Ərazi - Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi

DƏRƏLƏYƏZ MAHALI OĞBİN KƏNDİ
Oğbin - tarixi Azərbaycan kəndlərindən biri olub, İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində, Almalı (Xndzorud) kəndinin yaxınlığında yerləşirdi. Kənd rayon mərkəzindən təxminən 30 km məsafədə idi.
Oğbin etnik tərkibinə görə qarışıq yaşayış məntəqəsi olmuşdur. XIX əsrin ikinci yarısından etibarən Rusiya imperiyasının köçürmə siyasəti nəticəsində kəndə ermənilər yerləşdirilmiş və onların sayı tədricən artmışdır. Tarixi-statistik mənbələrə görə, kənddə 1831-ci ildə 37 nəfər azərbaycanlı yaşayırdı. 1873-cü ildə əhali 104 azərbaycanlı və 57 ermənidən, 1886-cı ildə 169 azərbaycanlı və 62 ermənidən, 1897-ci ildə 245 azərbaycanlı və 104 ermənidən ibarət olmuşdur. 1914-cü ildə kənddə ümumilikdə 531 nəfər azərbaycanlı və erməni yaşayırdı.
1918-ci ildə erməni silahlı dəstələrinin hücumları nəticəsində kənd dağıdılmış, azərbaycanlı əhalinin bir hissəsi qətlə yetirilmiş, sağ qalanlar isə doğma yurdlarından deportasiya olunmuşdur. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlıların bir hissəsi 1924–1925-ci illərdə Oğbinə qayıda bilmişdir. Lakin onların burada uzunmüddətli və təhlükəsiz yaşaması mümkün olmamışdır. 1926-cı ildə kənddə cəmi 37, 1931-ci ildə isə 53 nəfər azərbaycanlı qeydə alınmışdır. SSRİ Nazirlər Sovetinin xüsusi qərarı əsasında 1948-ci ildə kənddə qalan azərbaycanlılar da zorla Azərbaycana köçürülmüşdür.
Toponim qədim türk dillərində “tayfa ittifaqı”, “boy birliyi” mənasını bildirən oğ (ok) sözü ilə qıpçaq tayfalarından biri olan min (minq) etnoniminin birləşməsindən yaranmışdır. Azərbaycan dilində m>b və ya bm səs əvəzlənməsi qanunauyğun olduğundan, Oğbin adındakı bin komponenti min etnoniminin fonetik dəyişmiş forması hesab edilir. Buna görə də Oğbin etnotoponimdir və quruluşca mürəkkəb toponimlər sırasına daxildir.
Haqqında danışdığımız bu kəndin adını İ.Şopen Oqbun, Korkodyan Ozbin, Sabir Əsədov Voğbin, H.Rəhimoğlu Özbin formasında qeyd etmişlər. Fikrimizcə, Oxbin kənd adının ilkin forması Ox binəsi, daha sonra Ox binə, nəhayət Oxbin//Oğbin olmuşdur ki, bu toponim də Azərbaycan xalqına məxsusdur. Dərələyəzlə maraqlanan tədqiqatçılar bu toponimi daha ətraflı şəkildə araşdırmalıdırlar.
1905–1907, 1918–1920-ci illərdə və 1948–1951-ci illər deportasiyasından əvvəl Oğbin kəndində ermənilər azərbaycanlılara qarşı etnik təmizləmə və qırğınlar həyata keçirmişdilər. Təxribatlar törədərək kənd sakinlərini şərləyir, onların həbs olunmasına səbəb olur, tez-tez münaqişələr yaradırdılar. Bu qarşıdurmaların nəticəsində çoxlu sayda azərbaycanlı qətlə yetirilirdi. Nəticədə erməni daşnakları öz havadarlarının dəstəyi ilə məqsədlərinə nail olur, azərbaycanlılar isə həbs və ölüm təhlükəsi qarşısında doğma kəndlərini tərk etməyə məcbur qalırdılar.
