ermənistan Kommunist Partiyası Vedi Rayon Komitəsinin birinci katibi ,Ermənistan SSR Ali Sovetinin III çağırış deputatı Əli Sultan oğlu Məmmədov 1908-ci ildə Zəngəzur qəzasının (sonralar Meğri rayonunun) Maralzəmi kəndində anadan olmuşdur. Erkən yaşlarından əmək fəaliyyətinə başlamış, qonşu kəndlərdə muzdurluq etmiş, eyni zamanda müstəqil şəkildə təhsilini artırmışdır.Əli Məmmədov 1927-ci ildən bir sıra məsul vəzifələrdə işləmişdir. O, Meğri rayonunun Vardanizor kənd sovetinin sədri, Nüvədi kəndində kolxoz sədri, Meğri Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədrinin müavini, Ermənistan Kommunist Partiyası Meğri Rayon Komitəsinin ikinci katibi olmuşdur.1946-cı ildə Əli Məmmədov Ermənistan KP Vedi Rayon Komitəsinin birinci katibi seçilmiş, azərbaycanlıların Ermənistandan deportasiyasına etiraz etməsi ilə əlaqədar olaraq 1950-ci ildə bu vəzifədən azad edilərək Amasiya Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsi sədri vəzifəsinə keçirilmiş, 1952-ci ildə isə oxumağa göndərilməsi adı ilə bu vəzifədən azad edilmişdir.Əli Məmmədov 1955-ci ildə Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında üçillik partiya məktəbini bitirdikdən sonra Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin Sovetlər şöbəsi müdirinin müavini vəzifəsində çalışmışdır.Əli Məmmədov 1931-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının üzvlüyünə qəbul edilmiş, Ermənistan KP Vedi, Meğri, Qukasyan rayon komitələrinin üzvü olmuş, üçüncü çağırış Ermənistan SSR Ali Sovetinə deputat seçilmişdir. Bir sıra medallarla təltif edilmiş, respublika əhəmiyyətli fərdi təqaüdçü olmuşdur.Əli Məmmədov 1973-cü ilin iyul ayında uzun sürən ağır xəstəlikdən sonra vəfat etmişdir.
Azərbaycan ictimai-siyasi xadimi, şair-publisist Hidayət Orucovun dayısıdır.

MƏHƏRRƏM BAĞIR OĞLU BAYRAMOV
Amasiya rayonu Partiya Komitəsinin birinci katibi ,Ermənistan KP MK-nın üzvü, Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin sədr müavini, Ermənistan SSR Ali Sovetinin VIII-X çağırış deputatı ,"Sovet Ermənistanı" qəzetinin baş redaktoru ,Ermənistan SSR əməkdar jurnalisti, Məhərrəm Bağır oğlu Bayramov 13 may 1928-ci ildə İrəvan yaxınlığındakı Uluxanlı (Masis) rayonunun Aşağı Necili (Sayat Nova) kəndində doğulmuşdur. Burada yeddiillik kənd məktəbini bitirdikdən sonra təhsilini İrəvan pedoqoji məktəbində davam etdirmiş və doğulduğu kənddə bir il müəllim işləmişdir. O, 1947-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunmuş, 1952-ci ildə buranı bitirdikdən sonra Azərbaycan LKGİ MK-da təlimatçı kimi fəaliyyət göstərmişdir. İki il Bakıda işlədikdən sonra 1954-cü ildə İrəvana qayıtmış və burada Ermənistan LKGİ MK-da təlimatçı işləmişdir. O, 1955-ci ildə Ermənistan KP MK təlimçisi vəzifəsinə yüksəlir.Məhərrəm Bayramov 1964–1966-cı illərdə Ararat (Vedi) rayon Partiya Komitəsinin katibi, 1966–1969-cu illərdə "Sovet Ermənistanı" qəzetinin redaktor müavini vəzifəsində işləmişdir. O, 1969-cu ildən 1974-cü ilə qədər Amasiya rayon Partiya Komitəsinin birinci katibi, 1974-cü ildən ömrünün sonuna qədər "Sovet Ermənistanı" qəzetinin baş redaktoru olmuşdur. Məhərrəm Bayramov bu illərdə həm də Ermənistan SSR Ali Sovetinin deputatı və Rəyasət heyətinin müavini olmuşdur.O, "Ermənistan SSR əməkdar jurnalisti" fəxri adı, "Şərəf nişanı" ordeni və digər medallarla təltif olunmuşdur.
O, həm də yazıçı və dramaturq idi. İlk kitabı "Fırtınadan sonra" 1964-cü ildə İrəvanın "Haypethrat" nəşriyyatı tərəfindən nəşr edilmiş, "əziz və mehriban anası Fatmaya" ithaf etmişdir. Kitaba "Peşmançılıq", "Pir kömək eləmədi", "Molla Qədirin toru", "Məni bağışla", "Carulla" və sair hekayələri, "Qeybulla" kiçik pyesi daxil edilmişdi.
Məhərrəm Bayramov təcrübəli jurnalist və filoloq idi. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmiş M. Bayramov 1969-cu ildə Bakıda "Şirvanzadə və Azərbaycan" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, filologiya elmləri namizədi olmuşdur. O, erməni-Azərbaycan ədəbi əlaqələri haqqında bir sıra kitab və məqalələrin müəllifi olmuşdur. Əkbər Yerevanlı ilə yanaşı Ermənistan SSR-ində yaşayıb yaratmış Azərbaycan yazıçı və şairlərinin əsərlərinin nəşr edildiyi "Ədəbi Ermənistan" məcmüəsinin tərtibçilərindən olmuşdur.
Məhərrəm Bayramov 6 yanvar 1981-ci ildə həlak olmuşdur.İstintaq nəticəsində onun özünü güllələyərək intihar etməsi bildirilsə də, mətbuatda ölüm səbəbi qeyd edilməmişdir. Buna baxmayaraq, hadisə yerinə gəlmiş şəxslər Məhərrəm Bayramovun intihar etmədiyini, evinə gedərkən arxadan gələn yük maşınından güllələnərək qətlə yetirildiyini qeyd etmişlər. M. Bayramovun dəfni təşkil etmək üçün İsrafil Məmmədov də daxil olmaqla xüsusi komissiya yaradılmış və o, Ağadədə qəbiristanlığında dəfn edilmişdir.
Əsərləri:
Fırtınadan sonra. Yerevan: Haypethrat,1964;
Məslək dostları. C. Məmmədquluzadə və A. Şirvanzadə (C. Məmmədquluzadənin anadan olmasının 100 illiyi münasibətilə). Yerevan: Ermənistan SSR "Bilik" Cəmiyyəti, 1966;
Aleksandr Şirvanzadə və Azərbaycan. Yerevan: Hayastan, 1971.

