Abidələr - Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi

Cəfərabad (Pir Hüseyn) Türbəsi
Zəngibasar mahalında, Zəngibasar rayonunun mərkəzi olan Uluxanlı qəsəbəsindən 14 km şimalda, İrəvan şəhəri yaxınlığında yerləşən Cəfərabad kəndində qırmızı tuf daşdan inşa edilmiş səkkiz tilli türbədir. Qaraqoyunlu əmirlərinin sərdabəsi üstündə ucaldılan türbənin hündürlüyü günbəzsiz 12 m olmuşdur. Türbəni yuxarıdan kəmərvari əhatə edən 22 m uzunluğunda ərəbdilli kitabədə Çuxur Səd vilayətinin Saatlu (Sakadlı) tayfasından olan əmirləri Pir Hüseyn və atası Əmir Səədin (1411-ci ildə vəfat etmişdir.) adları çəkilmişdir. Başqa sözlə, kitabədə yazılıb ki, bu günbəzli müqəddəs sərdabə böyük hökmdar Pir Budaq xanın və noyon Yusifin padşahlığında Əmir Səədin oğlu Pir Hüseynin əmri ilə hicri tarixlə 816-cı il rəcəb ayının 15-də (miladi tarixlə 1413-cü il oktyabrın 11-də - Ə.Ə.) tikilmişdir. Türbə Pir Hüseyn türbəsi kimi də tanınırdı. 1828-ci ilə qədər kənddə ancaq Azərbaycan türkləri, 1830-cu illərdən etibarən isə İrandan köçürülüb gətirilmiş ermənilər yaşamışlar.

Sərdar məscidi (XVI əsr)
Sərdar məscidi - Ayrı-ayrı dövrlərdə səyyahların əsərlərində, tədqiqatçıların araşdırmalarında İrəvan qalasındakı Sərdar sarayının yaxınlığında yerləşən “Sərdar məscidi”, yaxud “Abbas Mirzə məscidinin” adları çəkilir. Təhlillər göstərir ki, ayrı-ayrı adlar altında təqdim edilməsinə baxmayaraq, əslində söhbət son dövr tədqiqat əsərlərində və rəsmi sənədlərdə adı Sərdar məscidi kimi qeyd olunan dövrün nadir memarlıq abidəsindən gedir. Yəni, bir məscid müxtəlif dövrlərdə müxtəlif cür adlandırılmışdır. İrəvan qalasının çar Rusiyası işğalı dövrünə aid bəzi sənədlərdə bu məscidin adı Abbas Mirzə məscidi kimi hallandırılır. Görünür, həmin məscid XIX əsrin əvvəlində vəliəhd Abbas Mirzənin şərəfinə yenidən qurulduğu üçün məhz onun adı ilə adlandırılmışdır. Lakin İrəvanda azərbaycanlılara məxsus digər maddi-mədəniyyət abidələri kimi, Abbas Mirzə məscidi də erməni vandalları tərəfindən tədricən hissə-hissə dağıdılmışdır. 1864-cü ildə İrəvan qalasından rus qoşunlarının hərbi-istehkam məqsədilə istifadəsinə son qoyulduqdan sonra qaladakı tarixi-memarlıq abidələri, o cümlədən Sərdar, yaxud Abbas Mirzə məscidi ciddi dağıntılara məruz qalmışdır. XX əsrin əvvəllərində Sərdar məscidində Türkiyədən gələn erməni qaçqınları məskunlaşdırılmışdı. Sovet Ermənistanı dövründə isə Sərdar məscidi hissə-hissə sökülmüşdür. Son vaxtlaradək Sərdar məscidinin 2-3 metr hündürlüyündə bir divarının qalığı qalmışdı. Ermənistan hökuməti məscidin qalığının şəkildə görünən hissəsini “qorunan tarixi abidələr” siyahısında 2007-ci ildə Avropa Şurasına təqdim etmişdir. Lakin erməni vandalları Sərdar məscidinin “qorunan” divar qalığını da 2014-cü ilin noyabr ayının ortalarında yer üzündən silmişdir.

Göy Məscid
İrəvan şəhərini təsvir edən bütün səyyahların və tədqiqatçıların əsərlərində həm ölçülərin miqyasına, həm də gözəlliyinə görə şəhərin ən möhtəşəm memarlıq abidəsi kimi Göy məscidin adı birinci çəkilir.Şərq memarlığının nadir nümunələrindən hesab edilən Göy məscidin inşasına 1760-cı ildə başlanılmış , Hüseynəli xanın hakimiyyəti dövründə 1765-ci ildə başa çatdırılmışdı. Erməni müəlliflərinin verdikləri məlumata görə, XX əsrin 30- cu illərində İrəvandakı bütün məscidlərin sökülməsi qərara alınsa da, məşhur erməni şairi Yeğişe Çarensin ciddi səyləri nəticəsində onun " Mavi brilliant" adlandırdığı Göy məscid muzeyə çevrilməklə yer üzündən silinməkdən xilas olmuşdu. 1936-cı ildən Göy məscidin binasında İrəvan şəhər tarix muzeyi yerləşdirilmişdi. İkinci Dünya müharibəsi başladıqdan sonra, Göy məsciddən bir müddət hərbi sursat anbarı kimi istifadə edilmişdi.Müharibədən sonra Göy məsciddə həmçinin Təbiət muzeyi və 1952-ci ildən etibarən isə məscidin kiçik ibadət zalında astronomiya həvəskarları üçün Planetariya fəaliyyət göstərmişdir.1991- ci ildə Ermənistan müstəqilliyini əldə etdikdən və müsəlman ölkələri ilə diplomatik münasibətlər qurulduqdan sonra, Göy məscidin yenidən məscid kimi fəaliyyət göstərməsi zəruriyyəti meydana çıxmışdı. Əvvəlcə 1991-ci ildə Təbiət muzeyi,1994-cü ildə isə Tarix muzeyi məscid kompleksindən çıxarıldı.1995-ci ildə İranla Ermənistan arasında imzalanan müqaviləyə əsasən İran höküməti, Göy məscidin yenidən qurulması xərclərini öz üzərinə götürdü .Rekonstruksiya işləri İranın " Bünyade Müstəzəfan və Canbazan" ( Müharibə veteranları və şəhidlər) xeyriyyə fonduna həvaıə edildi. Məsciddə tamamlama işləri 2006-cı ildə başa çatdırılmışdır.Hazırda Ermənistan rəsmiləri Göy məscidi , xaricdən gələn qonaqlara " Fars məscidi kimi təqdim edirlər.