Oğbin kəndini məcburi şəkildə tərk edən ailələrdən biri də Hüseyn Vəliyevin ailəsi olmuşdur. Atası Bayram kişi 1905-ci ildə Oğbin kəndində anadan olmuşdur. 1918-1920-ci illərdə kəndə hücum edən erməni daşnak silahlı dəstələri azərbaycanlıları amansızlıqla qətlə yetirir, Bayram kişinin qohumlarından bir neçəsinin başını kəsir. Bu vəhşiliyə dözməyən kənd camaatı Arazın o tayına qaçmağa məcbur olur.
Hüseyn Bayram oğlu Vəliyev 1938-ci ildə Dərələyəz mahalı Oğbin kəndində anadan olmuşdur.
Hüseynin hələ üç yaşı tamam olmamış ailəsi ağır həyat sınaqları ilə üzləşir. Həmin illərdə ermənilərlə baş verən qarşıdurmalar nəticəsində ailə böyük faciə yaşayır. Dəyirmana gedən 17 yaşlı əmisi İsmayıl Vəliyev ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilir. Əmisi İsmayılın ardınca dəyirmana gedən atası Bayram kişini də ermənilər cinayətin izini itirmək məqsədilə öldürmək istəyirlər. Lakin sayca üstün olmalarına baxmayaraq, Bayram kişini öldürə bilmirlər. Silahlı qarşıdurmadan sağ çıxan Bayram kişi ermənilərdən bir neçəsini yaralayaraq qaçaq düşür.
Ermənilər törətdikləri cinayəti ört-basdır etmək məqsədilə Bayram kişi barəsində dövlət orqanlarına əsassız şikayətlər edirlər. Onu geri qaytarmaq üçün dövlət orqanları həyat yoldaşı Qızxanım ananı və övladları Həsənlə Hüseyni girov götürürlər. Ailəsini xilas etmək məqsədilə Bayram kişi könüllü şəkildə gəlib təslim olur. Bundan sonra ailə üzvləri azadlığa buraxılır, Bayram kişi isə İrəvan həbsxanasına aparılır.
1941-ci ildən sonra Bayram kişinin taleyi barədə heç bir məlumat əldə etmək mümkün olmur. Onun sağ qalıb-qalmadığı, yaxud harada və hansı şəraitdə həyatını itirdiyi naməlum qalır. Ailə uzun illər bu ağrılı naməlumluqla yaşamağa məcbur olur.
Bayram kişinin yoxluğundan istifadə edən ermənilər ailənin digər üzvlərini də məhv etməyə cəhd göstərirlər. Ölüm təhlükəsi ilə üz-üzə qalan ailə doğma yurdunu tərk etməyə məcbur qalır. Onlar 10 yaşlı Həsəni və üç yaşlı Hüseyni qucaqlarına alaraq canlarını qurtarmaq üçün çətin və gizli yollarla piyada Şərur rayonunun Qarxun kəndinə gəlib sığınırlar. Beləliklə, körpə Hüseynin uşaqlıq illəri doğma yurdundan didərgin düşməyin, ailə faciələrinin və ağır həyat sınaqlarının kölgəsində başlayır.
Hüseyn Vəliyev orta təhsilini Şərur rayonunun Qarxun kənd orta məktəbində almışdır. 1972–1977-ci illərdə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda "Sənayenin planlaşdırılması" ixtisası üzrə ali təhsil almışdır.
Əmək fəaliyyətinə 1978-ci ildə başlamışdır. 1978–1980-ci illərdə Şərur rayonunun Qarxun kəndində aqronom vəzifəsində çalışmışdır. Sonrakı illərdə Naxçıvan şəhərində qastronom müdiri və univermaq direktoru vəzifələrində fəaliyyət göstərmişdir. 1990-cı ildə Şərur Rayon Univermağında əvvəlcə mühasib, daha sonra isə direktor vəzifəsində işləmişdir.