CAHANGİR HƏSƏNALI OĞLU ƏLİYEV
Amasiya rayon Partiya Komitəsinin I katibi , "Sovet Ermənistanı" qəzetinin baş redaktoru ,Ermənistan Ali Soveti Rəyasət Heyətinin sədr müavini ,Ermənistan KP MK-nın üzvü ,Ermənistan SSR Ali Sovetinin IX-X çağırış deputatı olmuş Cahangir Əliyev 1931-ci il mayın 5-də Qərbi Azərbaycanın keçmiş Ağbaba mahalında, Amasiya rayonunun Düzkənd kəndində anadan olmuşdur. Azərbaycan Pedaqoji İnstitutunu bitirdikdən sonra əmək fəaliyyətinə Düzkənd məktəbində müəllim kimi başlamışdır. O, 1952–1954-cü illərdə rayon komsomol komitəsinin ikinci, sonra isə birinci katibi işləmişdir.
1956–1962-ci illərdə Amasiya rayonunda çıxan "Kolxozçu tribunası" qəzetinin redaktoru vəzifəsinə irəli çəkilmiş, rayon partiya komitəsinin büro üzvü seçilmişdir.
1962–1964-cü illərdə Bakı Ali Partiya Məktəbində oxuyub ali siyasi təhsil aldıqdan sonra rayonlararası "Şirak" qəzetinin redaktor müavini, daha sonra Amasiya Rayon Partiya Komitəsində təbliğat–təşviqat şöbəsinin müdiri vəzifəsində işləmişdir.
1965-ci ildə Amasiya Rayon Soveti İcraiyyə Komitəsinin sədri təyin olunmuşdur. Dörd il bu vəzifədə işlədikdən sonra onu Ermənistan KP MK-nın təbliğat və təşviqat şöbəsinə məsul işə irəli çəkmişlər.
1974-cü ilin dekabrında Cahangir Əliyev Amasiya Rayon Partiya Komitəsinin birinci katibi seçilmişdir. Səkkiz ilə yaxın həmin vəzifədə çalışdığı dövrdə o, əhalisinin 85 faizdən çoxunu azərbaycanlıların təşkil etdiyi bu ucqar dağlıq rayonda iqtisadiyyatın inkişafı, mədəni-quruculuq işlərinin genişlənməsi, yeni-yeni təhsil ocaqlarının tikilməsi, əhaliyə səhiyyə xidmətinin yaxşılaşdırılması istiqamətində çox böyük işlər görmüşdür. C.Əliyevin təşəbbüskarlığı, təşkilatçılıq qabiliyyəti, idarəetmə bacarığı əhali və respublika rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir. O, IX–X çağırış (1975–1985-ci illər) respublika Ali Sovetinə deputat seçilmiş, Ermənistan Ali Soveti Rəyasət Heyəti sədrinin müavini (1982–85-ci illər), respublika KP MK üzvü olmuşdur.
1981-ci ildə C.Əliyev Ermənistan KP MK, Ali Soveti Rəyasət Heyəti və Nazirlər Sovetinin orqanı olan "Sovet Ermənistanı" qəzetinin baş redaktoru təyin edilmişdir. Ermənistanda Azərbaycan dilində respublika səviyyəsində nəşr olunan bu yeganə qəzet Cahangir müəllimin redaktorluğu dövründə daha məzmunlu və oxunaqlı olmuş, həm peşəkarlıq, həm də milli varlığımızın ən önəmli məsələlərini gündəmə gətirməsi ilə oxucu auditoriyasını genişləndirmişdir.1984-cü ilin dekabrına qədər bu vəzifədə çalışmışdır.
Cahangir müəllimin ömrünün son 25 ili doğma Azərbaycanla, xalqımızın tarixinin çox məsuliyyətli, sevincli – kədərli günləri ilə bağlı olmuşdur.
1985-ci ildən Bakıya köçən C.Əliyev əvvəlcə Azərbaycan KP MK aparatında, mətbuat bölməsində işləmiş, 1991-ci ildən isə Xalq qəzetində çalışmışdır.
21 iyul 2005-ci ildə "Tərəqqi " medalı ilə təltif olunmuşdur.
Cahangir Əliyev 2010- cu ildə ömrünün 78 yaşında Bakı şəhərində vəfat etmişdir.

SABİR ƏKBƏR OĞLU RİZAYEV
Dramaturq, ssenarist,sənətşünas, teatr və kino tənqidçisi,Ermənistan SSR əməkdar incəsənət xadimi Sabir Əkbər oğlu Rizayev 17 aprel 1924-cü ildə İrəvan şəhərində ziyalı ailəsində anadan olmuşdur. İrəvandakı Puşkin adına yeddiillik məktəbi bitirmişdir. Atası Əkbər Rizayev həmin vaxt Moskvada "İnostrannaya literatura" ("Xarici ədəbiyyat") jurnalının redaksiyasında "Türk ədəbiyyatı" şöbəsinin müdiri işləyirdi. Sabir orta məktəbi Moskvada bitirmiş, 1942-ci ildə könüllü olaraq müharibəyə getmişdir. İkinci Dünya müharibəsi qurtardıqdan sonra İrəvana qayıtmış və "Kommunist" qəzetində işləmişdir. 1948-ci ildən teatr tamaşaları və filmlər haqqında tənqidi məqalələri mətbuatda dərc olunmağa başlamışdır. Sabir Rizayev 1951-ci ildə İrəvan Teatr İnstitutunu bitirmişdir. O, 1954-cü ildə Leninqradda (Sankt-Peterburq) Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun aspiranturasını fərqlənmə diplomu ilə bitirdikdən sonra "Armenfilm" kinostudiyasında ssenari şöbəsinə rəhbərlik etmiş, Ermənistan Dövlət Kinematoqrafiya Komitəsində baş redaktor işləmişdir. 1965-ci ildən ömrünün sonunadək Ermənistan SSR Elmlər Akademiyasının İncəsənət İnstitutunun direktor müavini və Ermənistan Kinematoqrafçılar İttifaqının idarə heyətinin katibi vəzifəsində işləmişdir. Onun səyi nəticəsində İncəsənət İnstitutunda Kino şöbəsi yaradılmış, bir sıra monoqrafiyalar yazılmışdı.
Sabir Rizayevin ömrünü teatra, incəsənətə bağlamasında onun valideynlərinin müstəsna xidmətləri olmuşdu. Onun atası Əkbər Rizayev hələ İrəvan gimnaziyasında oxuyarkən "Könülsüz nikah" adlı komediyanı yazmış və həmin əsər İrəvan teatr həvəskarları tərəfindən tamaşaya qoyulmuşdu. Daha sonralar Əkbər Rizayev Ermənistan komsomolunun Mərkəzi Komitəsində və Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsində məsul vəzifələrdə işlədiyi vaxtlarda İrəvan teatrını yaşatmaq üçün tamaşalarda rollar ifa etmişdir. Anası Firəngiz Rizayeva İrəvanda səhnəyə çıxan ilk ziyalı azərbaycanlı qadınlardan olmuşdur.
Sabir Rizayev 1975-ci ildə "Ermənistan SSR Əməkdar incəsənət xadimi" adına layiq görülmüşdür. Müasir erməni sənətşünasları Sabir Rizayevi erməni kinoşünaslığının banisi adlandırırlar. O, bir sıra filmlərin ssenari müəllifi olmuşdur. Sabir Rizayevin qələmindən çıxan "Erməni bədii kinematoqrafiyası" (1963), "Hraciya Nersesyan" (1968), "Vardan Əcəmyan" (1978) monoqrafiyaları sənətşünasların stolüstü kitablarına çevrilmişdir. Erməni dilini mükəmməl bilən Sabir Rizayev əsərlərini əksəriyyətini rus dilində yazmışdır.
Onun müəllifi olduğu İrəvan Azərbaycan Dram Teatrı haqqında ilk tədqiqat əsəri 1963-cü ildə Bakıda rus dilində "Ermənistanda Azərbaycan teatrı" ("Азербайджанский театр в Армении") adı altında çap olunmuşdur. İrəvandakı Azərbaycan teatrının banisi Yunis Nuri haqqında Sabir Rizayevlə aktyorun oğlu Əkbər Yerevanlının birgə yazdıqları 165 səhifəlik illüstrasiyalı "Yunis Nuri" kitabı 1982-ci ildə Ermənistan Teatr Cəmiyyəti tərəfindən İrəvanda azərbaycanca çap olunmuşdur.
Sabir Rizayev yaradıclılğının çiçəkləndiyi bir vaxtda həyatla vidalaşmışdır. O, 20 dekabr 1978-ci ildə İrəvanda keçirilən konfrans zamanı məruzə edərkən infarkt keçirmiş və məruzəsini tamamlaya bilməyərək gözlərini əbədi yummuşdur. Sabir Rizayev böyük izdihamla İrəvan şəhər qəbiristanlığında dəfn edilmişdir.
Ümumiyyətlə, Sabir Rizayevin müəllifliyi və tərtibçiliyi ilə 30 kitabı çap olunmuşdur. Onlardan 15-i rusca, 14-ü ermənicə, 1-i isə azərbaycanca çap olunmuşdur. Sabir Rizayevin yazdığı əsərlər bu gün də öz aktuallığını saxlamasının göstəricisidir ki, onun rus dilində yazdığı məqalələrinin bir qismi toplanaraq 2009-cu ildə İrəvanda "Teatr və kino haqqında seçilmiş işləri" ("Избранные работы о театре и кино") adı ilə 280 səhifə həcmində nəfis şəkildə çap edilmişdir.
Ermənicə:
Մաքսիմ Գորկու դրամատուրգիան հայ բեմում (Maksim Qorkinin dramaturgiyası erməni səhnəsində). Yerevan: Ermənistan SSR EA Nəşriyyatı. 1956;
Լենինի կերպարը հայ բեմում (Erməni səhnəsində Lenin obrazı). Yerevan: Ermənistan Teatr Cəmiyyəti, 1957 (tərtib edənlər: Levon Xalatyan, Sabir Rizayev);
Արշակ Բուրջալյան. Հոդվածներ, նամակներ, ժամանակակիցները նրա մասին (Arşak Burcalyan. Məqalələr, məktublar, müasirləri onun haqqında). Yerevan: Ermənistan SSR EA Nəşriyyatı, Ermənistan Teatr Cəmiyyəti. 1959;
Թատրոնը ժողովրդին (Xalq üçün teatr). Yerevan: Ermənistan Teatr Cəmiyyəti. 1960 (həmmüəllif);
Վավիկ Վարդանյան (Vavik Vartanyan). Yerevan: Ermənistan Teatr Cəmiyyəti, 1962;
Հրաչյա Ղափլանյան (Hraciya Kaplanyan). Yerevan: Ermənistan Teatr Cəmiyyəti, 1969;
Վարդան Աճեմյան (Vardan Əcəmyan). Yerevan: Ermənistan Teatr Cəmiyyəti, 1972;
Սոկրատ Աքմաքչյան (Sokrat Akmakçyan). Yerevan: Ermənistan Teatr Cəmiyyəti, 1973;
Բեմական խոսքի պոետիկան (Səhnə nitqinin poetikası). Yerevan: Ermənistan SSR EA Nəşriyyatı. 1973 (həmmüəllif);
Պատեր անդունդի եզրին. Դրամատիկական երկեր (Uçurumun kənarında divarlar. Dramatik əsərlər). Yerevan: Hayastan, 1974 (həmmüəllif);
Անդրկովկասի ժողովուրդների արվեստների փոխհարստացումը: Թատրոն. կինո (Zaqafqaziya xalqlarının incəsənətinin qarşılıqlı zənginləşməsi: Teatr, kino). Yerevan: Ermənistan SSR EA Nəşriyyatı. 1976;
Թատրոն (Teatr). Yerevan: Hayastan, 1976;
Թատերայնություն (Teatrallıq). Yerevan: Ermənistan Teatr Cəmiyyəti, 1978;
Իսահակ Ալիխանյան (İsaak Alixanyan). Yerevan: Ermənistan Teatr Cəmiyyəti, 1978 (tərtib edəni);
Սաբիր Ռիզաև. Ժողովածու. (Sabir Rizayev. Toplu). Yerevan: Hayastan, 1981 (tərtib edəni: Qaregin Zakoyan).
Rusca:
Армянский государственный драматический театр имени Габриела Сундукяна. Очерк. Ереван: [б. и.], 1956;
Ленинаканский государственный драматический театр им. А. Мравяна. Ереван: [б. и.], 1956. [Соавтор];
Драматургия М. Горького на армянской сцене. Ереван: Айпетрат, 1956;
Армянская художественная кинематография. Ереван: Изд-во АН Арм. ССР, 1963;
Азербайджанский театр в Армении. Баку: Азербайджанское театральное о-во, 1963;
Со Станиславским. Ереван: Армгосиздат, 1964;
Страницы дружбы. Баку: Азернешр, 1964;
Театры советской Армении. Справочник. Ереван: Айпетрат, 1965;
Режиссура в армянском театре. Ереван: Изд-во АН Арм. ССР, 1968;
Рачья Нерсесян. Москва: Искусство, 1968;
Взаимосвязи искусств народов Закавказья. Ереван: Изд-во Ерев. ун-та, 1972;
Василий Вартанян. Ереван: Арм. театр. о-во, 1976
Вардан Аджемян. Москва: Искусство, 1978;
Деятели армянского театра о Максиме Горьком. Ереван: Арм. театр. о-во, 1980;
Юнус Нури. Ереван: Арм. театр. о-во, 1982. [Соавтор]
Избранные работы о театре и кино. Ереван: ACNALIS, 2009.
Azərbaycanca:
Yunis Nuri. Yerevan: Ermənistan Teatr Cəmiyyəti, 1980 (həmmüəllif)

ABBAS ABBASƏLİ OĞLU ÇAYXORSKİ
Kimya Elmləri Doktoru, professor, SSRİ nüvə reaktorlarının qəbulu üzrə Dövlət Komissiyasının sədri, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri doktoru, SSRİ Dövlət Mükafatı laureatı, neptunium elementinin kimyası sahəsində dünya şöhrətli tədqiqatçı Abbas Çayxorski 1917-ci il yanvarın 21-də indiki Ermənistanın ərazisində mövcud olmuş İrəvan quberniyasının, Yeni Bəyazid qəzasında, Çaxırlı kəndində, Abbasəli bəyin ailəsində anadan olmuşdur. 1918-ci ildə Azərbaycanlıların Ermənistandan deportasiyası zamanı onun ailəsi müxtəlif vaxtlarda Ağdam, Göyçay və Ağdaş rayonlarında məskunlaşır. Onun uşaqlıq və yeniyetməlik illəri Ağdaşda keçir, o, burada orta məktəbi bitirir, sonra isə Bakıda texnikuma daxil olur. Çayxorskinin atası Abbasəli 1920-ci illərin ortalarında həbs olunmuş və məlumatlara görə, 1930-cu illərdə sürgündə vəfat etmişdir. Abbas Çayxorski ali təhsilini 1939-cu ildən başlayaraq Bakı Dövlət Universitetinin kimya fakültəsində almışdır. Çar Rusiyası dövründə zadəganlar özlərinə doğulduğu yerlə səsləşən soyad götürürdülər. Abbas Çayxorskinin hazırda ABŞ-də yaşayan oğlu Aleksandr müsahibələrindən birində söyləyir:"Bizim ulu babamız olduqca inanclı adam idi. Buna görə də “Çaxırlinski” soyadını götürə bilməzdi. Məhz bu səbəbdən “Çayxorlu” soyadını seçir. Babam Birinci Dünya Müharibəsində Polşaya sürgün edilib. Çayxorski soyadını da polyaklar ona vermişdi".Abbas Çayxorski Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq universitetdə təhsilini yarımçıq qoyaraq cəbhəyə yollanmışdır.

O, iki ay Bakı artilleriya məktəbində təhsil almış, 1941-ci ilin avqustundan Cənub, Qafqaz, Krım və Şimali Qafqaz cəbhələrində vuruşmuşdur. Çayxorski 1942-ci ilin avqustunda yaralanaraq hospitala aparılır. Sağaldıqdan sonra baş serjant rütbəsində ön cəbhəyə qayıdan Çayxorski, 48-ci atıcı alayında telefon rabitəsi bölməsinə başçılıq etmiş, 1945-ci ilin yanvarında Kaliningrad istiqamətində gedən döyüşlərdə ikinci dəfə yaralanmışdır. O, həmin ilin fevralında göstərdiyi qəhrəmanlığa görə 3-cü dərəcəli Şöhrət Ordeni ilə təltif olunmuşdur.