Həsən Mirzəyev “Qərbi Azərbaycan Dərələyəz Mahalı”, Bakı. Elm. 2004. 856 s. (s.408)
İbrahim Bayramov Qərbi Azərbaycanın Türk mənşəli toponimləri , Bakı. Elm. 2002.
İnformator.Elməddin Hüseyn oğlu Vəliyev

Müəllif: ADPU-nun Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin mütəxəssisi Möhübbət Məmmədov

DİLİCAN - AZƏRBAYCANLILARIN TARİXİ YURDU
2026-cı ilin iyun ayının 14-də Ermənistanın Dilican şəhərində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə Ermənistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib. Bu görüşün mühüm siyasi əhəmiyyəti var. Belə ki Hikmət Hacıyevin Ermənistana səfəri  Cənubi Qafqazda yeni mərhələnin başlanğıcıdır. Eyni zamanda bu görüş Azərbaycanla Ermənistan arasında davamlı sülhə və sabitlə yönəlmiş ən mühüm hadisədir.

Azərbaycanlıların tarixən yaşadığı yurd yerlərindən-tarixi-etnik torpaqlarından biri də Dilican olmuşdur. Dilican XIX əsrdə Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasına tabe olan  kəndlərdən biri idi. Ermənistan Sovet Ensiklopediyasının III cildində (İrəvan, 1977, s.386) göstərilir ki, 1826-cı ildə Qazax qəzasının 82 kəndindən biri olan Dilicanda  60 təsərrüfat olmuşdur.

Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra Ermənistan Sovet Şuralar Cəmiyyəti Mərkəzi İcraiyyə Komitəsi Rəyasət heyəti 12 iyul 1929-cu ildə "Ermənistan Sovet Şuralar Cəmiyyəti territoriyasını  (ərazisini-İ.B.) rayonlaşdırmaq haqqında" qərar qəbul etmişdir. Həmin qərarla Dilican qəzası yaradılmışdır. 1930-cu ilə kimi  Karvansaray (İcevan) və Çəmbərək (Krasnoselo) rayonları Dilican qəzasının tabeliyində olmuşdur. Dilican qəzası  1930 - cu ildə ləğv edilərək  ayrıca Dilican şəhəri yaradılmışdır.  Dilican 1958-cı ildə respublika tabeliyində şəhərdir. İndi Ermənistanın Tavuş vilayətinin inzibati ərazi bölgüsünə tabedir. Yaşayış məntəqəsinin adı Dilican kimi sabitləşib rəsmiləşdirilmişdir. Bununla yanaşı, qaynaqlarda adı Delican (Кавказский календарь, Тифлис, 1907,, s.64), Yeni Delican, Köhnə Delican (Кавказский календарь,Тифлис, 1908, c.30), Delecan (Абих Г. Геология армянского нагорья (западная часть), Пятигорск, 1899, s.26), Delican dərəsi (AKAK, t.V, Tiflis, 1873 s.891), Delican (Вейденбаум Е. Путеводитель по Кавказу, Тифлис, 1888, s.389; Ган К.Ф. Опыт обьяснения Кавказских географических названий, СМОМПК,вып.40, Тифлис, 1909,, s.49; Анисимов С. Путеводитель по Кавказу Кавказский край, М., 1924, s.347-348) formalarında da qeyd edilmişdir. XVII əsrin fransız səyyahı Jan Şardən indiki Ermənistan ərazisinə səyahət edərkən Dilican şəhərində də olmuşdur. Bu şəhərlə bağlı yazır: “Dilican şəhəri, onu altı lyölük əhatə edən bütün ərazi (şimaldan, cənubdan Dilicanı əhatə edən və şərqdən, qərbdən çox irəli çıxan ölkə) Qamçı xana aid olub Qazax ölkəsi adlanır. O da Gürcüstan kimi Səfəvilərdən asılıdır, ona tabedir” (Jak Şarden. Parisdən İsfəhana səyahət, Bakı, “Elm”. 1994, s.20). Z.Qorqodyan “1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, 1932) kitabına əsasən Dilicanda  erməni və ruslarla yanaşı 1886-cı ildə 54 nəfər, 1897-ci ildə 119 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalmışlar və deportasiya olunmuşlar. 1920-ci ildə indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar evlərinə dönə bilmişdir. 1922-ci ildə 5 nəfər, 1926-cı ildə 38 nəfər, 1931-ci ildə 5 nəfər azərbaycanlı yaşamışdır (s.30-31,114-115). Sonrakı siyahıyaalmalarda azərbaycanlılar ayrıca göstərilməmişdir. 1988-ci ilə qədər burada azərbaycanlılar yaşamışdır. 1988-ci ilin noyabr ayında onlar tamamilə deportasiya olunmuşdur. Burada indi yalnız ermənilər yaşayır.