Abbas Çayxorski 1945-ci ilin 21 aprelində Pillau (indiki Baltiysk, Kalininqrad vilayəti) şəhəri uğrunda gedən döyüşlərdə yenidən fərqlənərək iyunda Qızıl Ulduz medalına layiq görülür.Müharibədən sonra Bakıya dönən Çayxorski universitetdə təhsilini davam etdirməyə başlayır və tezliklə onu təhsil əlaçısı kimi SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə Leninqrad Universitetinin kimya fakültəsinin 4-cü kursuna, yenicə açılmış radiokimya bölməsinə keçirirlər. Bu barədə Çayxorski 2004-cü ildə Bakıda verdiyi müsahibədə deyir:"Ölkədə radiokimya kafedrası LDU-da 1945-ci ilin sonunda, "Xirosima"dan bir neçə ay sonra açıldı. Öz atom bombasını yaratmaq üçün təkcə sovet elminin bütün gücü atılmamışdı. Bütün dövlət demək daha doğru olar. Təbiidir ki, yeni peşənin mütəxəssisləri lazım idi və yeni bölməyə SSRİ-nin bütün aparıcı ali məktəblərindən ən yaxşı tələbələri seçirdilər. O, 1947-ci ildə Çelyabinskdə təşkil olunmuş Atom mərkəzinə işləməyə göndərilir və burada İqor Kurçatovla birlikdə fəaliyyət göstərməyə başlayır. Abbas Çayxorski tələbə yoldaşı Yevgeniya Romanova (Çayxorskaya) ilə ailə qurur və 1953-cü ildə Çelyabinskdə onların övladı Aleksandr dünyaya gəlir."Çelyabinsk — 40" (indiki Ozersk şəhəri) adlanan ərazidə çalışan Kurçatov uran reaktoru üzərində İşləyirdi. Bütün SSRİ-dən ən savadlı gənc kimyaçılar məhz buraya göndərilirdi və Çayxorski də də onlardan biri idi. Kurçatovun apardığı tədqiqatlar zamanı ortaya yeni bir zərurət çıxır və o, xüsusi vakuum qurğusunun yaradılması ilə bağlı birbaşa Moskvaya məlumat verir. Moskvadan verilən məlumatda bu qurğunun ən azı bir ilə yaradıla biləcəyi deyilir. Kurçatov isə tədqiqatlara ara

vermək istəmir və alternativ yollar axtarmağa başlayır

və qərara gəlir ki, yanında çalışan gənc kimyaçılara bu

məsələdən danışsın. Gəncləri topyalayan Kurçatov iclasda onlara bu qurğunun qısa müddətdə hazırlanmasının vacib olduğunu bildirir. Abbas Çayxorski Kurçatova bu işi görə biləcəyini bildirir. İ.

Kurçatov onun cəsarətinə ciddi yanaşmasa da, "yox" demir və zaman verir. Cəmi bir ay müddətində Abbas vakuum qurğusunun layihəsini Kurçatova təqdim edir.

Məhz bu hadisədən sonra sovet kimya elmində Çayxorskinin adı kimyaçılar arasında tanınmağa başlamışdır.

1969-cu ildə Abbas Çayxorski atom enerjisindən dinc məqsədlərlə istifadə üzrə SSRİ Dövlət Komissiyasının rəhbəri təyin olunur və bu vəzifədə SSRİ-nin süqutuna qədər - 22 il qalır.Onun nəzəri elmi tədqiqatları SSRİ- də yüksək qiymətləndirilir. Abbas Çayxorski neptunium elementinin kimyası sahəsində dünya şöhrətli tədqiqatçı olmuş, onun 1970-ci ildə hazırladığı və Mendeleyev cədvəlinin modifikasiyası olan elementlərin dövri sistemi cədvəli iki il sonra SSRİ-də radiokimya sahəsində müəllimlərin ixtisasartırma kurslarının tədris proqramına salınmışdı.Çayxorski 1978-ci ildə dünyada neptunium kimyası üzrə yeganə əsar olan "Neptun kimyası" monoqrafiyasını çap etdirir.1973-cü ildə isə Çayxorski olduqca ağır bir problemlə üzləşir: oğlu Aleksandr təhsil aldığı Leninqrad Universitetindən qovulur. Aleksandrın müsahibəsinə görə bunun səbəb onun SSRİ-ni tərk edib xaricə mühacirət etmək istəyi olmuşdur. Bu dövrdə universitetin rektoru Abbas Çayxorskinin yaxın dostu olsa da, onun nəinki Aleksandrın oradan qovulmasından, hətta, həmin universitetdə tələbə olmasından belə xəbəri olmayıb.

Bir sözlə, "tanışlıq", "tapşırma" kimi imtiyazlar Abbas Çayxorskiyə (və yalnız ona yox) tamamilə yad olmuşdur.

Ali məktəbdən qovulan Aleksandr orduda xidmətə yollanır və hərbi xidmətini başa vurduqdan sonra iki il neft mədənlərində, Bakı Şin zavodunda və başqa yerlərdə baş verən yanğınların söndürülməsində iştirak edir və işinin öhdəsindən uğurla gəldiyinə görə hərbi xidmətdən sonra yenidən universitetə qəbul olunur.

Aleksandr 1981-ci ildə Azərbaycana bir daha qayıdır bu dəfə geoloq kimi Qarabağda və Salyanda ekspedisiyalarda çalışır. Nəhayət, 1987-ci ildə Aleksandr SSRİ-dən qaça bilir. O, İsveç vətəndaşı olan bir qadınla nikaha girir və Stokholmda yaşamağa başlayır. Aleksandr iki ildən sonra Stokholmdan ABŞ-yə köçür.

Çayxorski 1997-ci ildə 80 yaşında yeganə oğlunun yanına, ABŞ-yə gedərək yaşadığı Rusiya xüsusi orqanları tərəfindən səhv anlaşılır. Rusiyanın hökumət orqanları onu bütün titullardan məhrum edir və atom kimyası sahəsində tədqiqatlar aparmayacağı haqqında ondan yazılı iltizam alır. O, ABŞ-də da elmi fəaliyyətini davam etdirir, molekulyar biologiya ilə məşğul olur.

Ömrünün son illərində Abbas Çayxorski dəfələrlə Bakıya gəlmiş, 26 yanvar 2004-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti tərəfindən akademiyanın fəxri doktoru seçilmiş və məqalələri Akademiyanın mətbu orqanında dərc olunmuşdur.

Abbas Çayxorski 91 yaşında – 30 noyabr 2008-ci ildə, ABŞ-nin Nevada ştatının Rino şəhərində vəfat etmişdir. 2009-cu ildə 28 illik fasilədən sonra Azərbaycana gələn Aleksandr Çayxorski özü ilə Bakıya həm də atasının külü olan urnanı gətirir və onun külü öz istəyinə uyğun olaraq Bakıdakı köhnə qəbiristanlıqların birində basdırılır.

Abbas Çayxorskinin atom sənayesinin baş rəhbəri akademik Kurçatovun rəhbərliyi altında atom sənayesində uran-qrafit nüvə reaktorunun sənaye təhlükəsizliyi üzrə gördüyü işlər:

Uran reaktorunda qrafitin temperaturundan, üfürülən qazda oksigenin miqdarından və üfürülən qazın sürətindən asılı olaraq yaranması;

İndustrial nüvə qrafitinin gücdən şüalanma prosesində zamandan və nüvə reaktiv şüalanmadan asılı olaraq dağılma dərəcəsini tədqiq etmək.

SSRİ-də təhlükəsiz sənaye uran-qrafit reaktorunun yaradılması problemi üzrə Dövlət layihəsinin yaradılması üzrə baş rəhbər kimi fəaliyyəti.

Plutonium istehsal edən nüvə reaktorunda qrafitin yanması və fiziki dağılmasının analitik təyini üsullarını b) şüalanma enerjisinin gücü və qüvvəsindən asılı

işləyib hazırlamışdır: a) şüalanma vaxtından asılı olaraq;

olaraq. Plutonium istehsalının radioaktiv tullantılarından və

şüalanmış neptunium -237-dən neptunium -237-nin və plutonium -238-in ayrılması və təmizlənməsi üzrə texnaloji proseslərin işlənib hazırlanması,

"Neptunium-237-nin ayrılması üzrə texnoloji proseslərin və istehsalatda neptunium və plutoniumun analizi üsullarının təkmilləşdirilməsi.

ƏLİ ƏLƏSGƏR OĞLU HƏSƏNOV
Jurnalist, partiya və dövlət işçisi, Sov. İKP üzvü (1943), Krasnoselo Rayon Partiya Komitəsinin birinci katibi (1960–1969), Ermənistan SSR Ali Sovetinin VI və VII çağırış deputatı Əli Həsənov 1920-ci ildə Ermənistan SSR Göyçə mahalının Martuni rayonunun (Aşağı Qaranlıq rayonu) Mədinə kəndində anadan olmuşdur. 1940-cı ildən Qarabağlar rayonunda pedaqoji fəaliyyətə başlamış, Böyük Vətən müharibəsinin ilk illərində Sovet Ordusu sıralarında xidmət etmiş, ordudan qayıtdıqdan sonra Qarabağlar rayonu Sovetinin İcraiyyə Komitəsində, rayon partiya komitəsində məsul vəzifələrdə çalışmış, rayon qəzetinin redaktoru, rayon partiya komitəsi təbliğat və təşviqat şöbəsinin müdiri olmuşdur.

1949-cu ildən Əli Həsənov İrəvan şəhərinə gəlmiş, 1960-cı ilədək "Sovet Ermənistanı" qəzeti redaksiyasında əvvəlcə partiya həyatı şöbəsinin müdiri, sonra redaktor müavini vəzifəsində işləmişdir. 1960-cı ildə rəhbər partiya işinə irəli çəkilərək Ermənistan KP Krasnoselo rayon Komitəsinin birinci katibi seçilmişdir. 1969-cu ilədək bu vəzifədə çalışmışdır.

1969-1971-ci illərdə o Ermənistan KP MK kənd təsərrüfatı şöbəsi müdirinin müavini vəzifəsində İşləmişdir. 1961-ci ildən 1966-cı ilədək Əli Həsənov Ermənistan KP MK üzvlüyünə namizəd, VI və VII çağırış Ermənistan SSR Ali Sovetinin deputatı, 1967–1970-ci illərdə isə Ermənistan SSR Ali Soveti sədrinin müavini seçilmişdir.

Sonralar Əli Həsənov Azərbaycan SSR-ə köçmüş və omrünün sonunadək burada rəhbər vəzifələrdə çalışmışdır.

Əli Həsənov 1971-ci ildən Azərbaycan SSR Xalq Nəzarəti Komitəsi Şöbəsinin müdir müavini işlədiyi dövrdə 1977-ci ildə vəfat etmişdir.

MİRƏLİ MİRƏLƏKBƏR OĞLU SEYİDOV
Mirəli Mirələkbər oğlu Seyidov (5 may 1918, İrəvan – 26 aprel 1992, Bakı) — Azərbaycan mifoloq-türkoloqu, ədəbiyyatşünas, tənqidçi, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1976), filologiya elmləri doktoru (1968), professor (1979), Azərbaycan SSR Əməkdar elm xadimi (1982), Azərbaycan Milli Yaradıcılıq Akademiyasının müxbir üzvü Mirəli Mirələkbər oğlu Seyidov 5 may 1918-ci ildə Qərbi Azərbaycanın İrəvan şəhərində bəy ailəsində anadan olmuşdur. Burada ibtidai məktəbi, Bakıda S. Ağamahoğlu adına hidromeliorasiya texnikumunu bitirmişdir (1938). Ermənistan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsində təhsil almışdır (1938–1944). Eyni zamanda Ermənistan Dövlət Universitetinin Şərq şöbəsində oxumuşdur (1941–1945). Həmin illər "Sovet Ermənistanı" qəzeti redaksiyasında korrektor, ədəbi işçi, gənclər şöbəsinin müdiri, məsul katibin müavini vəzifələrində işləmiş, mətbuat müvəkkili olmuşdur. Azərbaycan SSR EA-nın Nizami adına Ədəbiyyat Muzeyinin orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri (1945–1953), Nizami adına Dil və Ədəbiyyat İnstitutunda orta əsrlər şöbəsində baş elmi işçi (1953–1960), ədəbi əlaqələr şöbəsində baş elmi işçi (1960–1967), şöbə müdiri (1967–1980), Azərbaycan mifologiyası və orta əsrlər folkloru şöbəsinin müdiri (1980–1988), institutun xalq yaradıcılığı şöbəsində aparıcı elmi işçi işləmişdir (1987-ci ildən). 1982-ci ildə Türkiyədə keçirilən 4-cü türkoloji konqresdə Sovet nümayəndə heyətinin tərkibində olmuş, "Azərbaycan mərasimlərində teatr ünsürləri (Yuğ mərasiminə əsasən)" mövzusunda məruzə etmişdir.

Ədəbi fəaliyyətə 1941-ci ildə "Sovet Ermənistanı" qəzetində çap etdirdiyi rəy və oçerklərlə başlamışdır. Həmin dövrdən mətbuatda vaxtaşırı çıxış etmişdir. 1952-ci ildə "Sayat Novanın yaradıcılığı" mövzusunda namizədlik[1], 1967-ci ildə "Azərbaycan-erməni ədəbi əlaqələri (ən qədim dövrdən XVIII əsrin sonunadək)" mövzusunda doktorluq dissertasiyasını[2][3][4] müdafiə etmişdir. "Azərbaycan mifologiyası Azərbaycan xalqının mənşəyini öyrənməkdə bir mənbə kimi" mövzusunda tədqiqat üzərində çalışırdı. Ümumittifaq türkoloji müşavirə və konfranslarda iştirak etmişdir.

1992-ci il aprelin 26-da Bakıda vəfat etmiş, II Fəxri xiyabanda dəfn olunmuşdur.

Həsən Küskün
Həsən Küskün (Həsən Həmid oğlu Hüseynov) 1927-ci ildə Qərbi Azərbaycanın Zəngibasar rayonunun Rəhimabad kəndində anadan olub. El şairi Həsən Küskün İ.Stalinin qərarı ilə1948-53 cü ildə ailəsi ilə birlikdə Ermənistandan deportasiya edilərək Ağcabədiyə pənah gətirmişdir.
Həsən Küskün Ermənistanda Dil və Ədəbiyyat Texnikumunu, 1952-ci ildə Bakıda Mühasibat Uçotu Texnikumunu, 1974-cü ildə isə Moskva Kooperativ İnstitutunu bitirib.
O, burada yaşayıb, fəaliyyət göstərib və şeir yaradıcılığı ilə məşğul olub. Mətbuatda şeirləri dərc olunmasa da, onun əsərləri ağızlarda dolaşan, dillər əzbəri olan qələm sahibi kimi bölgə əhalisi arasında sayılıb-seçilib və geniş şöhrət qazanıb. Necə deyərlər, Həsən Küskün sözün həqiqi mənasında xalqın şairinə çevrilib.
Həsən Küskün Ağcabədidə müxtəlif vəzifələrdə, əsasən uzun illər ticarət idarəsində mühasib və müfəttiş işləyib. İşlədiyi sahə ticarət olsa da, o, lap gəncliyindən ədəbiyyata bağlı olub. Yüksək istedadı sayəsində şeirləri el arasında yayılıb, dillər əzbəri olub və xanəndələrin ifasında səslənib.
Şeirlərinin çoxunda satirik ruh üstünlük təşkil edir. Sağlığında kitabı çap olunmayıb. Ölümündən sonra şeirləri qızı Gülşən Hüseynova və tarix üzrə fəlsəfə doktoru Əlizadə Nəcəfov tərəfindən toplanaraq çap etdirilib. Həmçinin şair-alim Ənvər Əhmədin Həsən Küskünün poeziyası haqqında kitabı nəşr olunub.
Həsən Küskün 1987-ci ildə Ağcabədi şəhərində vəfat edib. “Bəxtəvərsən, könlüm”, “Həsən Küskün köç eylədi dünyadan” kitablarının müəllifidir.