Dilican Azərbaycan poeziyasında vəsf edilərək əbədiləşdirilmiş, yaddaşlara hopdurulmuşdur. Xalq şairi Səməd Vurğun Dilicanın tarixini, azərbaycanlılara məxsus olduğunu, Azərbaycanın tarixi torpağı olduğunu, lakin sonradan əldən alınaraq Ermənistana verilməsini bədii dillə tərənnüm etmişdir.

Qarışsın Qazağa Dilican dərəsi,

Daha da birləşib olsunlar bir can,-

Və ya

Yenə gördüm səni, Dilcan dərəsi,

Yadıma çox köhnə zamanlar gəlir.

Ömür dedikləri bir karvan yolu,

Nə canlar gedərək, nə canlar gəlir.

Dilican toponiminin etimologiyası ilə bağlı erməni tədqiqatçılarının hər hansı bir elmi izahına rast gəlinmir. Onlar Dilican toponiminin etimologiyasının çətin olduğunu qeyd etməklə yanaşı, toponimin izahına dair müxtəlif rəvayətləri  xatırlayırlar: Dilican adı nisbətən yaxın vaxtlardan xatırlanır, lakin onun mənşəyini sırf nəzəri şəkildə izah etmək hələ də çətindir. Bəziləri onun mənşəyini Azərbaycan dilindəki “gic”, “axmaq”, “kobud” mənasında işlənən “deli” (“dəli”) sözləri ilə əlaqələndirir, bəziləri isə Dilican adlı şahzadənin adı ilə bağlılıq görürlər. Xalq etimologiyasına görə “şirin öd” bildirən “Dili-can” sözündən yaranmışdır.Dilican toponimi ilə bağlı həmçinin bir neçə rəvayət də var. Onlardan biri Dilican adının Dehli adından yaranmasıdır. Digəri isə adın mənşəyini Dili adlı şəxslə bağlayırlar. Deyirlər ki, Dilini meşələrdə canavar yeyib, onu axtaran qohumları uzun müddət “Dili can” deyib axtarırlar. Guya ad bu əhvalat əsasında yaranıb (ԹադևոսՀակոբյան, ՍտեփանՄելիք–Բախշյան, ՀովհաննեսԲարսեղյան, Հայաստանիևհարակիցշրջաններիտեղանուններիբառարան, հատ. 2, Երևան, 19888, 992 էջ։.110). Ciddibirkitabkimitəqdimedilən “Ermənistanvə ətrafvilayətlərintoponimlərlüğəti”ndə Dilicantoponiminə elmi şərhverilməyib. Çünki Dilican toponimi tam türk mənşəli toponimdir və erməni tədqiqatçıları həqiqəti rəvayətlə içərisində itirib batırırlar.

Apardığımız araşdırma nəticəsində Dilican toponiminin “Delican”, “Delecan” formalarına əsaslanıb bu qənaətə gəlirik ki, toponim tele qədim türk tayfasının (Qumilyev L.N. Qədim türklər, Bakı, 1993, s.21) adı əsasında əmələ gəlmişdir. Toponimin sonundakı “can” “kan, qan, kaan, xan” sözünün fonetik forması olub “yaranmış, yüksək, hörmətli, şöhrətli, şöhrət sahibi”, həmçinin “məkan” mənasındadır (İsmayılov M., Əliyev F. İrəvan xanlığı,  “Zəka” jurnalı, № 3-4, 1992, s.4). M.Seyidov “can” sözünün “qan” sözünün fonetik dəyişmiş forması hesab edərək “ata, hakim” anlamında olduğunu qeyd edir (M.Seyidov. Azərbaycan xalqının soykökünü düşünərkən, Bakı, “Yazıçı”, 1989, s.18-19). Deməli, Dilican (Delican, Delecan) “tele tayfasından olan hakimin, atanın (hörmətli, şöhrətli mənasında) yaşayış məskəni” mənasını ifadə edir.