HÜSEYN MUSTAFA OĞLU ƏHMƏDOV
Hüseyn Mustafa oğlu Əhmədov 17 iyul 1926-cı ildə Ermənistan SSR-in Dilican qəzasının Toxluca kəndində rəncbər ailəsində anadan olmuşdur. Uşaq yaşlarından müharibənin törətdiyi aclıq və səfalət illərində öz üzərində əzmkarlıqla çalışan və müəllimliyə böyük həvəs göstərən Hüseynə IX sinfi bitirdikdən sonra oxuduğu məktəbin ibtidai siniflərində dərs demək tapşırılır. Bu İkinci dünya müharibəsinin ən qızğın vaxtları idi. Atası Mustafa kişi müharibənin ilk vaxtlarında dünyasını dəyişmişdi. Üç il ərzində praktik yolla ilkin müəllimlik təcrübəsi toplamış Hüseyn Gəncə şəhərindəki (o vaxtkı Kirovabad) K.Setkin adına Pedaqoji Texnikumun III kursuna daxil olur. 1947-ci ildə texnikumu "əla" qiymətlərlə bitirərək Həsən bəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutuna daxil olur və 1951-ci ildə ali təhsilini müvəffəqiyyətlə başa çatdırır. Hüseynin bacarığına bələd olan rektorluq onu institutda saxlayır. Gənc Hüseyn bununla da kifayətlənmir, onda alim olmaq meyili yaranır.
1952-ci ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) aspiranturasına daxil olan Hüseyn Əhmədov Zaqafqaziyada pedaqogika üzrə ilk alimlik dərəcəsi almış Əhməd Seyidov, yaradıcı pedaqoq Mehdi Mehdizadə, Mərdan Muradxanov və başqa görkəmli alimlərin fəaliyyət göstərdikləri kafedrada – əlverişli elm aləmində az vaxt içərisində çox şey öyrənir.
Hüseyn Əhmədov aspirantura dövrünü başa vurduqdan sonra 1956-cı ildə İnstitut Komsomol Komitəsinin I katibi seçilir. 1957–1958-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunda (indiki APTPİ) kiçik elmi işçi vəzifəsində işləmişdir. H.Əhmədov 1958-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun kafedra müdiri, professor Əhməd Seyidovun rəhbərliyi ilə "İbtidai məktəb şagirdlərinin kommunist əxlaqı tərbiyəsində nümunənin rolu və ondan istifadə etmək yolları" mövzusunda namizədlik dissertasiyası, 1972-ci ildə akademik Mehdi Mehdizadənin məsləhətçiliyi ilə "XIX əsrdə Azərbaycanda məktəb təhsilinin inkişaf tarixi" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Hüseyn Əhmədovun pedaqoji tədqiqatları öz orijinallığı ilə fərqlənirdi. Onun fəaliyyətinə nəzər saldıqda məktəbin, təhsilin tarixindən yazmağın uzun müddət arxivdə işləmək, rus, erməni və gürcü dillərində tarixi sənədləri diqqətlə araşdırmaq, dövrün siyasi-ictimai tələblərindən baş çıxarmaq, onları dəyərləndirmək kimi keyfiyyətləri tələb etdiyini görmək mümkündür. Bu prosesdə sadəcə təsvirə əsaslanmaq deyil, düşünülmüş müqayisələr aparmaq, mühakimə yürütmək, ağıllı ümumiləşdirmələrə əsasən əqli nəticəyə gəlmək tələb olunurdu.
O, axtarışlarında, pedaqogika tarixçisi kimi, üstünlüyü milli pedaqogikanın incilərini üzə çıxarmağa vermişdi. O, Azərbaycan maarifçilərinin, pedaqoji fikir nümayəndələrinin, xüsusilə Nəsirəddin Tusi, Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Elxanov, Mirzə Kazım bəy, İsmayıl Qaspıralı, Həsən bəy Zərdabi, Seyid Əzim Şirvani, Sultan Məcid Qənizadə, Aleksey Çernyayevski, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Rəşid bəy Əfəndiyev, R.Əfəndizadə, Əhməd Seyidov və başqalarının ideyalarını öyrənib ümumiləşdirmiş, müasir dövrdə gənc nəslin tərbiyəsində onların ideyalarından istifadənin əhəmiyyətini dəyərləndirmişdi.
Azərbaycan xalqının unudulmaz oğlu, böyük dövlət xadimi, maarifçi Nəriman Nərimanovpedaqoji irsinin tədqiqi H.Əhmədovun axtarışlarının parlaq səhifələrini təşkil edir. Xüsusi məhəbbətlə bu tədqiqata qoşulan alim hər cür əziyyətə qatlaşaraq Nəriman Nərimanovun təhsil aldığı Qori Seminariyasındakı, ilk dəfə müəllimlik etdiyi Borçalının Qızılhacılı kəndindəki fəaliyyətini öyrənmək üçün Tbilisi arxivində, başqa yerlərdəki fəaliyyətini öyrənmək üçün Bakı, Həştərxan, Leninqrad, Moskva arxivlərində araşdırmalar aparmış, onun pedaqoji fikirlərinə həsr olunmuş iki kitab, rus, erməni və gürcüdillərində onlarla irihəcmli jurnal məqalələri çap etdirmişdir.
Hüseyn Əhmədov Həştərxanda "Волга"qəzetində çap etdirdiyi "Светлая и героическая жизнь" (1958), "Советская педагогика"jurnalında dərc etdirdiyi "Просветительская и педагогическая деятельность Н. Нариманова"(1961) adlı məqalələri oxucular – tatarlar və ruslar tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Beləliklə, H.Əhmədov bütün fəaliyyətini Azərbaycan təhsilinin tarixi ilə, xüsusilə XIX–XX əsrlərdə məktəbin, təhsilin, pedaqoji ideyaların inkişafı ilə bağlayan vətəndaş alim kimi məşhurlaşmışdır.
Professor H.Əhmədovun elmi diapazonu geniş və rəngarəngdir. Buna əmin olmaq üçün onun yazdığı 500-dən artıq monoqrafiya, kitab, proqram, dərslik, dərs vəsaiti, seçilmiş əsərləri, irihəcmli məqalələr siyahısını nəzərdən keçirmək kifayətdir.Diqqəti cəlb edən cəhət odur ki, bu əsərlərdəki ideyaların bir qismi rus və Avropa xalqlarının dillərində öz əksini tapmışdır.
H.Əhmədov haqlı olaraq Qərbi Avropa pedaqoqları Y.A.Komenski, C.Lokk, J.J.Russo, İ.H.Pestalotsi, R.Ouen, rus pedaqoqları K.D.Uşinski, Sovet pedaqoqlarından A.S.Makarenko, N.K.Krupskaya və başqalarının irsini hərtərəfli öyrənib təhlil etmişdir. Maraqlı cəhət budur ki, o, həmin maarifpərvərlərin ideyalarına yaradıcı yanaşmışdır.Özünəqədərki pedaqoqların ideyalarını mənimsəyərək yaradıcı şəkildə inkişaf etdirən, praktik pedaqogikanın banisi K.D.Uşinskinin pedaqoji ideyalarının təbliğinə xüsusi diqqət yetirmişdir.K.D.Uşinskiyə həsr olunmuş "Uşinski və Azərbaycan" adlı monoqrafiyası Azərbaycan və Rusiya pedaqoji ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir.
Hüseyn Əhmədovun bütün qüvvəsini Azərbaycanda məktəb tarixi və pedaqoji fikrin təbliğinə, elmi-pedaqoji kadrların hazırlanmasına həsr etməsi daim diqqəti cəlb etmişdir.Bununla belə, onun fəaliyyətini yalnız pedaqogikanın tarixi sahəsindəki axtarışlarla məhdudlaşdırmaq olmaz.
Tədqiqata pedaqogikanın nəzəri problemi – tərbiyə nəzəriyyəsi sahəsində axtarışlarla başlayan H.Əhmədov sonralar müəlliflərindən biri və redaktoru olduğu "Pedaqogikaya giriş" dərs vəsaitində pedaqogikanın metodoloji məsələlərini işləməyə səy göstərmişdir.
Həmin kitabda pedaqogikanın mövzusu, vəzifələri, mənbələri, tədqiqat metodları sistemi və s. məsələlər yeni aspektdə işlənmişdir. Onun "Pedaqogikada qanun və qanunauyğunluq" əsərində, adından məlum olduğu kimi, mühüm nəzəri məsələlər əhatə olunmuşdur.Alimin gənc nəslin tərbiyəsi, ailə tərbiyəsi sahəsindəki yazıları da diqqəti cəlb edir.
H.Əhmədovun ictimai fəaliyyəti də təqdirəlayiqdir. O, doğma pedaqoji universitetdə müxtəlif ictimai işləri bacarıqla yerinə yetirmişdir. Onun Azərbaycan Bilik Cəmiyyətində pedaqogika və psixologiya bölməsinə rəhbərlik etməsi daha çox yadda qalıb. Həmin bölmənin sədri kimi onunla Bakı, Gəncə, Naxçıvanşəhərlərində, respublikanın bir çox rayonlarında, həmçinin Ermənistan SSR və Gürcüstan SSR-in azərbaycanlılar yaşayan kənd və rayonlarında keçirilən tədbirlərdə iştirak edərkən pedaqoji-psixoloji biliklərin yayılması, təhsil ocaqlarında təlimin keyfiyyətinin yüksəldilməsi sahəsində onun xüsusi xidmətlərinin şahidi olmuşam.Elmi siyasi biliklərin tətbiqindəki xidmətlərinə görə 1985-ci ildə ümumittifaq "Bilik" cəmiyyəti idarə heyəti tərəfindən "fəal işinə görə" döş nişanı ilə təltif edilmişdir.
Professor H.Əhmədov tədqiqatlarında məktəb, ümumiyyətlə, təhsil problemlərinin öyrənilməsinə xüsusi əhəmiyyət vermişdir. Bu, onun əslən müəllim olmasından irəli gəlir. Onun aşağıda sadalanan əsərləri fikrimizi sübut edir: "XIX əsrin əvvəllərində Azərbaycanda xalq maarifi və məktəb" (1967), "XIX əsrin 40-cı illərində Azərbaycanda xalq maarifi və məktəb" (1968), "Azərbaycanda "rus-tatar" məktəbinin tarixinə dair" (rus dilində, 1969), "Ana dili" dərsliyi tərtibində ilk mərhələ (1930–1980)" (1970), "Azərbaycanda kənd ümumtəhsil məktəbləri tarixi" (1970), "Azərbaycanda orta təhsil müəssisələrinin meydana gəlməsi tarixinə dair" (1970), "XIX əsrdə Azərbaycanda qadın təhsili vəsaitləri tərtibi tarixinə dair" (1970), "XIX əsrdə Azərbaycan dilində dərslik və tədris vəsaitləri tərtibi tarixindən" (1970), "Azərbaycanda sənət məktəblərinin təşkili tarixinə dair" (1971), "XIX əsrdə Azərbaycanda məktəb təhsilinin inkişaf tarixi" (1972) və s.
O, uzunömürlü məktəblərin yubileyləri ilə əlaqədar kitablar yazıb çap etdirmişdir. "100 yaşlı Yuxarı Salahlı kənd məktəbi" (1978), "100 yaşlı Qarğabazar məktəbi" (1983), "150 yaşlı Şəki məktəbi" (1983), "Salyanda ilk məktəb" (1969), "Qutqaşen məktəbinin 90 yaşı var" (1972), "Dağkəsəmən məktəbinin yaşı yüzdür" (1976), "Lənkəranda ilk dünyəvi təhsil məktəbi" (1982), "Yüz yaşlı Vəndam məktəbi" (1984), "Qubadlıda 100 yaşlı məktəb" (1984), "Qloballaşma və Azərbaycanda təhsilin aktual problemləri" (2003), "Yeni üsullu məktəb hərəkatının Cənubi Azərbaycana yayılması tarixinə dair" (2004), "Yeni üsullu məktəb hərəkatının Qərbi Azərbaycana yayılması tarixinə dair" (2004), "Cədidizm hərəkatı və onun Azərbaycanda yayılması" (2005), "Azərbaycan–Rusiya elmi-pedaqoji və ictimai əlaqələrinin yeni inkişaf mərhələsi" (2008), "170 yaşlı Naxçıvan şəhər məktəbi" (2008), "175 yaşlı Gəncə şəhər məktəbi" (2009), "Azərbaycanın Yaxın və Orta Şərq xalqları ilə elmi və pedaqoji əlaqələri tarixindən" (2009), "Azərbaycan və Özbəkistan elmi–pedaqoji və mədəni əlaqələri tarixindən səhifələri" (2011), "Tiflis qəza məktəbinin Azərbaycan dili müəllimi" (2012), "İrəvan gimnaziyasının Azərbaycan dili müəllimi" (2014), "Əbcəddən Cədidədək" (2015), "Azərbaycan- Alman elmi–pedaqoji, ədəbi və mədəni əlaqələri tarixinə bir nəzər" (2016) və s. kitabça və məqalələr sırf praktik əhəmiyyət daşıyır. Həmin məktəblərin tarixi inkişaf yolunu araşdıran müəllif oxuculara Azərbaycanda təhsilə marağın mənzərəsini təqdim etmiş və onların rəğbətini qazanmışdır.
Onun yazdığı "XIX əsr Azərbaycan məktəbi" monoqrafiyası millətimizin yüzillik təhsil tarixinin müfəssəl və möhtəşəm salnaməsidir. Seçilmiş əsərlərinin 25 cildliyi Azərbaycan və rus dillərinə çap edilmişdir.
H.Əhmədov Azərbaycanın müstəqillik dövrü təhsil tarixinə, onun inkişaf yollarına.Məktəb təhsilinin inkişaf strategiyasına dair çox saylı məqalələrin müəllifidir.Bu yazılarda ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevinxidmətləri yüksək qiymətləndirilmişdir.
H.Əhmədov həm də məharətli müəllimdir.Onun müəllimlik taktı həmişə auditoriyanı razı salmışdır. O, ömrünün 60 ilini Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə bağlamışdır. Orada assistent, baş müəllim, dosent, kafedra müdiri vəzifəsində işləyən H.Əhmədov gənc müəllim kadrlarının yetişdirilməsində böyük əmək sərf etmişdir. Hüseyn müəllim həm də akademik Y. Məmmədəliyev adına Naxçıvan, A.S. Puşkin adına Tiflis Pedaqoji İnstitutunda onların mühazirələrini dinləyənlərdə uzun illər iz buraxmışdır.
H.Əhmədov müxtəlif vaxtlarda, müxtəlif yerlərdə — İrəvanda, Tiflisdə və Moskvada rəsmi opponent, Müdafiə Şuralarının üzvü, sədr müavini və sədri kimi fəaliyyət göstərmişdir.Bununla da o, pedaqoji elmlər üzrə yüksək ixtisaslı kadrların yetişdirilməsində bilavasitə iştirak etmişdir.Onun rəhbərliyi və məsləhəti ilə 60-dan artıq elmlər namizədi və elmlər doktoru yetişmişdir.