Qərbi Azərbaycan toponimlərinin elmi aspektdə araşdırılması Azərbaycanşünaslıq qarşısında duran ən vacib məsələlərdəndir. Bu tədqiqatlar həm də gənclərimizin maarifləndirilməsinə xidmət edir.

: İbrahim Bayramov,

ADPU-nun Elmi-təşkilati şöbənin müdiri,

filologiya elmləri doktoru, professor

Qurduqulu rayonu
Qurduqulu rayonu 1930-cu il sentyabrın 9-da yaradılmışdır. Sahəsi 680 km² olan rayonun mərkəzi respublika tabeli Sərdarabad şəhəri olmuşdur. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 48 km-dir. Qurduqulu rayonunun ərazisi Ağrı vadisində yerləşir və onun Türkiyə ilə sərhədi boyu Araz çayı axır.

Rayonun ərazisi tarixi İrəvan xanlığının Sərdarabad mahalı, Çar Rusiyası dövründə isə İrəvan quberniyasının Eçmiədzin qəzasına daxil olmuşdur.

Toponim “qurd” türk etnonimi ilə Qulu şəxs adı əsasında əmələ gəlib “qurd tayfasından olan Qulunun saldığı, inşa etdiyi kənd” mənasını ifadə edir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 2 mart 1935-ci il tarixli fərmanı ilə rayonun adı dəyişdirilərək “Hoktemberyan” qoyulmuşdur. 1992-ci ildən 1995-ci ilə, yəni ləğv edilənə qədər isə “Armavir” adlandırılmışdır. 1983-cü ildə rayonun ərazisi iki yerə bölünmüş və qondarma Bağramyan rayonu təşkil olunmuşdur.

1987-ci ildən rayonun əzəli azərbaycanlı sakinləri yaşadıqları yerləri tərk etməyə məcbur edilmişlər. 1995-ci ildə isə rayon ləğv edilərək Ermənistanın Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Vedi rayonu
Vedi rayonu 1930-cu il sentyabrın 9-da yaradılmışdır. Sahəsi 1399 km² olan rayonun mərkəzi Böyük Vedi olmuşdur. Buradan İrəvan şəhərinə olan məsafə 49 km-dir.

Vedi rayonu Qərbi Azərbaycan ilə Türkiyə arasında dağarası düzənlik olan Ağrı vadisində yerləşir. Bu düzənliyin uzunluğu 90 km, dəniz səviyyəsindən hündürlüyü 850–1000 metrdir. Araz çayı da bu düzənlikdən axır. Düzənlik cənub tərəfdən Ağrı dağı vulkan massivi ilə əhatələnmişdir. Rayon ərazisindən Vedi çayı axır və Şidli kəndində Araz çayına tökülür.

Rayonun ərazisi tarixi İrəvan xanlığının Vedibasar mahalına, Çar Rusiyası dövründə isə İrəvan quberniyasının İrəvan qəzasına daxil olmuşdur.

1937-ci ildə Vedi rayonu iki yerə parçalanmış və ərazisində Qarabağlar rayonu yaradılmışdır. Azərbaycanlıların deportasiyasından sonra isə 1951-ci ildə həmin rayon yenidən Vedi rayonuna birləşdirilmişdir. 1964-cü ildə Vedi rayonu da ləğv edilərək artıq erməniləşdirilmiş Qəmərli rayonu ilə birləşdirilmişdir. Qısa müddət sonra isə Vedi rayonu yenidən müstəqil rayon kimi təşkil edilmişdir.

Toponim ərəb dilində “çöl, səhra”, “məkan, yer” mənasında işlənən “vadi” sözündən əmələ gəlmişdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 5 may 1968-ci il tarixli fərmanı ilə rayonun adı dəyişdirilərək “Ararat” qoyulmuşdur.