Azərbaycanda məktəb və pedaqoji fikir tarixinin mahir tədqiqatçısı olan H.Əhmədov həm də onun layiqli təbliğatçısıdır. Onun təşkil etdiyi respublika və beynəlxalq konfranslar Azərbaycan pedaqoji aləmini bir çox ölkələrdə aparılan tədqiqatlarla tanış etdiyi kimi, Moskva, Leninqrad, Kiyev, Riqa, Daşkənd, Səmərqənd, Tbilisi, Poltava, Penza, Ulyanovsk və başqa şəhərlərdə keçirilmiş simpozium və konfranslarda Azərbaycanda pedaqoji tədqiqatların nəticələrini təbliğ etmişdir.
Hüseyn Əhmədovun fəaliyyətini şöhrətləndirən cəhətlərdən biri də məhz onun öz ideyalarını təbliğ etməsidir. Onun təşəbbüsü ilə keçən əsrin 70-ci illərində "Azərbaycan məktəb və pedaqoji fikir tarixi" adlı proqram hazırlanmış (professor M.Muradxanov və dosent Ə.Tağıyevlə birgə), həmin adda xüsusi kurs formalaşmış, H.Əhmədov Azərbaycan və rus dillərində dərsliklər tərtib etmiş və pedaqoji təmayüllü ali təhsil ocaqlarında tədrisinə nail olmuşdur.
O, Azərbaycan ETPEİ-də hazırlanıb Moskvada çap olunmuş "Azərbaycan pedaqoji fikir antologiyası"nın, "SSRİ xalqlarının məktəb və pedaqoji fikir tarixinə dair oçerklər"in I və IV cildlərinin, ikicildlik Rusiya pedaqoji ensiklopediyasının, Azərbaycan Sovet Ensiklopediyasının IV və X cildlərinin müəlliflərindən biri olmaqla milli məktəb və pedaqogikamızın doğma Vətənimizin hüdudlarından kənarda təbliğinə dair çox iş görmüşdür.
Onun "XIX əsrdə Azərbaycan məktəbi", "Azərbaycan pedaqogika tarixi", "N.Nərimanovun pedaqoji ideyaları" adlı kitabları Azərbaycan pedaqoji elminin qızıl fonduna daxil olmuşdur.
Azərbaycanın elm, təhsil mədəniyyəti ilə əlaqədar sənədlərin dəyərini düzgün qiymətləndirən H.Əhmədovunkeçən əsrin 60–70-ci illərində İrəvan, Tiflis və Leninqrad Dövlət arxivlərindən əldə etdiyi mikrofilmlərinin kompüter vasitəsilə kağıza köçürülməsi (təxminən 40 cilddən ibarət) gənc tədqiqatçıların işini xeyli yüngülləşdirmişdir. Bu, pedaqogika elminə qiymətli hədiyyədir.
Professor Hüseyn Əhmədovun fəaliyyətinin özünəməxsus cəhətlərindən biri də pedaqoji tənqidin olmadığı hazırkı dövrdə mətbuatda bir neçə dəyərli tənqidi məqalə ilə çıxış etməsi, söylənilən fikirlərdə dəqiqliyin, obyektivliyin gözlənməsini tələb etməsidir. O, həmkarlarını fikir söyləyərkən diqqətli olmağa çağırır.
Akademik Hüseyn Əhmədovun fəaliyyətinin son illəri də məhsuldar olmuşdur. XIX əsrdə nəşr olunmuş Azərbaycan dili dərsliklərimizi "Xalqın milli sərvəti" hesab edən Hüseyn müəllim keçən əsrin axırlarından ölkənin müxtəlif şəhərlərindən əldə etdiyi dərsliklərimizi son illər ərəb əlifbasından müasir latın qrafikasına çevirmiş, onlara müvafiq izahat, lüğət və xüsusi məqalələr yazaraq taksimeliya və trensliterasiya yolu ilə çap etdirmiş və beləliklə də o dərsliklərimizə yeni nəfəs vermişdir. Bunlar aşağıdakılardır:
• A.O.Çernyayevski. Vətən dili. Tiflis, 1882, 196 səh.;
• N.Dementyev. Təmsillər və hekayələr.Tiflis, 1839. 74 səh.;
• A.O.Çernyayevski. Vətən dili.I hissə, Tiflis, 1882, 186 səh. (rus dilində şərhlər və izahlar);
• S.Vəlibəyov. Qüdrətli xuda. Tiflis, 1888, 82 səh.;
• İ. Qriqoryev.Kitabi-türki. I hissə.Təbriz, 1885, 205 səh.;
• R. Əfəndiyev. Uşaq bağçası. Tiflis 1912, 192 səh.;
• A.O.Çernyayevski və S. Vəlibəyov. Vətən dili.II hissə. Tiflis, 1888, 2009;
• R. Əfəndiyev. Bəsirət-ül ətfal. Bakı, 1901;
• Ü.Hacıbəyov. Hesab məsələləri.Bakı, 1907. 102 səh.
Hüseyn Əhmədov pedaqogika tarixi sahəsindəki dəyərli axtarışlarına, gərgin əməyinə görə nəinki doğma Vətənində, həmçinin MDB ölkələrində, xaricdə ən çox tanınmış alimdir.
H.Əhmədovun dəfələrlə keçmiş SSRİ PEA-nın Rəyasət Heyətinin yığıncaqlarında dərin məzmunlu çıxışlarının necə heyrət doğurmasının şahidi olmuşam.Görkəmli pedaqogika tarixçiləri həmişə onunla razılaşırdılar.
Belə yüksək xidmətlərinə görə H.Əhmədovun əməyi həmişə layiqincə qiymətləndirilmişdir. Onun yalnız elmi xidmətlərinə görə aldığı adların, təltiflərin tam olmayan siyahısını nəzərdən keçirək: Hüseyn Əhmədov 1973-cü ildə "Azərbaycan SSR qabaqcıl maarif xadimi", 1977-ci ildə "SSRİ maarif əlaçısı" döş nişanları ilə təltif edilmişdir. 1981-ci ildə ona "Azərbaycan SSR əməkdar ali məktəb işçisi" fəxri adı verilmiş, 1985-ci ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif edilmişdir. O, 1990-cı ildə SSRİ PEA-nın müxbir üzvü, 1993-cü ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının, həm də Beynəlxalq PEA-nın həqiqi üzvü seçilmişdir. 1998-ci ildə Beynəlxalq Pedaqoji Akademiyanın "Y.A.Komenski adına Böyük Qızıl Medalı" ilə, 2005-ci ildə Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının "Türk dünyasına hizmet" qızıl medalı ilə təltif edilmişdir. 2006-cı ildə "El gücü" Beynəlxalq Humanitar Assosiasiyasının qərarı ilə Heydər Əliyev adına "Əsrin Akademiyası"na həqiqi üzv qəbul olunmuşdur. H. Əhmədov 2006-cı ildə Amerika Beynəlxalq Ekspert və Bioqrafiya Araşdırmalar İnstitutu tərəfindən "pedaqogika elminin məharətli bilicisi" elan edilmişdir. O, zəngin və çoxcəhətli axtarışları ilə Azərbaycan pedaqoji fikrinin korifeyi səviyyəsinə yüksəlmişdir. 2007-ci ildə Rusiya Elm və Təhsil Nazirliyi tərəfindən "Uşinski", 2011-ci ildə PTA tərəfindən elmdəki nailiyyətlərinə görə Qızıl medal ilə mükafatlandırılmışdır. 2007-ci ildən Prezidentin fərdi təqaüdçüsüdür. Mühasibə və Əmək veteranıdır.2014-cü ildən təqaüdə çıxmışdır. Hüseyn Əhmədov 4 aprel 2020-ci ildə Bakıda vəfat etmişdir.