1987-ci ildən rayonun əzəli azərbaycanlı sakinləri yaşadıqları yerləri tərk etməyə məcbur edilmişlər. 1995-ci ildə isə rayon ləğv edilərək Ermənistanın Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Zəngibasar rayonu
Zəngibasar rayonu ilk dəfə 1937-ci il dekabrın 31-də yaradılmışdır. Rayon mərkəzi Uluxanlı olmuşdur. Buradan İrəvan şəhərinə olan məsafə 20 km-dir.

Rayonun ərazisi tarixi İrəvan xanlığının Zəngibasar mahalına, Çar Rusiyası dövründə isə İrəvan quberniyasının İrəvan qəzasına daxil olmuşdur.

1937-ci ilədək rayonun kəndləri əsasən Üçkilsə rayonu və Qəmərli rayonu arasında bölünmüşdür. 1937-ci il dekabrın 31-də Qəmərli rayonundan 18, Üçkilsə rayonundan isə 14 kənd ayrılaraq ümumi sahəsi 170 km² olan Zəngibasar rayonu yaradılmışdır. Qədim Uluxanlı kəndinin də adı dəyişdirilərək “Zəngibasar” qoyulmuş və inzibati mərkəz elan edilmişdi.

Zəngibasar rayonu 1953-cü ildə ləğv edilmiş və ikinci dəfə 14 yanvar 1969-cu ildə “Masis” adı ilə yenidən təşkil edilmişdir.

1987-ci ildən rayonun əzəli azərbaycanlı sakinləri yaşadıqları yerləri tərk etməyə məcbur edilmişlər. 1995-ci ildə isə rayon ləğv edilərək Ermənistanın Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Talin rayonu
Talin rayonu 1930-cu il sentyabrın 9-da yaradılmışdır. Sahəsi 1288 km² olan rayonun inzibati mərkəzi Yuxarı Talin qəsəbəsi olmuşdur. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 74 km-dir. Talin rayonunun bir tərəfindən Arpaçay axır. Alagöz dağının bir hissəsi və Qaraburun yaylası da Talin rayonu ərazisinə düşür.

Rayonun ərazisi tarixi İrəvan xanlığının Talın mahalı, Çar Rusiyası dövründə bir hissəsi İrəvan quberniyasının Eçmiədzin qəzasına, digər hissəsi isə Aleksandropol qəzasına daxil olmuşdur.

Toponim türk dilində "söyüd, söyüd kolu" mənasında işlənən “tal” sözü ilə türk dilində “daxma, koma, mağara” mənasında işlənən "in" sözünün birləşməsindən əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

1987-ci ildən rayonun əzəli azərbaycanlı sakinləri yaşadıqları yerləri tərk etməyə məcbur edilmişlər. 1995-ci ildə isə rayon ləğv edilərək Ermənistanın Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Ərtik rayonu
Ərtik rayonu 1930-cu il sentyabrın 9-da yaradılmışdır. Sahəsi 632 km² olan rayonun inzibati mərkəzi respublika tabeli Ərtik şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 122 km-dir.

Alagöz dağının böyük bir hissəsi və ən hündür zirvəsi (h. 4095 m) Ərtik rayonunun, digər hissələri isə Düzkənd və Talin rayonu ərazisinə düşür.

Rayonun ərazisi tarixi İrəvan xanlığının Şörəyel mahalına, Çar Rusiyası dövründə isə Aleksandropol qəzasına daxil olmuşdur.

Ermənilər toponimin erməni dilində kişi mənasında işlənən “ayr” sözü ilə fars dilində “yuxarı, yüksək” mənasında işlənən “tik” sözündən əmələ gəldiyini göstərirlər. Qeyd edilməlidir ki, “tik” fars sözü yox, əsl Azərbaycan sözüdür. Toponim qədim türk dilində “dağ keçidi”, “dağ, dağlıq” mənasında işlənən “art” sözünə “-ik” şəkilçisinin artırılması ilə düzəlmişdir. “-ik” şəkilçisi qədim türk dilində məkan anlayışı bildirən isimlərə də qoşulmuşdur. Ərtik dağlıq yerdə yerləşir. Deməli, oykonimin adı əraziyə uyğun verilmişdir.

1987-ci ildən rayonun əzəli azərbaycanlı sakinləri yaşadıqları yerləri tərk etməyə məcbur edilmişlər. 1995-ci ildə isə rayon ləğv edilərək Ermənistanın Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Düzkənd rayonu
Düzkənd rayonu 1937-ci il dekabrın 31-də yaradılmışdır. Sahəsi 576 km² olan rayonun inzibati mərkəzi Düzkənd qəsəbəsi olmuşdur. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 126 km-dir.

Rayon ərazisinin böyük bir hissəsini qədim türk tayfası olan Şirakların adını daşıyan Şirək düzənliyi təşkil edir. Şirək sıra dağları isə rayonun Qızıl Qoç rayonu ilə sərhədindən keçir. Rayon boyu Arpaçay axır.

Rayonun ərazisi tarixi İrəvan xanlığının Ağababa və Şörəyel mahallarına, Çar Rusiyası dövründə isə İrəvan quberniyasının Aleksandropol qəzasına daxil olmuşdur.

Toponim türk dilində “düzənlik, çöl düzəngah” mənasında işlənən “düz” sözünə “kənd” coğrafi nomeninin artırılması yolu ilə yaranmışdır.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7 dekabr 1945-ci il fərmanı ilə rayonun adı dəyişdirilərək “Axuryan” qoyulmuşdur.

1987-ci ildən rayonun əzəli azərbaycanlı sakinləri yaşadıqları yerləri tərk etməyə məcbur edilmişlər. 1995-ci ildə isə rayon ləğv edilərək Ermənistanın Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Ağin rayonu
Ağin rayonu 31 dekabr 1937-ci ildə yaradılmışdır. Sahəsi 429 km² olan rayonun inzibati mərkəzi şəhər tipli Molla Göyçə qəsəbəsi olmuşdur. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 100 km-dir.

Rayonun ərazisi tarixi İrəvan xanlığının Şörəyel mahalına, Çar Rusiyası dövründə isə Aleksandropol qəzasına daxil olmuşdur.

Toponim qədim türk dilində “uca, hündür, böyük” mənasında işlənən “ağ” sözü ilə qədim türk dilində “daxma, koma, mağara” mənasında işlənən “in” sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12 oktyabr 1961-ci il fərmanı ilə rayonun adı dəyişdirilərək “Ani” qoyulmuşdur.

1987-ci ildən rayonun əzəli azərbaycanlı sakinləri yaşadıqları yerləri tərk etməyə məcbur edilmişlər. 1995-ci ildə isə rayon ləğv edilərək Ermənistanın Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Ellər rayonu
Ellər rayonu 9 sentyabr 1930-cu ildə yaradılmışdır. Sahəsi 846 km² olan rayonun inzibati mərkəzi respublika tabeli Ellər şəhəri olmuşdur. İrəvan şəhərindən 10 km şimal-şərqdə yerləşmişdir.

Rayonun ərazisi tarixi İrəvan xanlığının Qırxbulaq mahalına, Çar Rusiyası dövründə isə İrəvan qəzasına daxil olmuşdur.

Toponim türk dilində “xalq, tayfa ittifaqı” mənasında işlənən “el” sözünə “-lər” şəkilçisinin qoşulması əsasında əmələ gəlmişdir. Bu söz eyni mənada türk dilində “il” formasında da işlənir. Etnotoponimdir. Qafqazın beşverstlik xəritəsində “Eylayar”, erməni mənbələrində “Eylar”, "Elar" formalarında qeydə alınmışdır.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12 oktyabr 1961-ci il tarixli fərmanı ilə rayonun adı dəyişdirilərək “Abovyan” qoyulmuşdur.

1987-ci ildən rayonun əzəli azərbaycanlı sakinləri yaşadıqları yerləri tərk etməyə məcbur edilmişlər. 1995-ci ildə isə rayon ləğv edilərək Ermənistanın Kotayk vilayətinin inzibati ərazisinə daxil edilmişdir.